Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Şüurluluq, fəallıq və müstəqillik prinsipi



Yüklə 209,22 Kb.
səhifə19/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
Ali mekteb Pedaqoqikasi

Şüurluluq, fəallıq və müstəqillik prinsipi. Bu prinsip tələbələrin təlimdə fəallığını, mənimsəmənin şüurluluğunu təmin etməyi nəzərdə tutur. Şüurlu mənimsəmənin bir neçə əlaməti vardır: elmi biliyin başa düşülməsi, düzgün ifadə olunması, tətbiqi, yeni fakt və misalların tapılması, bilik və bacarıqların yoxlanması və səhvlərin düzəldilməsi. Şüurluluq fəallıqla və müstəqilliklə vəhdət təşkil edir. Şüurluluq, fəallıq və müstəqillik təlimin mühüm amili olub, bilik və bacarıqların mənimsənilməsinin sürətinə, dərinliyinə, möhkəmliyinə həlledici təsir göstərir. Tələbə şüurlu mənimsədiyi biliklərdən sərbəst və yaradıcı şəkildə istifadə edir, onları müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq etmək imkanı qazanır. Bu prinsipin tətbiqi müəyyən qaydalarla bağlıdır: - tələbələrin fəallığı və şüurluluğu üçün əlverişli şərait yaratmaq, bu keyfiyyətləri stimullaşdırmaq; - tələbələrin zehni və əməli fəallığını əlaqələndirmək; - təlimdə müxtəlif növ müstəqil işlərə, o cümlədən yaradıcı işlərə, problemlərin həllinə geniş yer vermək; - tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri vasitələrdən (səmimi ünsiyyət, həvəsləndirmə, tələb, əyanilik, interaktiv metodlar və s.), həm də daxili stimullardan (biliklərə tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə etmək.
Təlimin optimal təşkili prinsipi. Bu prinsip məqsəddən və konkret şəraitdən çıxış edərək, ən münasib (optimal) təlim variantı seçib tətbiq etməyi və mümkün olan yüksək nəticəyə nail olmağı nəzərdə tutur. Təlimin optimallaşdırılması şablon və stereotiplərdən uzaqlaşmağa, işə yaradıcı yanaşmağa, qarşıda duran vəzifələrin optimal həlli yollarını tapmağa imkan verir. Bu da yeni pedaqoji təfəkkürün mühüm şərtini təşkil edir. Təlimin optimal təşkili prinsipi müxtəlif qaydalarla həyata keçirilir:
- təlimin qarşısında duran vəzifələri (təhsil, tərbiyə və inkişaf) düzgün müəyyənləşdirmək;
- təlimin optimal məzmununu (nə öyrəniləcək, hansı sistemdə, hansı həcmdə, hansı çətinlikdə və s.) müəyyənləşdirmək;
- konkret mövzu və auditoriya üçün optimal metodik variant seçib tətbiq etmək; - nəticələri optimallıq baxımından (az vaxt və qüvvə sərf etməklə mümkün olan yüksək nəticə əldə edilməsi) təhlil edib, öz işini qiymətləndirmək.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin