Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları



Yüklə 1,02 Mb.
səhifə10/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Psixoloji aspekt
Biliklərin ələ keçirilməsində ünsiyyət modeli
Yuxarıda göstərilən üç aspektdən ən başlıcası psixoloji aspektdir. Çünki bu layihələşdirici mühəndislə əsas bilik mənbəyi olan peşəkar ekspert arasında uğurlu və səmərəli qarşılıqlı fəaliyyət yaranmasında həlledici rol oynayır. Psixoloji aspekt bir də ona görə vacibdir ki, biliyin ələ keçirilməsi sistemi yaradanların bilavasitə ünsiyyəti şəraitində baş verir. Ünsiyyətə can atmaq və onu səmərəli şəkildə qurmaq qabiliyyəti bilik mühəndisinin peşəkarlığının göstəricisidir.
Məlumdur ki, danışıqla qurulan ünsiyyətdə informasiya itkisi böyük olur. Belə ki, ekspertin söyləmək istədiyi fikrin cəmi 90%-i söz forması ala bilir. İfadənin fikir yükü 80% təşkil edir.
Mühəndisin eşitdiyi ekspert fikrinin cəmi 70%-i olur. Mühəndisin anladığı ekspert fikrinin 60%-ni, yadında saxladığı isə həmin fikrin cəmi 24%-ni təşkil edir. Yəni danışıqla qurulan ünsiyyətdə ən yaxşı halda mühəndis ekspert fikrinin dörddə birini ələ keçirə bilir.
Ünsiyyətin struktur modelinə: ünsiyyətdə iştirak edənlər (partnyorlar), ünsiyyət vasitələri (prosedurlar) və ünsiyyətin predmeti (biliklər) aid edilir. Bu struktura müvafiq olaraq bilik ələkeçirmə zamanı meydana çıxan psixoloji problemlərin 3 təbəqəsini fərqləndirirlər. Bunlardan biri, kontakt təbəqəsi, ikincisi, prosedur təbəqəsi, üçüncüsü, koqnitiv təbəqədir.
Kontakt təbəqəsi
İxtiyari kollektiv prosesə iştirakçılar arasında mövcud olan atmosfer təsir edir. Təcrübə göstərir ki, kollektivdəki dostluq atmosferi qrup üzvlərinin fərdi qabiliyyətlərinə nisbətən nəticəyə daha güclü təsir edir. Xüsusilə də layihəçilər kollektivində rəqabət əvəzinə kooperativ münasibətlər olması daha vacibdir. Çünki kooperasiya əməkdaşlıq, qarşılıqlı yardım, bir-birinin uğur qazanmasına qarşılıqlı maraq yaradan münasibətlər toplusudur.
Rəqabət isə fərdçilik, şəxslərarası rəqabət atmosferi yaradır. Buna görə də kooperasiya münasibətləri rəqabət münasibətlərinə nisbətən daha yüksək ünsiyyət səviyyəsi formalaşdırır. Ünsiyyətdə 100%-li uyuşanlığa zəmanət vermək mümkün deyildir.
Bilik mühəndisi bilik ələkeçirmə zamanı aşağıdakı xassələrə malik olmalıdır:
-xoşxasiyyət və dostpərəstlik;
-yumor hissi;
-yaxşı yaddaş və diqqət;
-müşahidəçilik;
-xəyalpərəst və duyğulanmaq;
-yüksək səfərbərlik və indakarlıq;
-qaynayıb-qarışan və hazırcavab;
-analitik düşünə bilən;
-geyim-geçinməsinə fikir verən;
-özünə inanan olmalıdır.
Prosedur təbəqəsi
Kontakt təbəqəsində ekspertlə qarşılıqlı anlaşma və etibar qazanan bilik mühəndisi bu atmosferdən faydalanmağı bacarmalıdır. Prosedur təbəqəsinin problemləri birbaşa bilik ələ keçirməklə bağlı olur. Bu təbəqədə mehribanlıq və istiqanlılıq azdır, burada peşəkar bilik lazımdır.
Ekspertlə mühəndis kiçik otaqda təkbətək söhbət etməlidir. Otağın işıqlandırılması, istiliyi, rahatlığı əhval-ruhiyyəyə birbaşa təsir edir. Çay və ya kofe dostluq atmosferi yaradır. İşgüzar söhbət üçün 1,2-3 metr ara olmalıdır. Ara 0,7-0,8 metrdən az olmamalıdır.
Öz mülahizələrini dəyişdirmək o qədər də asan iş deyil, buna görə də seansın uzunluğu 1,5-2 saatdan çox olmamalıdır. Bu 2 saat səhər 10-12 arasında olsa yaxşıdır. 20-25 dəqiqəlik söhbətdən sonra tənəffüs etmək faydalıdır.
Hər bir mühəndisin yalnız özünəxas danışıq və davranış manerası vardır. Bilik ələ keçirmək istəyən mühəndis rahat və yorucu olmayan tərzdə danışmalıdır. Cümlələr 5-9 sözdən ibarət olsa yaxşıdır. Ələ keçirilən biliklər hökmən qeyd edilməlidir. Bunu söhbətin gedişində ya kağızda, ya maqnitofonda, ya da yadda saxlayıb sonra yazmaqla etmək olar. Ən yaxşısı maqnitofondur. Lakin ekspert söhbətin maqnitofona yazıldığını bilməsə yaxşıdır.
Koqnitiv təbəqə
Koqnitiv psixologiya insanın ətraf dünyanı dərk etməsi mexanizmlərini öyrənir. Bilik mühəndisi:
-ekspertə imkan yaratmalıdır ki, sərbəst fikir söyləsin;
-ekspertlə “açar qıfıla” düşən kimi davranmalıdır;
-bilik ələkeçirmənin məqsədini dəqiq anlamalıdır;
-ekspertin mülahizələri əsasında tez-tez sxemlər çəkməlidir ki, onun fikrini daha dərindən anlasın.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin