Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Predmet oblastının funksional strukturu



Yüklə 1,02 Mb.
səhifə16/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Predmet oblastının funksional strukturu
Funksional struktur ekspertin qərar qəbul etdiyi zaman istifadə etdiyi mülahizələrin modelini əks etdirir. Funksional struktur adətən “əgər-onda” qaydaları ilə qurulur. Bəzən bu məqsəd üçün semantik şəbəkələrdən də istifadə edilir. Funksional struktur cədvəl formasında, qraf şəklində, təbii dilin cümlələri ilə təsvir edilə bilər. Əyani fomalar daha münasibdir.
Mülahizə modellərində tez-tez qeyri-səlis anlayışlar rast gəlir ki, bunların sırasında da “çox”, “tez-tez”, “olduqca”, “yüksək”, “böyük” və s. misal göstərmək olar. Bunların təsviri üçün Lütfizadənin qeyri-səlis məntiqindən istifadə edilir. Bu ekspertin inam dərəcəsini təyin etməyə imkan verir. Məsələn, ekspert X şirkətinin aksiyalarını almağı 9 inam dərəcəsi ilə, Y şirkətininkini isə 6 inam dərəcəsi ilə məsləhət görür.

Biliklər bazasının formalaşdırılması və proqram həlli
Bilik polesi konseptual və funksional strukturlar şəklində formalaşdırıldıqdan sonra bilik mühəndisi proqramçı ilə birlikdə biliklərin təsviri və təqdimi üçün münasib alqoritmik dil axtarır.
Fərz edək ki, predmet oblastının konseptual modeli aşağıdakı kimidir:
Giriş amillər: sağlamlıq (pis, orta, normal, əla), maddi durum (ortadan aşağı, orta, yaxşı), məzuniyyət vaxtı (qış, yaz, yay, payız), insanın xarakteri (aktiv, passiv).
Çıxış amillər: aktiv istirahət (gəzinti, turist gəzintisi), passiv istirahət (bağ, kurort, kənd, ev).
Bu strukturlardan istifadə edən ekspert sistemi belə işləyir:
“Əgər sağlamlıq əladırsa və ya yaxşıdırsa və maddi durum yaxşıdırsa və xarakter aktivdirsə, onda gəzinti və ya turist gəzintisi”.
Bilikləri səciyyələndirən xüsusiyyətlər
Biliklər, demək olar ki, getdikcə strukturu mürəkkəbləşən verilənlərin müəyyən dərəcədə inkişafından alınır. Proqramlaşdırmanın ilkin mərhələlərində ölçü vahidi maşın sözləri olan verilənlər, sərbəst sayda komponentlər vektoru, sərbəst ölçülü matrislər, müxtəlif strukturlu cədvəllər, çətin təşkil olunmuş fayl sistemləri və siyahı sturukturları, abstrakt tipli verilənlərin meydana çıxması ilə mürəkkəbləşməyə başladı. Digər dəyişikliklərin də baş verməsilə ənənəvi təşkil olunmuş verilənlərdə yeni keyfiyyət xarakterli cəhətlər yarandı.
Bilikləri səciyyələndirən xüsusiyyətlər :

  1. Daxili interperetasiya

  2. Strukturlaşma

  3. Bağlılıq

  4. Aktivlik



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin