Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Mühazirə 3. Biliklərin təqdim olunması modelləri



Yüklə 1,02 Mb.
səhifə11/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Mühazirə 3. Biliklərin təqdim olunması modelləri
Linqvistik aspekt
Linqvistik aspektin strukturu
Bilik mühəndisi ilə ekspertin ünsiyyət prosesi dil ünsiyyəti olduğundan, bilik mühəndisliyinin linqvistik aspekti nəzərdən qaçırılmamalıdır.
Bilik mühəndisliyi üçün linqvistik problemin 3 təbəqəsini fərqləndirirlər:
-ümumi kod;
-anlayış strukturu;
-istifadəçi tezaurusu.
Ümumi kod problemi
Mühəndislə ekspertin dili xeyli fərqli ola biləndir.
Mühəndisin dili aşağıdakı 3 komponentdən ibarətdir:
-ədəbiyyatdan öyrəndiyi predmet oblastına aid terminlər;
-nəzəri hazırlığından gələn ümumelmi terminologiya;
-məişət danışıq dili.
Ekspertin dili isə aşağıdakılardan ibarətdir:
-predmet oblastında qəbul edilmiş xüsusi terminologiya;
-ümumelmi terminologiya;
-məişət dili;
-peşə jarqonu.
Əgər ümumelmi və məişət dilləri oxşardırsa, onda bunların arasında ümumi kod yaranmış olur. Bundan sonra predmet oblastına dair ortaq anlamlar ümumi kodu bir qədər də genişləndirir.
Ekspertin işlətdiyi terminlərin dəqiq mənalarını mühəndis yazıb öyrəndikdə ümumi kod daha mükəmməl olur. Bununla, əslində, predmet oblastının lüğəti yaradılmış olur. Bundan sonra terminlər qruplaşdırılır ki, bu da biliklərin ilkin strukturlaşdırılması deməkdir.
Terminlər bəzən fərqli anlamlar kəsb edir. Belə ki, ekspert obyektin məzmunu barədə danışarkən mühəndis söhbətin formadan getdiyini düşünür.
Anlayış strukturu
Təbii intellektdə və yaddaşda anlayışlar bir şəbəkə yaradır. Buna görə də BB yaradılarkən lüğət əvəzinə ensiklopediya lazımdır ki, bütün terminlər digər terminlərə iqtibas edilərək lüğət məqalələri şəklində izah edilməlidir.
Mühəndis anlayışlar iyerarxiyası ilə işləməyə məcburdur.
Anlayışlar iyerarxiyası dedikdə, ixtiyari predmet oblastının bilik strukturunun konseptual təhlili əsasında yaradılan qlobal sxem nəzərdə tutulur.
Ümumi kod nə qədər zəngin və ifadəlidirsə, BB bir o qədər dolğundur.
İstifadəçi tezaurusu (lüğəti)
Ümumi kod və anlayışlar təbəqələri üzrə alınmış linqvistik nəticələr adekvat BB yaratmaq üçün yönəldilsə də, unutmaq olmaz ki, son istifadəçinin peşəkarlıq səviyyəsi predmet oblastına aid terminlərin hamısını düzgün anlamağa imkan verməyə bilər.
Odur ki, istifadəçi interfeysi hazırlanarkən sistemi şəffaflaşdıran işlərin görülməsi, yəni lüğətin əlavə izahlarla zənginləşdirilməsi zəruri olur.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin