Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Qərar qəbuletməyə yardım sistemlərinin təyinatı və funksiyaları



Yüklə 1,02 Mb.
səhifə48/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Qərar qəbuletməyə yardım sistemlərinin təyinatı və funksiyaları
Kifayət qədər mürəkkəb qoyuluşa və struktura malik məsələlərin həll edilməsi üçün qərarların qəbul edilməsi bir çox amillərdən asılı olur. Bu amillərə qərar qəbul edən şəxslərin fikirlərinin subyektivliyi, məsləhətçilərin və ekspertlərin predmet oblastında peşəkarlıq səviyyələri. məsələnin həllinin çoxlu sayda kriterilərlə xarakterizə olunması, kriterilərin qiymətləndirilməsi üçün üsulların və şkalaların müxtəlifliyi, həll qismində seçilə biləcək alternativ variantların çox olması və s. aiddir.
Məsələlərin həlli əsasən qərar qəbul edən şəxslərdən böyük təcrübə və peşəkarlıq tələb edir. Bu zaman ona bir çox sahələr üzrə ekspert informasiyası lazım gəlir. Peşəkar mütəxəssislərin (ekspertlərin) biliklərindən ibarət olan bu informasiya hətta kiçik məsələlər üçün çox böyük həcmə malik olur.
Bundan əlavə, əgər qərar qəbul edən şəxs kriteriiəri qiymətləndirmək üçün kifayət qədər biliyə və təcrübəyə malik olmazsa, onda nəticənin əldə olunması üçün müxtəlif sahələr üzrə ekspertlərin cəlb edilməsi zəruri olur. Lakin müxtəlif səbəblərdən qərarların qəbul edilməsi prosesinə ekspertlərin cəlb olunması həmişə mümkün olmur. Belə ki, bu bir tərəfdən ekspertlərin olmaması və ya onları cəlb etməyin mümkün olması ilə, digər tərəfdən isə təhlükəsizlik nöqteyi-nəzərindən bəzi məsələlərin həllinə kənar adamların (ekspertlərin) cəlb edilməsinin arzu olunmazlığı ilə bağlı olur. Bundan əiavə eyni tipli məsələlər təkrar-təkrar həl! edilirsə, onda hər dəfə mütəxəssislərin cəlb edilməsi israfçılığa başqa şəxslərdən asılılığa gətirib çıxarır.
Nəhayət, bəzi məsələlərin həl! edilməsi üçün bir mütəxəssis (ekspert) kifayət etmir, yəni qərarların qəbul edilməsi üçün ekspertlər qrupunun məşvərətinin keçirilməsinə və ya çoxlu sayda ekspertlərin bilik və təcrübəsindən istifadə edilməsinə zərurət yaranır.
Yuxarıda sadalanan amillər göstərir ki, mürəkkəb sistemlərdəqərar qəbuletmə məsələsinin həlli üçün tələb olunan ekspert informasiyasının (onların biliyinə və təcrübəsinə əsaslanan məlumatların) toplanması və gələcəkdə istifadə olunması məqsədilə saxlanması böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, böyük həcmə malik olan ekspert informasiyasının saxlanması və emalı insanların fiziki imkanları xaricindədir. Başqa sözlə desək, bu informasiyanın emalı və nəticələrin çıxarılması böyük əmək və vaxt tələb edir. Adətən, bu tip məsələlər real vaxtda dəqiq və tez nəticənin çıxarılmasını, yəni həllin tapılmasını tələb edir.
Bu məqsədlə hazırda intellektual informasiya sistemləri istifadə edilir. Bu sistemlər böyük həcmli biliklər bazasına malik olur, biliklərin toplanması, təsvir olunması, saxlanması və emal edilməsi üsullarını və vasitələrini özündə birləşdirir.
Ekspert informasiyası ilə bağlı yuxarıda qeyd olunan bütün funksiyaları kompüterlərin üzərinə qoymaq olar. Biliklər bazaları əsasında biliklərin emalı, nəticələrin çıxarılması və s, funksiyaları isə qərar qəbuletməyə yardım sistemləri yerinə yetirir.
İnformasiyanın həcminin artması, həll edilən məsələnin mürəkkəbləşməsi, böyük sayda qarşılıqlı əlaqəli amillərin və layihələndirilən obyektə qoyulan tələblərin tez-tez dəyişməsinin nəzərə alınması zərurəti qərarların qəbul ediiməsi prosesində hesablama texnikasının istifadə olunması tələbini qoyur. Bununla əlaqədar olaraq, intellektual informasiya sistemlərinin yeni sinfi - qərar qəbuletməyə yardım sistemləri (QQYS) meydana gəldi.
"Qərar qəbuletməyə yardım sistemi" termini Xxəsrin 70-ci illərinin əvvəllərində meydana gəlmişdir. İndiyə qədər qərar qəbuletməyə yardım sistemlərinə bir çox təriflər verilmişdir. Hazırda bu termin kompüterlərin bazasında yaradılmış və qərar qəbul edən şəxslərə kömək etmək üçün nəzərdə tutulmuş müxtəlif tipli intellektual informasiya sistemlərində istifadə edilir.
QQYS istifadəçilərə - idarəedici personalın işçilərinə, strukturlaşdırılmamış və ya zəif strukturlaşdırılmış seçim vəziyyətlərində müxtəlif səviyyələrdə qərarların qəbul edilməsinə cavabdeh şəxslərə kömək göstərmək üçün nəzərdə tutulmuşdur. Əvvəla, belə sistemlər qərar qəbul edən şəxslərə köməkçi rolunda çıxış edir, onun qabiliyyətlərini genişləndirməyə imkan verir, lakin onun fikrini, düşüncəsini və üstünlük vermə sistemini əvəz etmir. İkincisi, bu sistemlər qərar qəbul edən şəxslərin subyektiv fikirlərinin nəzərə alınması zəruri olduğundan qərarların qəbul edilməsi prosesi tamamilə formallaşdırıla və kompüterdə reallaşdırıla bilmədiyi halda istifadə üçün nəzədə tutulur.
QQYS - seçim zamanı bütün prosesin qiymətləndirilməsi və alternativlərin seçilməsi üçün avtomatik təqdimetmə və reallaşdırma sistemini tətbiq etmək mümkün olmadıqda və ya onun tətbiqi arzu olunmaz olduqda qərar qəbul edən şəxslərə yardım etmək üçün istifadə olunan istifadəçi-maşın informasiya sistemidir. Həll edilən məsələlərin mümkün strukturlaşdırılma variantlarını nəzərə almaqla QQYS aşağıdakı kimi müəyyən edilir: "Qərar qəbuletməyə yardım sistemləri qərar qəbul edən şəxslərə zəif strukturlaşdırılmış və ya strukturlaşdırılmamış problemlərin təhlili və həlli üçün verilənləri, bilikləri, obyektiv və subyektiv modelləri istifadə etməyə imkan verən istifadəçi-maşın obyektləridir". Bu tərifdə QQYS-nin zəif strukturlaşdırılmış və strukturlaşdırılmamış məsələlərin həlli üçün təyin edildikləri qeyd olunur.
Əvvəlki fəsillərdə qeyd edildiyi kimi, zəif strukturlaşdırılmış məsələlərə problemin həm kəmiyyətcə, həm də keyfiyyətcə qiymətləndirilməsini özündə saxlayan məsələlər aid edilir. Adətən keyfiyyət xarakterli qiymətləndirmələr daha çox üstünlük təşkil edir, strukturlaşdırılmamış problemlər isə yalnız keyfiyyət xarakterli'təsvirə malik olur.
QQYS-nin köməyi ilə işləmələrin avtomatlaşdırılmış layihələndirilmə sistemlərində qərar qəbuletmənin istifadəçi-maşın prosedurları konstruktorun və kompüterin qarşılıqlı iterasiyalı fəaliyyət prosesindən ibarətdir. Yuxarıda verilmiş təriflərə əsasən demək olar ki, avtomatlaşdırılmış layihələndirilmə sistemlərində QQYS aşağıdakı funksiyaları yerinə yetirir:
□ həllərin mümkün variantlarının generasiyası;
□ həll variantların qiymətləndirilməsinin həyata keçirilməsi və ən yaxşısının seçilməsi;
□ həl! zamanı müntəzəm informasiya mübadiləsinin təmin edilməsi və kollektiv qərarların razılaşdırılmasına kömək göstərilməsi;
□ qəbul edilmiş həllərin modelləşdirilməsi (mümkün olarsa);
o qəbul edilmiş həllərin yerinə yetirilməsinin nəzərdə tutulmuş məqsədlərə uyğunluğunun qiymətləndirilməsi.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin