Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Şəkil 11.1. DATA MINING çoxfənli sahə kimi



Yüklə 1,02 Mb.
səhifə34/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Şəkil 11.1. DATA MINING çoxfənli sahə kimi


Statistika- öyrənilən obyektə, prosesə və ya hadisəyə xas olan qanunauyğunluqları üzə çıxarmaq ücün verilənlərin toplanması, emalı və analizi metodları haqqında elmdir. Statiska müşahidələr və ya eksperimentlər nəticəsində əldə edilən verilənlərlə əməliyyat aparır. Statistika DATA MINING -dən daha çox nəzəriyyəyə əsaslanır və hipotezlərin yoxlanmasına diqqəti yönəldir.
Maşınla öyrətməni kompüter proqramının yeni bilikləri alması prosesi kimi xarakterizə edirlər. Onun digər tərifi belədir: maşınla öyrətmə kompüter alqoritminin (proqramının) öyrəndiyi və öyrənmə prosesi zamanı təkmilləşən elmdir 81. Maşınla öyrətmə DATA MINING-ə nisbətən daha evristik xarakter daşıyır və diqqəti öyrətmə agentlərinin işinin yaxşılaşdırılmasına yönəldir.
Süni intellekt- insanın zehni (intellektual) fəaliyyətinin aparat və ya proqram vasitəsilə modelləşdirilməsi məsələlərinin həlli ilə məşğul olan elmi istiqamətdir. «İntellekt» (latınca «intelectus») termini insana xas olan ağılı, idrakı, düşüncə qabiliyyətini ifadə edir. Bu baxımdan süni intellekt (ingiliscə «Artifical İntellligence»-Aİ) insan intelektinin ayrı-ayrı funksiyalarının avtomatik sistem tərəfindən yerinə yetirilməsi kimi başa düşülür.
Vizuallaşdırma- verilənlərin emalının son nəticələrini görməyə, emal prosesini idarə etməyə və lazım gəldikdə hesablama prosesinin əvvəlki mərhələlərinə qayıtmağa imkan verən yeni bir istiqamətdir. Vizuallaşdırmadan istifadə etməklə verilənlərin qrafik surəti yaradılır, verilənlərin analizində anomaliyaları, strukturları görməyə imkan yaranır.
Surətlərin tanınması- süni intellektin istiqamətlərindən biri olub, surətlərin (obyektlərin) əlamətlərini təyin etməklə onların tanınması məsələsini həll edir. Onun əsas üsulu obyektlər siniflərinin müəyyən əlamətlərin qiymətləri vasitəsilə təsvir edilməsidir. Hər bir obyekt əlamətlər matrisi ilə xarakterizə olunur və obyektin tanınması da həmin matrisə görə aparılır. Tanınma proseduru əksər halda obyektləri siniflərə ayırmaq üçün istifadə edilən xüsusi riyazi prosedurlar və funksiyalar vasitəsilə reallaşdırılır. Bu istiqamət maşınla öyrətməyə yaxındır və neyrokibernetika ilə sıx bağlıdır.
DATA MINING nəzəriyyə ilə evristikanın inteqrasiyasına əsaslanır və verilənlərin təmizlənməsi, inteqrasiyası və nəticələrin vizuallaşdırılması mərhələlərindən ibarət olan vahid analitik prosesi əhatə edir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin