Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


İntellektual interfeysli sistemlər



Yüklə 1,02 Mb.
səhifə45/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

İntellektual interfeysli sistemlər
İntellektual verilənlər bazaları verilənlər bazasından sorğuya görə zəruri informasiyanın seçilməsi imkanı ilə fərqlənir. Bu informasiya aşkar şəkildə qorunmaya bilər, lakin bazada mövcud olan verilənlərdən çıxarıla bilər.Sorğuların bütün tiplərində şərtə görə axtarışın həyata keçirilməsi tələb olunur. Bu şərt məsələnin gedişində əvvəlcədən müəyyən olunmalıdır. İntellektual sistem istifadəçinin köməyi olmadan verilənlər bazasının strukturuna görə özü verilənlər fayllarına əlyetərlik yolunu qurur. Sorğunun formalaşdırılması istifadəçi ilə dialoqda həyata keçirilir. Bu dialoqun addımlarının ardıcıllığı istifadəçi üçün maksimum rahat formada yerinə yetirilir. Verilənlər bazasına sorğu həmçinin təbii-dil interfeysinin köməyi ilə də formalaşdırıla bilər.
Təbii-dil interfeysi təbii-dil konstruksiyalarını biliklərin təsvirinin maşındaxili səviyyəyə translyasiyasını nəzərdə tutur. Bunun üçün morfoloju, sitaksis və semantik analiz və təbii dildə mülahizələrin sintezi məsələlərinin həlli zəruridir. Təbii-dil interfeysi aşağıdakılar üçün istifadə olunur:
·İntellektual verilənlər bazasına əlyetərlik;
·Sənədləşdirilmiş mətn informasiyasının kontekst axtarışı;
·Idarəetmə sustemlərində komandaların səsli daxil edilməsi;
·Xarici dillərdən maşın tərcüməsi.
Hipermətn sistemləri mətn informasiyası bazalarında açar sözlərə görə axtarışın realizə olunması üçün təyin olunmuşlar. İntellektual hipermətn sistemləri terminlərin müxtəlif məna münasibətlərini əks etdirən açar sözlərin daha mürəkkəb semantik təşkili imkanına malik olmaları ilə fərqlənirlər.
Beləliklə axtarış mexanizmi hər şeydən əvvəl açar sözlərinin biliklər bazası ilə işləyir, bundan sonra isə bilavasitə mətnlə işləyir.
Kontekst yardım sistemlərinə intellektual hipermətn və təbii-dil sistemlərinin xüsusi halı kimi baxmaq olar. İstifadəçini tələb olunan informasiyanın axtarış sxeminə məcbur edən adi yardım sistemlərindən fərqli olaraq, kontekst yardım sistemlərində istifadəçi problemi (şəraiti) təsvir edir, sistem isə əlavə dialoqun köməyi ilə onu konkretləşdirir və özü şəraitə aid olan tövsiyyələrin axtarışını yerinə yetirir. Bu cür sistemlər biliklərin yayılması sistemləri sinifinə aid edilirlər (Knowledge Publishing) və sənədlər sistemlərinə əlavə kimi yaradılırlar.
Koqnitiv qrafika sistemləri istifadəçinin İİS ilə baş verən hadisələrə müvafiq olaraq generasiya edilən qrafiki obrazların köməyi ilə interfeysinin həyata keçirilməsinə imkan verir. Bu cür sistemlərdən operativ proseslərin monitorinqində və idarə edilməsində istifadə olunur. Qrafiki obrazlar əyani və inteqrallaşdırılmış şəkildə öyrənilən şəraitin parametrlər çoxluğunu təsvir edirlər. Məsələn, mürəkkəb idarə olunan obyektin vəziyyəti, üzərində hər bir cizgi hər hansı bir parametrə cavabdeh olan insan sifəti şəklində təsvir olunur, üzün ümumi ifadəsi isə şəraitin inteqrallaşdırılmış xarakteristikasını verir.
Koqnitiv qrafika sistemləri həmçinin virtual reallıq prinsiplərindən istifadə əsasında öyrədici və trenajor sistemlərində geniş istifadə olunurlar. Bu zaman qrafiki obrazlar öyrənənə qərarların qəbul edilməsi və müəyyən hərəkətlərin yerinə yetirilməsi zərurəti olan şəraitləri modelləşdirirlər.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin