Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Mühazirə 7 Ekspert sistemlərinin təsnifatı



Yüklə 1,02 Mb.
səhifə24/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Mühazirə 7
Ekspert sistemlərinin təsnifatı
Yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı kimi təsnif oluna bilərlər.
1. İdentifikasiyaedici ES-lər - müşahidə olunan verilənlərlə bağlı vəziyyətin təyini,obrazların, dilin, radarlardan alınan siqnalların tanınması.
2. Diaqnostik ES-lər - müşahidə olunan sistemdə ola biləcək xətalar əsasında nəticələrin çıxarılması, xəstəliklərin diaqnozu, texniki nasazlıqların müəyyən olunması.
3. İdarəetmə ES-ləri - cari vəziyyətlərin ardıcıl şərhi, təhlili və idarəedici qərarın verilməsi. Dəmiryolu, yerüstü, hava və dəniz nəqliyyatının idarə edilməsi
4. Layihələndirmə ES-ləri -verilmiş sənədlərə uyğun olaraq mürəkkəb konfiqurasiyaların yaradılması,verilmiş məhdudiyyətlər daxilində predmetin prototipinin yaradılması.
5. Proqnozlaşdırma ES - ləri -verilmiş vəziyyətə görə ehtimal olunan nəticələrin çıxarılması (havanın, hücum hərəkətinin təyin olunması, demoqrafik, ticarət ehtimalları).
6. Planlaşdırma ES-ləri - obyekti müəyyən vəziyyətə gətirən situasuyalar ardıcıllığı. Eksperimentlərin planlaşdırılması, robotun hərəkətinin, obyekti müəyyən vəziyyətə gətirən situasiyalar ardıcıllığının öyrənilməsi
7. Моnitorinq ES-ləri - əvvəlcədən meydana çıxmış kritik vəziyyətlərin ardıcıl izlənilməsi. Əməliyyatdan sonra xəstənin halının izlənilməsi, vəziyyətinin əsas göstəricilərinin izlənilməsi.
8. Təhsilləndirmə ES-ləri - ekspertlərin təhsil alanlara məsləhətləri, tələbələrin biliklərinin yoxlanılması. Öyrədici sistemlər.
İşlənilmə səviyyəsinə görə ES-lər aşağıdakı kimi təsnif oluna bilərlər.
·Təsviri prototip (2-3 ay,50-100 qayda) – sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədəuyğunluğunu göstərir.
·Tədqiqat prototipi (1-2 il,200-500 qayda) – sistem qaneedici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir.
·İşləyən prototip (2-3 il,500-1000 qayda) – sistem problemin həllini lazımınca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil.
·Sənaye sistemi (2-4 il,1000-1500 qayda) – sistem yüksək etibarlıq göstərir və sifarişçiyə verilir.
·Ticarət sistemi - ES təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilərə də satıla bilir.
Biliklərin paylanma xarakterinə görə mərkəzləşmiş və paylanmış BB əsasında yaradılan ES mövcuddur.
Giriş icazəsinin olmasına görə ES fərdi və kollektiv ola bilərlər.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin