Mühazirə 4. Biliklərin strukturlaşdırılması Predmet oblastının konseptual strukturu Ekspert sistemlərini yaradarkən daha çox yaradıcılıq tələb edən prosedurlardan biri əldə edilmiş biliklərin konseptual təhlili və strukturlaşdırılmasıdır.
Strukturlaşdırma – predmet oblastının yarı formal təsviri prosesidir. Belə bir yarı formal təsvir biliklər polesi adlanır.
Biliklər polesi adətən qrafik formada hazırlanır.
Biliklər polesi ( Pz ) aşağıdakı kimi təsvir edilir:
Burada:
Sk - Predmet oblastının konseptual strukturu;
Sf - Predmet oblastının funksional strukturudur.
Predmet oblastının konseptual strukturu və ya modeli onun obyektlərini və obyektlərarası münasibətləri təsvir edir. Yəni konseptual model aşağıdakı kimi təsvir edilə bilir:
Burada: A- predmet oblastının obyektləri çoxluğu; R- obyektləri əlaqələndirən münasibətlər çoxluğudur.
Münasibətlər çoxluğu dedikdə, obyektlər arasındakı əlaqələr başa düşülür. Bu münasibətlərin köməyi ilə bilik mühəndisi predmet oblastının konseptual quruluşunu, anlayışlar iyerarxiyasını, obyektlərin xassə və strukturunu qeyd edir. Konseptual strukturun işlənib hazırlanması ekspert sistemin yaradılmasından asılı olmayan tamamilə sərbəst işdir. Bu struktur tədris, ixtisasartırma, proqnozlaşdırma, izahetmə, strukturun dəyişdirilməsi və s. məqsədlər üçün istifadə edilə bilər.
Əsas strukturlara: AKO, A-part-of, Has-attribute, Value və s. aiddir.
-AKO (A-Kind-OF) – “bu, odur”, məsələn, [MacII]->(AKO) -> [FK] . AKO predmet oblastında valideyn-övlad münasibətini ifadə edir. Bu münasibət ixtiyari konseptual strukturada rast gəlir.
-A-part-of – “onun hissəsidir”, məsələn, [prosessor] -> (A-part-of) -> [kompüter]. Bu münasibət mürəkkəb obyektlərin fiziki strukturunu və tərkib hissələrinə dekompozisiyasını əks etdirir.
-Has-attribute – “xassəsi vardır”, məsələn, [yaddaş]->( Has-attribute) -> [həcm].
-Value – “qiyməti”, məsələn, [yaddaşın həcmi]->( Value) ->[16Mbayt] .
Konseptual strukturu formalaşdıran alqoritm aşağıdakı kimidir:
1. Yekun anlayışların, yəni sistemin çıxışının müəyyən edilməsi. Bu, diaqnozlar, təkliflər, məsləhətlər yığını ola bilər.
2. Sistemin işinin asılı olduğu bütün giriş anlayışların və ya amillərin müəyyən edilməsi.
3. Əgər ekspertlərin mülahizələrində aralıq anlayışlar iştirak edirsə, onların müəyyən edilməsi.
4. Obyektlərin iyerarxiyasının müəyyən edilməsi.
5. Mülahizələrdə iştirak edən obyektlərin xassələrinin və qiymətlərinin (mənalarının) müəyyən edilməsi.
6. Digər əlaqələrin tapılmasına cəhd etməli və bütün bunları qrafik təsvir etməli.
7. Artıq obyektləri, əlaqələri ləğv etməli və strukturu ekspertlə müzakirə etməli, lazımdırsa, 1-6 bəndlərinə qayıdışla struktura əlavələr etməli.