Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları



Yüklə 1,02 Mb.
səhifə14/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Ekspertlə fərdi oyunlar
Burada ekspert müəllim, mühəndis – şagird rolunda çıxış edir. Yəni mühəndis ekspertin işini görür, ekspert isə mühəndisin səhvlərini düzəldir. Bu, utancaq eksperti danışdırmaq üçün ən yaxşı metoddur. Oyunların birində mühəndis yaxşı tanıdığı xəstənin həkimi rolunda, ekspert isə məsləhətçi rolunda çıxış edir.
Məsləhətçi suallar verərək tətbiq edilən müalicə növünün uğurlu olub-olmayacağı barədə proqnoz verir. Ənənəvi üsulda 170, bu üsulda isə cəmi 30 sual kifayət edir.
Qrupda rol ifa etməklə icra edilən oyunlar
Qrupşəkilli oyunlarda bir-neçə ekspert iştirak edir. Belə oyunlarda adətən əvvəlcə ssenari yazılır, rollar paylanır, hər bir rol üçün portret-təsvir hazırlanır və oyunçuları qiymətləndirmək üçün sistem qurulur. Bu oyunun rejissoru mühəndisdir. Burada əsas məsələ ekspertlərin öz imkanlarını büsbütün aça bilməsi üçün lazımı atmosferin yaradılmasıdır ki, bu da mühəndisin işidir.
Trenajor oyunları
Bu oyunlar oyundan çox gerçəkliyə yaxın situasiyanın imitasiya çalışmalarına yaxındır. Trenajor daha çox tədrisdə, məsələn, təyyarəçilərin hazırlanmasında istifadə dilir. Ekspertin trenajorda etdiklərinin izlənilməsi ilə yeni biliklər ələ keçirmək olur.
Kompüterli ekspert oyunları
İşgüzar oyunlarda kompüterdən istifadə edilməsi ideyası çoxdan məlumdur. Artıq böyükdən-kiçiyə hamı kompüter oyunlarına cəlb edilmişdir.
Kompüter oyunları aşağıdakı növlərə bölünür:
-Mövqeli oyunlar (şahmat, dama və s.);
-Dinamik oyunlar (hərəkət edən hədəfə atəş açmaq);
-Süjetinə təsir edilə bilən mənzərə və ya dialoq filmləri ilə oyunlar;
-Öyrədici oyunlar (istifadəçi bu oyunlarda müəyyən vərdişlərə yiyələnməklə yanaşı, yeni şeylər də öyrənir).
Ekspert oyunları bu oyunlarla bəzədilməlidir.
Oyunların birində qara qutudakı heyvanı təyin etmək tələb olunur. Bunun üçün ekspertə heyvanın əlamətləri barədə ardıcıl xəbərlər verilir. Məqsəd daha az xəbər almaqla qara qutudakı heyvanı təyin etməkdir. Bu, əlamətlər ardıcıllığı ilə işləyən ekspertin necə düşündüyünü təyin etməyə imkan verir.
Tekstoloji (mətni) metodlar
Mətndəki biliyi ələ keçirmək üçün mətni anlamaq və lazımlı fraqmenti ayırmaq tələb olunur. Mətnin özü yalnız fikrin ötürücüsüdür. Müəllifin əsas fikri və biliyi mətnaltı ifadədə gizlənir. Yəni mətnin müəllifinin nəzərdə tutduğu əsas fikir oxucunun gəldiyi qənaətlə az-çox fərqlənə bilir. Eyni ilə, ekspertin məqaləsində şərh edilən fikir mühəndis tərəfindən yanlış da qəbul edilə biləndir.
Mətni anlamağın əsas momentləri aşağıdakılardır:
-Mətnin məzmunu barədə əvvəlcədən fərziyyə irəli sürülməsi;
-Xüsusi terminologiyanın mənasının təyini;
-Mətn haqqında ümumi fərziyyənin meydana çıxması;
-Mətnin terminlərinin ümumidən xüsusiyə doğru dəqiqləşdirilməsi;
-Ayrı-ayrı vacib sözlər arasında daxili əlaqələr quraraq mətnin məna strukturunu cızmaq;
-Mətni xüsusidən ümumiyə doğru bərpa etməklə fərziyyəni dəqiqləşdirmək;
-Əsas fərziyyənin qəbul edilməsi.
Göründüyü kimi, mətni anlamanın həm deduktiv (tamdan hissəyə), həm də induktiv (hissədən tama) metodlarından istifadə edilir.
Mətndə tez-tez rast gələn sözlər açar söz kimi qəbul edilir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin