Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları



Yüklə 1,02 Mb.
səhifə8/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Biliklərin emalı
Biliklərin emalı informasiya emalı sahələrindən biridir. İnformasiyanın emalı texnologiyasının bir çox illərdən bəri müzakirəsi əsasən fon-Neyman-Türinq maşınının hesablayıcı mexanizmləri ətrafında aparılmışdır ki, bunun da bütün imkanları özünün optimal formasını almışdır. Bilik emal edən ekspert sistemləri və intellektual sistemlər də həmin metodlarla işləyir və bunların da funksiyaları həmin mexanizmlərə əsaslanır. Lakin bu problemlərin təhlili zamanı daha geniş tədqiqat aparmaq lazım gəlir. Bu onunla bağlıdır ki, biliklərin emalı sisteminin arzu edilən strukturu hələ lazımi səviyyədə müəyyənləşməmişdir. Bundan əlavə, informasiyanın intellektual emalı zamanı insan-maşın münasibətlərinə söykənən yeni emal üslubu ortaya qoyulur ki, bu da fon-Neyman-Türinq maşınında qəbul edilmiş üslubdan tamamilə fərqlənir.
Aydındır ki, informasiyanın yeni emal texnologiyasının təsdiqi üçün əvvəlcə problemin həlli zamanı insanın davranışı təhlil edilməli, sonra isə həll prosesinin hansı hissəsinin biliklərin emalı vasitələri ilə avtomatlaşdırılması mümkünlüyü və səmərəliliyi təyin edilməli və bu işi görəcək sistemin necə olacağı barədə təsəvvür meydana çıxmalıdır.
Kommersiya səviyyəsinədək inkişaf etmiş biliklərin emalı sistemi hələ də ənənəvi tip kompüterdə reallaşdırılır. Lakin biliklərin emalını həyata keçirməli olan vasitələrin gələcək inkişafı fonNeyman-Türinq mühitindən fərqli mühitin olmasını tələb edir. Yəni informasiya emalının yeni prinsiplərinin işlənib hazırlanması tələb olunur.
Bilik emalının fərqləndirici cəhəti insan-maşın münasibətinin dəyişdirilməsi ilə bağlıdır.

Bilik mühəndisliyi
Bilik mühəndisliyi dedikdə, biliklərdən istifadə etməklə həll edilən problemlərin həlli üçün yaradılan modellər, metodlar, texniki priyomlar məcmusu nəzərdə tutulur. Bilik – məhdud semantikalı, lakin qarşıda qoyulan məqsədə çatmağa imkan verən formada saxlanan informasiyadır.
Bilik mühəndisliyi, faktiki olaraq, ekspert bilikləri qaydaları ilə ifadə edilən bilik əldə edilməsi və təhlili metodlarını, ekspert sistemi texnologiyasını və metodologiyasını əhatə edən nəzəriyyədir. Ekspert sistemlərinin inkişafı bilik mühəndisliyini, yəni intellektual sistemlərin qurulması prosesini meydana gətirdi. Bilik mühəndisliyi bütövlükdə intellektual informasiya sistemlərinin, o cümlədən, ekspert sistemlərinin yaradılmasının bütün mərhələləri ilə, yəni ideyanın meydana çıxması, reallaşdırma və təkmilləşdirmə də daxil olmaqla bütün proseslə bağlıdır. Bilik mühəndisliyinin əsas elementi ümumiləşdirmə tipli əməliyyatlardan, induktiv nəticələr üçün fərziyyələr irəli sürməkdən, kompüter proqramlarının köməyi ilə yeni proqramların tərtibindən və s. kimi işlərdən istifadə edilməsidir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin