Qərar qəbuletməyə yardım sistemlərinin təsnifatı Mövcud QQYS-nin təhlili onların təsnifatı üçün əlamətləri müəyyən etməyə və eləcə də praktiki QQYS-nin işlənib hazırlanmasına qoyulan əsas tələbləri aydınlaşdırmağa imkan verir. Mövcud sistemlər verilənləri idarəetmə sistemlərinin, informasiya-axtarış sistemlərinin və s. funksiyalarının reallaşdırılmasına deyil, daha çox qərar qəbuletmə və optimallaşdırma üsullarının, evristik alqoritmlərin . reallaşdırılmasına istiqamətlənmişdir.
Başqa sistemlərdə olduğu kimi, QQYS-nin da təsnifatını vermək üçün çoxlu sayda təsnifat əlamətlərini istifadə etmək olar:
I. Qərarlara yardımın xarakterinə görə sistemləri iki sinfə ayırmaq olar:
1. Müəyyən növ məsələlərin həllinə istiqamətlənmiş xüsusi təyinatlı QQYS;.
2. Konkret qərar qəbuletmə məsələsi üçün tez bir zamanda qurulma imkanlarını təmin edən universal QQYS.
II. İstifadəçi və sistemin qarşılıqlı əlaqə xarakterinə görə QQYS-ni üç sinfə ayırmaq olar: .
1. Dialoqun yaranmasının təşəbbüskarı kompüter olan sistemlər, burada istifadəçilər passiv icraçı rolunda çıxış edir;
2. İstifadəçinin fəal və dialoqun təşəbbüskarı olduğu sistemlər;
3. İdarəetmənin ardıcıl olaraq istifadəçidən sistemə və əksinə ötürülməsi ilə xarakterizə olunan sistemlər.
III. Verilənlər bazasının mövcud olmasına və xarakterinə görə aşağıdakı sistemləri fərqləndirirlər:
1. informasiyanın toplanması və saxlanması üçün hər hansı vasitələri nəzərdə tutmayan sistemlər;
2. informasiyanın yığılması, toplanması və ötürülməsi üçün verilənlər bazasına və ya fayllar çoxluğuna malik olan sistemlər;
3. Verilənlər bazalan idarə edilməsi üçün inkişaf etmiş və paylanmış sistemlərə malik olan sistemlər.
QQYS-nin bütün göstərilmiş sinifləri həm obyektiv statistik, həm də ekspert informasiyasının toplanması üçün istifadə edilə bilər.
Qeyd etmək lazımdır ki, obyektiv informasiyanın toplanması, adətən, ekspert informasiyasının toplanmasından bir addım tez həyata keçirilir.
Qərarların qəbul edilməsi zamanı kompüterlər və onlar üçün işlənib hazırlanmış proqram təminatları (verilənlər bazaları, modelləşdirmə sistemləri və s.) o qədər geniş istifadə olunur ki, heç olmasa belə sistemlərin siniflərini ayırmaq və onların daxilində QQYS-ni təyin etmək məqsədə uyğundur.
Bu zaman təsnifatın verilməsi qərarların qəbul edilməsi prosesinin müxtəlif amillərinə əsaslana bilər. Bu amillərə aşağıdakılarla bağlı xüsusiyyətləri aid etmək olar;
□ həll edilən məsələlər sinfi;
□ istifadə edilən verilənlər;
□ istifadə edilən modellər;
□ cəlb edilmiş istifadəçilər;
□ tətbiq edilən hesablama texnikası vasitələri;
□ istifadə edilən proqram təminatı və s.