Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Verilənlər və biliklərlə işin təşkili



Yüklə 1,02 Mb.
səhifə2/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Verilənlər və biliklərlə işin təşkili
İnformasiya sistemləri müxtəlif məqsədlər üçün yaradılır. Əsas məqsədlərdən biri verilənlərin səmərəli emal edilib informasiyaya və ya biliyə çevrilməsidir.
Verilən dedikdə, predmetin, hadisənin, fəaliyyətin və tranzaksiyanın elementar təsviri olub, saxlanan, təsnifləşdirilən, lakin xüsusi məzmuna çevrilmək üçün təşkil edilməmiş fakt nəzərdə tutulur. Verilən simvollardan, hərf-rəqəmlərdən, səslərdən, rəmzlərdən ibarət ola bilər. Verilənlər bazası müraciət üçün təşkil edilmiş verilən elementlərinin saxlandığı fiziki mühitdir.
İnformasiya dedikdə, elə verilən nəzərdə tutulur ki, həmin verilən ünvan üçün əhəmiyyətli və qiymətli olaraq təşkil edilmişdir. Ünvan (istifadəçi) qiymətləri inteqrasiya edir, nəticə çıxarır və məna aşkarlayır.
Bilik dedikdə, qazanılmış təcrübənin məzmununu, öyrənmənin və ekspertizanın nəticələrini ötürmək məqsədi ilə təşkil və emal edilmiş verilənlər və ya informasiya nəzərdə tutulur ki, bu da cari problemin həllində və ya əməllərin icrasında istifadə edilir. Keçmiş təcrübənin məzmununu və ya ekspertizanın nəticələrini əks etdirən verilənlər istifadəçi üçün təşkil edilmiş bilik olduğundan, yüksək potensial qiymətlilik nümayiş etdirir.
Bu üç anlayış, xüsusilə də, verilən və informasiya anlayışları tez-tez qarşılıqlı əvəz olunurlar. Verilən, informasiya və bilik informasiya sisteminin həm girişini, həm də çıxışını təşkil edə bilərlər.
Verilənlər. Verilənlərin mənbələri. Qərar qəbuluna dəstək xidməti sistemi olan informasiya sistemlərində verilənlər şəkil, xəritə, səs siqnalı və animasiya formasında təqdim edilə bilir. Bu verilənlər istifadə edildikdən əvvəl və sonra müxtəlif yollarla saxlanır və təşkil edilir. Verilən dedikdə, həmçinin anlayış, predmet və rəy (qiymətləndirmə) başa düşülür. Verilənlər əvvəlcədən ya işlənilməmiş, ya da ümumiləşdirilmiş (işlənilmiş) olur. Qərar qəbuluna praktiki dəstək xidməti sistemləri əsasən ümumiləşdirilmiş (işlənilmiş) və işlənilməmiş, yəni, ilk mənbədən yığılmış (götürülmüş, dərilmiş) verilənlərdən istifadə edirlər ki, bu verilənlər də 3 əsas mənbədən: daxildən, xaricdən və fərdi mənbədən daxil olur.
Daxili verilənlər korporasiyanın bir və ya bir-neçə bölməsində saxlanır. Bu verilənlər işçiləri, məhsulu, xidmətləri və prosesləri ifadə edir. İnformasiya-idarəedici sistemlər həm işlənilmiş, həm də işlənilməmiş verilənlərdən istifadə edir. Daxili verilənlərə təşkilatın kompüter şəbəkəsindən müraciət etmək mümkündür.
Xarici verilənlər çoxsaylı mənbələrdən, məsələn, kommersiya verilənlər bazalarından, İnternetdən, peyklərdən, filmlərdən, musiqidən, səs informasiya mənbələrindən, şəkillərdən, diaqramlardan, atlaslardan, televiziyadan və s. daxil ola bilir. Hökumət sərəncamları, normativ aktları və hesabatları xarici verilənlərin əsas mənbələridir.
Ticarət-sənaye palatalarından, lokal banklardan, tədqiqat institutlarından, maliyyə-analitik strukturlardan, birjalardan daxil olan informasiya informasiya sistemi istifadəçisinin üzərinə sel kimi gələrək onun həddən artıq informasiya ilə yüklənməsinə səbəb olur.
Xarici verilən mənbələrinin əksəriyyəti konkret informasiya sisteminin fəaliyyətinə dəxli olmayan mənbələrdir. Buna görə də xarici verilənlər arasından yalnız ən vacibləri seçilir və bu zaman ciddi seçim rejimi tətbiq edilir ki, lazımi verilən kənarda qalmasın və sistem lazımsız verilənlə yüklənməsin.
Fərdi verilənlər korporasiyanın öz ekspertləri tərəfindən daxil edilənlərdir. Bu verilənlər satış barədə, rəqiblərin mümkün hərəkətləri barədə, bazar, istehsal və s. barədə subyektiv qiymətləndirmələrdir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin