Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Qərar qəbuletməyə yardım sistemlərinin işlənib hazırlanmasının əsas prinsipləri və tələbləri



Yüklə 1,02 Mb.
səhifə52/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Qərar qəbuletməyə yardım sistemlərinin işlənib hazırlanmasının əsas prinsipləri və tələbləri
Aydındır ki, QQYS proqram paketləri, yəni proqram sistemləri şəklində hazırlanır və istifadə edilirlər. Ona görə də bu tip proqram sistemlərinin yaradılmasının layihələndirilməsi prinsiplərini aydınlaşdırmaq zəruridir.
Belə sistemlərin qurulmasının əsasında proqram sistemlərinin, eləcə də onların bir çox elementlərinin universal xarakterə malik olan strukturlarının işlənib hazırlanmasını nəzərdə tutan konstruktiv asılı olmamaq prinsipi durur.
QQYS-nin qurulmasının ən vacib xarakterik xüsusiyyətlərindən biri də proqram sistemlərinin modulluğu prinsipidir. Yəni mürəkkəb məsələlərin həlli üçün nəzərdə tutulmuş proqram təminatı həmin məsələnin ayrı-ayrı alt məsələlərinin və funksiyalarının həll edilməsini nəzərdə tutan alt proqramlar (modullar) şəklində tərtib edilir. Burada hər bir modul digərilərindən asılı olmadan işlənib hazırlana, dəyişdirilə və başqası ilə əvəz edilə bilər.
Digər prinsip proqram təminatının maşından (kompüterin texniki təminatından) asılı olmaması prinsipidir. Bu prinsip proqram təminatının bir kompüterdən digər kompüterə keçirilməsi və ya kompüterin xarakteristikasının dəyişdirilməsi zamanı problemlərin yaranmasının qarşısının alınmasını təmin edir.
Bundan əlavə, QQYS-nin işlənib hazırlanması zamanı onların əməliyyat sistemlərindən asılı olmaması, genişləndirilə bilməsi və intellektual dialoqun qurulması kimi prinsiplərə əməl olunur.
Ümumiyyətlə, QQYS-nin yaradılması "istifadəçi-kompüter" təyinatlı dialoq sistemlərinin işlənib hazırlanmasına və istismarına gətirib çıxarır. Dialoq sistemlərinin işlənib hazırlanması zamanı bir çox tələbləri nəzərə almaq lazım gəlir. Bu tələbləri şərti olaraq iki qrupa ayırmaq olar:
I. Sistemin layihələndirilməsi prinsiplərini müəyyən edən tələblər;
II. Dialoq sistemlərinin istismar xarakteristikalarına qoyulmuş tələblər.
Hər iki qrup bir-biri iiə sıx bağlıdır, lakin ifadə edilməsinin rahat olması üçün onlara ayrı-ayrılıqda baxmaq daha məqsədəuyğundur.
Dialoq sistemlərinin layihələndirilməsi prinsiplərinə (I qrup) aşağıdakı qaydalar aid edilir:
1. Mövcud olan hər hansı dialoq sisteminin üstünlüklərinin və çatışmazlıqlarının müzakirəsinə və ya verilmiş xassələrə malik olan dialoq sisteminin işlənib hazırlanmasına tələblərin qoyulmasına keçməzdən qabaq istifadəçi təcrübədə hər hansı model sistemi ilə tanış olmalıdır.
2. Konkret dialoq sistemlərinin işlənib .hazırlanması, adətən, müəyyən sinif məsələlərin həlli prosedurlarının avtomatlaşdırılmasına istiqamətlənir.
3. Birinci qrupun qaydalarına istifadəçi və sistem arasında adaptiv əks əlaqənin nəzərdə tutulması zərurəti aid edilir. Əks əlaqə tərtibatçıya interaktiv rejimdə sistemi məsələnin həllinin real şərtlərinə uyğunlaşdırmağa imkan verir. Bundan əlavə əks əlaqənin olması qərar qəbul edən şəxslərin yeni tələblərini və yeni qərar qəbuletmə məsələlərini nəzərə almaqla sistemi dəyişdirməyə imkan verir. Bu isə qərar qəbuletmə məsələlərində dialoq sistemlərinin işlənib hazırlanmasının çoxmərhələli prosedurlanın tətbiqini təmin edir.
4. Dialoq sistemlərinin layihələndirilməsi zamanı daxil edilmiş informasiyanın nəzarəti və qorunması üsullarının nəzərə alınması zəruridir.İstənilən QQYS, əsasən də qeyri-peşəkar istifadəçilər üçün nəzərdə tutulmuş sistemlər səhvlərin və düzəlişlərin aşkar edilməsi üçün aşağıdakı prosedurları özündə saxlamalıdır:
ilkin verilənlərin sintaksisi, məntiqi və kəmiyyətcə nəzarəti;
□ əvvəllər alınmış informasiyanın düzəldilməsi;
□ geriyə qayıtma ilə yerinə yetirmə prosedurlarının münasib nöqtə üçün ekspert informasiyası faylının ilkin vəziyyətinin bərpa edilməsi yolu ilə kəsilməsi.
5. Kompüterin köməyi ilə sistemin fəaliyyətinin qeyd olunması iş protokollarının toplanmasını təmin edir. Bu protokolların sonrakı təhlili həlləri interpretasiya etməyə və əsaslandırmağa, eləcə də istifadəçinin və dialoq sisteminin səhvlərini aşkar etməyə imkan verir.
Dialoq sistemlərinin istismar xarakteristikalarına qoyulan tələblərə (II qrup) aşağıdakıları aid etmək olar:
1. Subyektin dialoq sistemlərinə uyğunlaşması qaydaları süni intellekt üzrə əksər tədqiqatların məqsədini təşkil edən təbii dildə fəaliyyət göstərən sistemlərin işlənib hazırlanması üçün nəzərdə tutulmuşdur. Bu zaman aşağıdakı şərtlərə riayət olunması tələb olunur:
□ sistemin yaradılmasında istifadəçilər iştirak etməlidir;
□ sistemin istənilən işinin əsaslılığı qərar qəbul edən şəxs tərəfindən həll edilən məsələlər sinfinin əvvəllər göstərilmiş xüsusiyyətlərindən və onların təqdim etdiyi qiymətlərdən asılı olaraq sistemin fəaliyyət istiqamətlərinin seçilməsi ilə müəyyən edilməlidir;
2. Dialoq sistemlərinin layihələndirilməsi zamanı qeyri-peşəkar istifadəçilərin zehni yükünü azaltmaq zərurətini göstərən şərtlər (hesablama texnikası, proqramlaşdırma və s. ilə bağlı məsələlərdə) aşağıdakı tələblərin yerinə yetirilməsini nəzərdə tutur:
□ hesablama əməliyyatlarının və terminologiyaların eynicinsliyi: istifadəçinin vərdiş etdiyi leksikasından istifadə etmək məsləhətdir, yəni sistem ya konkret məsələ (məsələlər kompleksi) üçün layihələndirilməli, ya da konkret istifadəçi sahəsinin məxsusi terminologiyasına köklənmək imkanına malik olmalıdır;
□ informasiyanın təsvir edilməsi və zəruri hallarda daha geniş məlumatın əldə olunması imkanlarının verilməsi ardıcıllıqları müəyyən edilməlidir;
□ istifadəçinin iş təcrübəsinə əsaslanmış öyrətmə: istifadəçinin kompüterdən kömək alınması vaxtlarını göstərməklə sadə təlimatlarla təchiz olunması və məşq hesablamaları yolu ilə təcrübənin toplanması imkanlarının təmin edilməsi nəzərdə tutulmalıdır;
□ qısa dialoq (sual-cavab) formalarının, "menyudan" variantın və ya məhdud təbii dildə (bu dil konkret halda atılacaq addımların birqiymətli başa düşülməsini təmin edir) cavabların seçilməsi mexanizmlərinin istifadə edilməsini nəzərdə tutan dialoqlar olmalıdır.
Verilən qaydalar qrupuna yekun olaraq qeyd etmək lazımdır ki, sistem istifadəçiyə göstərilən hərtərəfli yardımı, tələb olunduqda istənilən vaxt ixtiyari dəqiqləşdirmə dərəcəsində sorğu mətumatınının və istifadəçinin səhvlərinin diaqnostikasının (onların aradan qaldırılması yollarını göstərməklə) verilməsini təmin edən xeyirxah kömək olmalıdır. Lakin sistemin bu köməyi lazım olandan artıq olmamalıdır, yəni sistem ona həddən artıq yaxşı bələd olan istifadəçiyə daim lüzumsuz məlumatlar və yardımçı göstərişlər və ya əlavə olaraq müxtəlif suallar verməməlidir.
Beləliklə, istifadəçinin sistemə uyğunlaşmas! prosesi iiə eyni zamanda istifadəçinin öyrədilmə səviyyəsini nəzərə almağa və bununla da sualların sayının azaldılması, onların şərhinin qısaldılması və s. yollarla istifadəçinin əqli yükünü minimallaşdırmağa imkan verən sistemin uyğunlaşması kimi əks proses də gedir.


1 Koqnitiv psixologiya (koqnition-idrak) insanın ətraf aləmi dərk etmək mexanizmini öyrənən elmdir.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin