Qərar qəbuletməyə yardım sistemlərində "istifadəçi-kompüter" dialoqunun təşkili prinsipləri Dialoq dedikdə adətən iki subyekt arasında bilavasitə və kifayət qədər sürətli məlumatlar mübadiləsi prosesi başa düşülür. Bu proses zamanı subyektlər məlumatı ötürən və alan, yəni təqdim edən və qəbul edən tərəflər kimi rollarını daim dəyişirlər. Verilən tərifə əsasən tərəflər arasındakı qarşılıqlı əlaqələr "kompüter - kompüter", " istifadəçi - kompüter" və ya " istifadəçi - istifadəçi" kimi münasibətlər qəbul edilə bilər. Burada istifadəçi və kompüter həm informasiya verən; həm də informasiyanı qəbul edən subyekt rolunda çıxış edə bilərlər.
Hazırda istifadəçi və kompüter arasındakı dialoqun tədqiqi əsas iki istiqamətdə aparılır:
1. İki subyekt arasında qeyri-məhdud qaışıiıqiı danışıq əiaqəsi üçün sərbəst söhbətin modelləşdirilməsi. Bu söhbət tərəflərin fəaliyyətinin və öyrədilməsinin məqsədyönlülük, qarşılıqlı başa düşülmə və eynihüquqluluq xassələrinə malik olmalıdır;
2. Dialoqların tezlik (sürətlilik) xassələri və məlumatların birbaşa mübadiləsi imkanlarının, eləcə də onların təbii dilin köməyi ilə şərh olunması önə çəkilən texniki üsul. Bu zaman tərəflərin fəaliyyətinin və öyrədilməsinin qarşılıqlı başa düşülmə və eynihüquqluluq kimi əsas xassələri nəzərə alınmır.
Hər iki istiqamətin xassələrini özündə birləşdirən üsullardan istifadə edilməsi daha məqsədəuyğundur, istifadəçi ilə kompüter arasında dialoq, bu tip üsullara əsasən aşağıdakı xassələrin bir və ya bin neçəsi ilə xarakterizə olunan proseslərə deyilir:
□ hər iki tərəfdə qarşılıqlı əlaqə yaratmaq niyyətlərinin mövcud olması;
□ məsələnin həlli prosesində fəaliyyətlərin müəyyən eynihüquqluluq dərəcələrinin təmin edilməsi;
□ bir tərəfin biliklərinin (bacarıqlarının) hesabına digər tərəflərin biliklərinin (bacarıqlarının) genişləndirilməsi və təkmilləşdirilməsi, o cümlədən bir tərəfin köməyi ilə digər tərəfin öyrədilməsi.
İndi isə yuxarıda göstərilən üsulların bu xassələrinə (keyfiyyətlərinə) təfsilatı i|ə baxaq.
Hər iki tərəfdə qarşılıqlı əlaqə niyyətlərinin mövcud olması iki şəxs arasında dialoqun iştirakçılarında müəyyən məqsədlərin mövcud olmasını nəzərdə tutur. Məhz bu məqsədlərin əldə olunması üçün məlumatlar mübadiləsi həyata keçirilir, istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi zamanı ən yaxşı qərarın qəbul edilməsinə cavabdeh olan şəxsin məqsədi qərar qəbuletmə məsələsinin həllinin zəruriliyindən ibarətdir. Bu əlaqə zamanı kompüterin (daha doğrusu, proqram sisteminin) rolu məsələnin həllində qərar qəbul edən şəxsə kömək göstərilməsindən ibarətdir. Kompüterin (proqram sisteminin) "intellektualhlığı" dərəcəsindən asılı olaraq bu məqsədin reallaşdırılması ya çox əmək tələb edən çətin zəruri hesablamaların sadəcə yerinə yetirilməsini, ya qərar qəbul edən şəxsdən bütün zəruri informasiyanın alınmasını, böyük həcmli informasiyanın saxlanılmasını və həllin nəticələrinin verilməsini, ya da məsələnin həlli yollarının seçilməsini ehtimal edir. Bu isə istifadəçini həlletmə prosesində sistemli və ardıcıl fikir yürütməyə məcbur edir.
Məsələnin həlli prosesində dialoq üzrə tərəflərin fəaliyyətinin eynihüquqlu (eyni səviyyəli) olması, onların hər birinin qarşıya qoyulmuş məqsədin əldə olunmasına istiqamətlənmiş oxşar xarakterli əməliyyatların icra edə bilməsi bacarıqlarını nəzərdə tutur. İstifadəçi və kompüterin qarşılıqlı əlaqəsi zamanı eynihüquqluluq onların imkanlarının ən yaxşı uzlaşdırılmasnı təmin edən funksiyaların səmərəli bölüşdürülməsində özünü göstərə bilər.
Yalnız kompüterin "intellektuallığının” müəyyən dərəcəsi əldə olunduqda, yəni heç olmazsa zəruri ekspert informasiyasının yığılmas, və toplanması, eləcə də sorğular üzrə onların emalı və təqdim edilməsi funksiyalarının kompüterə verilməsi zamanı fəaliyyətlərin eynihüquqluluğu haqqında danışmaq olar.
Sistemin iştirakçılarında məlumatların ifadə edilməsi üçün dil işarələrinin və kodlarının, eləcə də heç olmasa onların hər biri tərəfindən predmet oblastının qismən anlaşılması mövcud olduqda qarşılıqlı anlaşmaya nail olmaq olar. Hər iki tərəf üçün nə qədər çox sayda ümumi bilik və bacarıq olarsa, onların bir-birini başa düşmələri daha bir o qədər asan ular. Əgər dialoqun iştirakçıları ümumi bilik və bacarıqların minimal səviyyəsinə malik deyillərsə, onda heç olmasa onlardan birinin əlavə olaraq öyrədilməsini həyata keçirmək zəruridir. Qarşılıqlı anlaşma problemində vacib rolu ünsiyyət dili (qarşılıqlı əlaqə dili) oynayır. Son zamanlar insanlar üçün təbii ünsiyyət dilinə malik sistemlərin işlənib hazırlanmasına böyük fikir verilir. Lakin indi dilin mütləq təbiilik təlabatı birinci dərəcəli əhəmiyyət kəsb etmir. Bir çox hallarda bəzi sorğu və əmrlərin dəqiq və birqiymətli başa düşülməsi onların təsvir edilməsi formasından daha çox vacibdir.
Tərəflərin qarşılıqlı öyrədilməsi prosesi iki fazaya ayrılır:
1: Maşın vasitələrinin və məsələlərin kompüterlərdə həyata keçirilən həlli üsullarının istifadəçiyə (adətən, qeyri-peşəkara) öyrədilməsi;
2. İstifadəçi tərəfindən məsələnin həll edilməsi təcrübəsinin toplanması və ümumiləşdirilməsi yolu ilə onun qərarın işlənib çıxarılması prosedurunda iştirakını azaltmaq, ona zəruri və nəzakətli (təngə gətirmədən) köməkliyin göstərilməsi, eləcə də ekspert informasiyası bazasının toplanması məqsədilə kompüterin öyrədilməsi.