Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


İntellektual sistemlərdə biliyin təsviri



Yüklə 1,02 Mb.
səhifə17/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

İntellektual sistemlərdə biliyin təsviri
İntellektual sistemlərin yaradılması üçün əsas problemlərdən biri biliyin təsviri və ondan istifadə olunmasıdır. Baza biliklərinin yaradılması üçün bir-biri ilə əlaqədar aşağıdakı problemləri həll etmək lazımdır:
Birincisi, müvafiq sahəyə lazım tətbiqi biliyi formalaşdırmaq lazımdır. Bunun üçün mütəxəssis-tətbiqçi və riyaziyyatçılar birgə işləməlidir. Problemi formalaşdırmaq üçün modelin konseptual sxeminin seçilməsi və ya qurulması tələb olunur.
İkincisi, biliyin təsviri problemidir.
Üçüncüsü, biliyin istifadə olunması problemidir.
Dördüncüsü, texnologiya problemidir. Bu modellərin proqram təminatıdır, yəni bilik bazası və onu idarə edən sistemin yaradılmasıdır.

Biliklərin təsnifatı
Bilikləri üç əsas sistemə ayırırlar:

  1. Tam faktiki biliklər (insana məxsus qanunlar və faktorların toplusu)

  2. Aktual biliklər (dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu)

  3. Praqmatik biliklər (axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən)

Başqa bir təsnifata görə biliklərin belə klassifikasiyası mümkündür:

  1. Predmet sahəsinə aid olan biliklər: konkret obyektlərin, gerçəkliyin və bunlara aid elementlərin kəmiyyət və keyfiyyət xarakterli bilikləri;

  2. Prosedur biliklər: sistem tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar, metodlar, alqoritmlər və proqramlar;

  3. Konseptual biliklər:

  4. Struktur biliklər

Ümumi şəkildə, biliyin təsviri modelini şərti olaraq konseptual və empirik modelə bölmək olar. Bəzi problemləri həll etmək üçün konseptual model evristik metodun köməyilə verilir. Çünki, konseptual yazılış bütün paktik hallar üçün tətbiqə qarant verə bilməz. Konseptual model problemi tanımaq imkanı verir və onun analizinə sərf olunan vaxtı qısaldır. Təcrübədə çox vaxt konseptual model empirik modelə çevrilir və bir qayda olaraq yazılı xarakterə malik olur.
Çox hallarda biliyi deklarativ və prosedur biliyə bölürlər. Prosedur bilik fəaliyyətin ardıcıllığı ilə yazılır və onlardan məsələnin həlli üçün istifadə edilir. Bu EHM üçün proqram, alqoritmlərin sözlə yazılması, müəyyən məhsulun yığılması üçün təlimat və s. ola bilər. Deklarativ bilik – prosedur olmayan bütün biliklərdir. Məs, ensiklopediya və ya izahlı lüğət, məqalə, fizika, kimya və başqa elmlərdə qanunların formaları və s.
Biliklər səthi və dərin kateqoriya ilə də fərqləndirilir.
Səthi biliklər – əlaqədar predmet sahəsində ayrı-ayrı proses, fakt və hadisələrin minimum məcmuu və onlar arasında zahiri (natamam) əlaqələrdir.
Dərin biliklər – predmet sahəsində struktur və prosesləri əks etdirən mühakimələr, analoloqlar, sxemlər, modellər, strukturlar, qarşılıqlı əlaqələr və s.-dir.
Müasir ekspert sistemləri səthi biliklər əsasında yaradılır. Çünki dərin biliklərlə əməliyyatlar aparmağı təmin edən modellər hələ işlənməmişdir.
Səthi biliklərin təqdim edilməsinin onlarla modelləri movcuddur ki, onlar əsasən bu tiplərə ayrılır: qaydalar modeli, freymlər, formal məntiqi modellər.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin