Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


İntellekt, süni intellekt və intellektual sistem anlayışları və onların mahiyyəti



Yüklə 1,02 Mb.
səhifə21/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

İntellekt, süni intellekt və intellektual sistem anlayışları və onların mahiyyəti
“Süni intellekt” elminin öyrənilməsinin predmeti insan düşüncəsidir.Alimlər “İnsan nə cür düşünür?”sualına cavab axtarırlar. Bu tədqiqatların məqsədi insan intellektinin modelinin yaradılması və onun kompüterdə realizəsindən ibarətdir. Qeyd olunan məqsədi sadələşdirilmiş formada aşağıdakı kimi səsləndirmək olar: “Maşını düşünməyə öyrətmək”. Sizə məlumdur ki, istənilən işi komputer proqram üzrə yerinə yetirir.Proqramları insanlar yazırlar, komputer isə onları yerinə yetirir.Süni intellekti işləyənlər məsələnin şərtindən asılı olaraq, maşını öz hərəkətlərinin proqramını müstəqil şəkildə qurmağa öyrətməyə cəhd göstərirlər.
Süni intellektin istənilən sistemi hər hansı bir müəyyən predmet oblastında (tibb, riyaziyyat və s.) işləyir. Mütəxəssisə oxşar olaraq komputer verilmiş oblastda biliklərə malik olmalıdır.Konkret predmet oblastında müəyyən şəkildə formallaşdırılmış və kompüterin yaddaşında yerləşdirilmiş biliklər komputerli biliklər bazası adlanır.
Məsələn, siz həndəsədən məsələlərin həlli üçün kompüteri tətbiq etmək istəyirsiniz. Əgər məsələlər kitabında müxtəlif məzmunlu 500 məsələ varsa, onda kompüterdən ənənəvi istifadə zamanı 500 proqram yazmaq lazım gələcək. Əgər bu problemin həllini süni intellekt sahəsindəki mütəxəssis öz boynuna götürərsə, o zaman o bu məsələyə tamamilə başqa cür yanaşacaq. O kompüterə həndəsə barəsində biliklər yerləşdirəcəkdir. Bu biliklər əsasında və məntiqi mülahizələrin xüsusi alqoritminin köməyi ilə kompüter 500 məsələdən istənilən birini həll edəcəkdir. Bunun üçün ona yalnız məsələnin şərtini vermək kifayətdir.
İnsan düşüncəsi iki tərtibediciyə əsaslanır: biliklər ehtiyatı və məntiqi mülahizə yürütmək qabiliyyəti. Buradan kompüterdə intellektual sistemlərin yaradılması zamanı iki əsas məsələ irəli gəlir:
· Biliklərin modelləşdirilməsi (biliklər bazası kimi kompüterin yaddaşına daxil etmək üçün biliklərin formalaşdırılması metodlarının işlənilməsi);
· Mülahizələrin modelləşdirilməsi (müxtəlif məsələlərin həlli zamanı insan düşüncəsinin məntiqini imitasiya edən komputer proqramlarının yaradılması).
XX əsrin 60-cı illərində “Süni intellekt” adlandırılan informatikanın yeni bölməsi meydana gəldi. Ensiklopedik lüğətdə yazılmışdır: “İntellekt (latın dilində intellectus-dərk etmə, başa düşmə, mülahizə yürütmə) - düşünmə, rasional dərketmə qabiliyyətidir”. Bu qabiliyyət tam mənada yalnız insanlara xasdır.
Hər hansı bir problemin həllinə başlayarkən insan əksər hallarda dəqiq fəaliyyət proqramına malik olmur. Bu proqramı o özü işin gedişində yaradır, Misal üçün, şahmat oyunu zamanı şahmatçı oyunun qaydalarını bilir, onun məqsədi – oyunu udmaqdır. Onun hərəkətləri əvvəlcədən proqramlaşdırılmamışdır. Onlar rəqibin hərəkətlərindən, lövhədə yaranmış vəziyyətdən, şahmatçının düşünmə tərzindən və onun şəxsi təcrübəsindən asılıdırlar.
Əvvəlcədən proqramlaşdırılması mümkün olmayan insan fəaliyyətinin digər müxtəlif növləri mövcuddur. Misal üçün, musiqi bəstələnməsi və şeir yazılması, teoremlərin isbatı, xarici dildən ədəbi tərcümə, xəstəliklərin diaqnozlaşdırılması və müalicəsi və s.
Yaxşı məlumdur ki, istənilən işi kompüter proqram üzrə yerinə yetirir. Proqramları insanlar yazırlar, kompüter isə formal olaraq onları yerinə yetirir. Süni intellekt sistemini işləyənlər məhz insana uyğun olaraq maşını müstəqil şəkildə, məsələnin şərtindən asılı olaraq öz fəaliyyətinin proqramını yaratmağa cəhd göstərirlər. Belə də demək olar: kompüteri formal icraçıdan intellektual icraçıya çevirmək məqsədi qoyulur (şək. 1.1).

Süni intellektin istənilən sistemi hər hansı bir predmet oblastı çərçivəsində işləyir (tibbi diaqnostika, qanunvericilik, riyaziyyat, iqtisadiyyat və s).
Süni intellekt süni beyin, kibernetik maşınlar və biliklərin təqdim olunması sahəsində görülən işlərin nəticəsi və ya davamıdır. Süni intllekt insanlar tərəfindən ağıllı bir həll kimi qəbul edilən, hesablama maşını tərəfindən görülən işlərin proqram konsepsiyası haqqında bir elmdir. Süni intellektin tədqiqatında 4 əsas sahəni qeyd etmək olar. Bu əyani olaraq aşağıdakı şəkildə verilmişdir (şək.1.2).

Tədqiqatların birinci oblastı yaradıcı əməliyyatların EHM-də canlandırılması ilə əlaqədardır. Bu tədqiqatlar çərçivəsində, məsələn şahmat oyunu üçün proqramlar, həmçinin musiqi əsərlərinin yaradılması üçün proqramlar hazırlanırlar.
Tədqiqatların ikinci oblastı EHM-lərin özlərinin intellektuallaşdırılması probleminin həllidir. Bu tədqiqatların nəticələri hesablama maşınlarının özləri olmalıdır və bu maşınlarla müvafiq hazırlığı olmayan istifadəçilər işləməlidir. Bu zaman hesablama maşını ilə ünsiyyətin mürəkkəbliyi məişət aparatlarının istismarı mürəkkəbliyindən yüksək olmamalıdır.
Tədqiqatların üçüncü oblastı informasiyanın emalının və məsələlərin həllinin yeni prinsiplərinin yaradılması ilə əlaqədardır. Bu prinsiplər süni intellektin xarakterik xüsusiyyətlərindən istifadə edir və hər şeydən əvvəl insanlar yaradıcılıq işləri ilə məşğul olan zaman istifadə etdikləri biliklərdən istifadə edirlər. Burada avtomatik proqramlaşdırma sistemləri EHM üçün proqramlar hazırlayırlar.
Tədqiqatların dördüncü oblastı intellektual robotların yaradılması ilə əlqədardır. Bu robotlar real mühitdə onların yerdəyişməsi ilə, həmçinin gözlə görünən informasiyanın emalı və s. ilə əlaqədar olan mürəkkəb məsələləri həll etmək qabiliyyətinə malik olmalıdırlar.
Bu gün intellektual texnologiyaların mərkəzi paradiqması biliklərin emalıdır. Nüvəsi biliklər bazası (BB) və ya tədqiqat sahəsinin modeli olan, təbii dilə yaxın yüksək dil səviyyəsində təsvir olunan sistemlərə intellektual sistemlər deyilir.
Belə yüksək dil səviyyəsini biliklərin təqdimolunma dili (BTD) adlandıracayıq. Ən çox intellektual sistemlər (İS) ixtisas sahiblərinin zəif biliklərinin və informasiyanın məntiqi emalının hesablamadan üstün olduğu çətin məsələlərin həlli üçün tətbiq olunurlar. Məsələn, təbii dilin başa düşülməsi, çətin vəziyyətlərin həllinə dəstək, müalicə metodu ilə diaqnozun qoyulması və məsləhət, vizual informasiyanın analizi, dispetçer pultlarının idarəsi və s.
Hal-hazırda iqtisadiyyatın ayrı-ayrı sahələrində avtomatlaşdırılmış informasiya sistemlərinin hazırlanması və tətbiqi üzrə böyük təcrübə yığılmışdır. Bu təcrübə belə sistemlərin biliklərə əsaslanan intellektuallığını artırmaqla tətbiq sahəsinin effektivliyini artırmağa imkan verir və təsadüfi deyil ki, intellektual sistemlərin nəzəriyyəsi və təcrübəsi sahəsində araşdırmaların sayı durmadan artır.
Təbii dilin və neyron hesablayıcı sistemlərin emal sistemləri olan intellektual sistemlər və onların bir hissəsi olan ekspert sistemlərinin məhsuldarlığı zaman keçdikcə yüksəlir və çətin məsələlərin həlli asanlaşır. Onlar həm də informasiya axınının tam olmadığı halında, həmçinin “qeyri-səlis” vəziyyət yarandıqda köməkçi kimi çıxış edirlər. İntellektual sistemlər ayrıca və ya digər informasiya sistemləri ilə inteqrasiya olunmuş şəkildə istifadə oluna bilərlər.
İntellektual texnologiyaların və informasiya sistemlərinin inteqrasiyasının hiss edilən effektivliyi müxtəlif problemlərin həllində vacib anlam kəsb edir. İntellektual sistemlərin tətbiqinin iqtisadiyyat və biznesdə perspektiv sahələri aşağıdakılardır:
· İstehsalatın idarə edilməsi;
· İstehsal və firmadaxili planlaşdırma və proqnozlaşdırma;
· Marketinq və satışın idarə edilməsi;
· Maliyyə menecmenti;
· Risk-menecment;
· Bank sahəsi;
· Ticarət;
· Fond birjası.
Ümumiyyətlə, intellektual sistemlər daha çox marketinqdə, bazarın seqmentləşdirilməsi və marketinq proqramlarının istehsalı üçün istifadə olunurlar. İntellektual sistemlər həmçinin bazarın seqmentləşdirilməsinin müəyyən edilməsi üçün bank işində də tətbiq olunurlar. Neyron şəbəkələr isə valyuta bazarlarında səhm kotirovkalarının proqnozlaşdırılması üçün istifadə olunur. Ekspert sistemləri firma üçün personalın seçilməsi və strateji qərarların qəbul edilməsi üçün tətbiq edilirlər.
İntellektual sistemlərin təsnifatı. İntellektual sistemlərin təsnifatı müxtəlif əlamətlərə görə aparılır:
Qurğuya görə intellektual sistemlər neyron şəbəkələrinə və ekspert sistemlərinə bölünürlər. Neyron şəbəkələri və ekspert sistemləri müxtəlif qurulma prinsiplərinə malikdirlər.
Tətbiq olunma sahəsinə görə intellektual sistemlər iqtisadi məsələlərin həllinə yönələn, marketinq tədqiqatları üçün hazırlanan və hüquqşünaslıqda qərarların qəbul edilməsi üçün nəzərdə tutulan sistemlərə bölünürlər.
Məsələlərin həllinə görə intellektual sistemlər məsləhət verən, testləşdirən, diaqnostikalaşdıran və s. sistemlərə bölünürlər.
Hal-hazırda faktiki intellektual sistemlər demək olar ki, bütün sahələrdə istifadə olunurlar. Hələ 1989-cu ildə ABŞ-da süni intellektin proqram və aparat vasitələrinin satışından əldə olunan illik gəlir 870 milyon dollar, 1990-cı ildə isə bu rəqəm 1,1 milyard dollar təşkil etmişdir. Sonralar gəlirin 30 faizlik artımı daha da artan templərlə dəyişmişdir.
İntellektual sistemlərin ən çox yayılan növü ekspert sistemlərdir. Adətən “ekspert” sözünü müəyyən sahədə böyük biliklərə və təcrübəyə malik olan insana aid edirlər. Kompüterli ekspert sistemlərinə bu səviyyəli biliklər qoyulur. Ekspert sistemi-verilmiş predmet oblastında mütəxəssisin-ekspertin biliklərini və təcrübəsini özündə birləşdirən süni intellekt sistemidir.
Təkcə ABŞ-da 90-cı illərin əvvəllərində ekspert sistemlərin hazırlanmasından əldə olunan illik gəlir 300-400 milyon dollar, tətbiqindən isə 80-90 milyon dollar təşkil etmişdir. Hər il iri müəssisələr daxili istifadə üçün “in-hause” tipli onlarla ekspert sistemlər hazırlayırlar. Bu sistemlər müəssisənin əsas və strateji vacib məsələlərində mütəxəssislərin təcrübəsini birləşdirir. 90-cı illərin əvvəllərində yeni bir elm – korporativ biliklərin emalı və idarə edilməsi metoduna yönəlmiş “biliklər menecmenti” (knowledge management) elmi yarandı.
Müasir ekspert sistemləri daha az təcrübəyə malik mütəxəssislərin konkret tədqiqat sahəsinə aid məsələlərin həllində köməklik edən mürəkkəb proqram kompleksləridir.
İntellektual sistemlərin inkişaf edən sahəsi olan ekspert sistemləri ənənəvi riyazi model metodları ilə həll olunmayan elm və texnikanın müxtəlif sahələrində informasiyanın emalı üçün nəzərdə tutulub. Bu sahələrdə informasiyanın məntiqi emalı və ekspertlərin təcrübəsi vacibdir. Ekspert sistemlərin tətbiqini zəruri edən bir neçə şərt vardır:
· başqa işçilərə kömək üçün mütəxəssis çatışmazlığı;
· kiçik məsələlərin həlli mütəxəssislərin çoxsaylı kollektivini tələb edir ki, bu mütəxəssislər də lazımi qədər biliklərə malik deyillər;
· məhsuldarlığın aşağı düşməsi bir neçə şərtdən asılı ola bilər ki, bu da adi mütəxəssis tərəfindən ayrılmış vaxtda başa düşülə bilməz;
· ən yaxşı və ən pis icraçıların məsələləri həll etmələri arasındakı fərqin böyüklüyü;
· qoyulan məsələlərin həllinin öhdəsindən daha da yaxşı gələn rəqiblərin mövcudluğu.
Hal-hazırda ekspert sistemlərin müvcud olmadığı və ən azından onların yaradılmasına cəhd olunmayan sahə yoxdur.
Hələ 1987-ci ildə “Intelligent Technologies” (ABŞ) jurnalının istifadəçilərindən alınan sorğulara görə aşağıdakı nəticələr alınmışdır:
• 25 % istifadəçilər ekspert sistemlərdən istifadə edir;
• 25 % istifadəçilər yaxın 2 -3 ildə ekspert sistemlərin tətbiqini planlaşdırır;
• 50 % istifadəçilər istifadənin effektivliyinə görə tədqiqatların aparılmasını üstün tuturlar.
Ekspert və intellektual sistemlərin digər proqram vasitələrindən fərqi biliklərin tədqiqat sahəsinin mütəxəssisi tərəfindən başa düşülən, ona əlavə və dəyişikliklər edilə bilən formada saxlanılan biliklər bazasının (BB) olmasıdır. Buraya həmçinin biliklərin təqdim olunması dilləri (BTD) də aiddirlər.
Təbii olaraq bu istiqamətdə mütəxəssisə oxşar olaraq kompüter verilmiş oblastda biliklərə malik olmalıdır.
Konkret predmet oblastında müəyyən üsulla formallaşdırılmış və EHM-in yaddaşına yerləşdirilmiş biliklər kompüterli biliklər bazası adlanırlar.
İnsanın düşünməsi iki tərtibediciyə əsaslanır: biliklər ehtiyatına və məntiqi mülahizə etmək qabiliyyətinə.
Buradan kompüterdə intellektual sistemlərin yaradılması zamanı iki əsas məsələ meydana çıxır:
·Biliklərin modelləşdirilməsi (biliklərin kompüter yaddaşına biliklər bazası kimi daxil edilməsi üçün biliklərin formallaşdırılması metodlarının işlənilməsi);
·Mülahizələrin modelləşdirilməsi (müxtəlif məsələlərin həllində insan düşüncəsininin məntiqini imitasiya edən kompüter proqramlarının yaradılması).
Sİ sistemlərində mülahizələr modeli realizə olunmuşdur (insan məntiqi). Biliklər bazası və mülahizələr modeli bazasında süni intellekt sisteminin özü istənilən məsələnin həllində öz işini proqramlaşdırır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin