Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Mühazirə 5. Süni intellektin yaradılmasının məqsədi



Yüklə 1,02 Mb.
səhifə20/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Mühazirə 5.
Süni intellektin yaradılmasının məqsədi
İnsanların praktiki həyatda suni intellekt yaratmaq sahəsində gördükləri işlər o istiqamətə yönəldilmişdir ki, onlar imkan daxilində az iş görsünlər və müvafiq işlərin görülməsini başqalarına tapşırsınlar. Lakin kifayət qədər yuksək həyat tərzində, böyük potensial enerjiyə malik olan insanda enerjiyə qənaət etmək arzusu və təmbəllik ön sıraya keçir. Fərz edək ki, insan özünün təbii imkanlarından keyfiyyətcə də olmasa kəmiyyətcə qat-qat üstün olan suni intellekti yaratdı. O zaman insan hansı vəziyyətə düşə bilər, o nəyə lazım ola bilər? İnsanlar bundan sonra kütbeyin heyvanlara cevrilməzmi? Ümumiyyətlə prinsipcə süni intellekt bizə lazımdırmı?
Bu suallara ən düzgün cavab “intellektin gücləndirilməsi” konsepsiyasıdır. Burada dövlət səviyyəsində böyük bir müəssisənin və ya təşkilatın rəhbərinin intellektual işini yada salmaq yerinə düşər. Rəhbərin idarəetmə prosesində lazımi qərarlar qəbul etmək üçün hər bir sahədə hər şeyi incəliklərinə qədər bilməsinə ehtiyac yoxdur, belə ki, müxtəlif sahələr üzrə hər bir ixtisas sahibi öz işi ilə məşğul olur. Misal üçün, kimyaçı ətrafımızda baş verən kimyəvi prosesləri öyrənir, proqramçı intellektual işləri sürətləndirmək üçün proqramlar hazırlayır, iqtisadçı müəyyən sahələrin inkişafına qoyulan investisiyaların dövlətə gətirə biləcəyi gəlir haqqında məlumat verir və s. Lazımi məlumatlar ətraflı şəkildə rəhbərə hazır şəkildə çatdırıldıqda o düzgün qərar qəbul edə bilir. Bu misalda rəhbər bioloji intellekt gücləndiricisindən (ixtisaslı kadrların təbii beynindən) istifadə edir. Lakin indi canlı olmayan elə intellekt gücləndiriciləri mövcuddur ki, onlar qərar qəbul etmə işini daha da asanlaşdırırlar. Məsələn, kompüterlərin köməyi olmadan biz hava haqqında məlumatı lazımi dəqiqliklə verə bilməzdik, kosmik gəmilərin hərəkəti isə ilkin günlərdən bort hesablama-həlledici qurğular vasitəsi ilə idarə olunur. Bundan başqa insanlar keçmiş zamanlardan intellekt gücləndiricisinə analoji olan qüvvə gücləndiricisindən istifadə etmişlər. Avtomobillər, kranlar, elektrik mühərrikləri, presləyici qurğular, partlayıcı qurğular, təyyarə və s. qüvvə gücləndiricisinə misal olaraq göstərilə bilər.
Süni intellektin yaradılmasında əsas problemlərdən biri də təhlükəsizlik problemidir. Mükəmməl proqramlarla təchiz olunmuş sini intellekt robotları hazırlanarkən aşağıdakı üç qanun əsas götürülməlidir:
1. Robotlar insanlara zərər verməməlidirlər və öz hərəkətsizlikləri ilə insanlara zərər verilməsinə şərait yaratmamalıdırlar.
2. Robotlar insanların birinci qanunu inkar etməyən hər bir kamandasına tabe olmalıdırlar.
3. Robotlar birinci və ikinci qanunları inkar etməmək şərti ilə öz təhlükəsizliyinin qayğısına qalmalıdırlar.
İlk baxışda bu qanunlara tam tabe olan robotlar insanlığın təhlükəsizliyinə təminat verirlər. Lakin burada iki aspektə diqqət vermək lazımdır: birincisi bu qanunlarda insan dilində asan qavranılan terminlərin (məs. “zərər verməmək”, “sərait yaratmamaq” terminləri) alqoritmik formaya tərcüməsi prosesinin çətinliyinə, ikincisi isə bu terminlərin müəyyən mənada abstraktlığından doğan ziddiyyətliliyə. Tutaq ki, çətinliklə də olsa biz göstərilən qanunları avtomatik sistemlərin anlaya biləcəyi dilə çevirdik. Maraqlıdır ki süni intellekt “zərər verməmək” terminini məntiqi olaraq necə qəbul edcəkdir? O zaman belə bir nəticə çıxarmazmı ki, bütövlükdə insanın mövcudluğu başdan -başa zərərdir? Axı insan siqaret çəkir, spirtli içkilər içir, illər keçdikcə qocalır, saglamlığını itirir, qəm-qüssə çəkir, kədərlənir. Əlbəttə bəzi həyati tələblərə və sərbəst arzu ifadələrinə uyğun olaraq proqrama müəyyən əlavələr etmək mümkündür. Lakin bu zaman yuxarıda qeyd olunan üç əsas prinsip qüvvədən düşür. Əgər bir həyatın xilas olunması digər həyatın məhv oluması hesabına mümkün olarsa, onda sünı intellekt belə vəziyyətdə necə qərar verəcədir?
Burada sistemin kimin kim olması haqqında heç bir informasiyası olmaması halı xüsusilə maraqlıdır. Sadalanan problemlərə baxmayaraq bu qanunlar süni intellekt sistemlərində təhlükəsizlik sistemlərinin etibarlılığını yoxlamaq üçün o qədər də pis olmayan bazis hesab edilə bilər.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin