Qnoseoloji aspekt Qnoseoloji aspektin mahiyyəti
Qnoseologiya – fəlsəfənin idrak nəzəriyyəsi ilə bağlı olan bir bölməsi olub, gerçəkliyin insan təfəkküründə inikası nəzəriyyəsidir.
Bilik mühəndisliyi bir elm olaraq ikiqat qnoseolojidir. Çünki gerçəklik (G) əvvəlcə ekspertin təfəkküründə (M1) inikas edir, sonra ekspertin fəaliyyəti və təcrübəsi bilik mühəndisinin təfəkküründə (M2) interpretasiya edilir ki, bu da ekspert sisteminin diqqət mərkəzində gedən üçüncü interpretasiya (PZ) üçün təməl təşkil edir:
Burada: M1 – ekspertin dünya modeli; M2 – bilik mühəndisinin dünya modeli; PZ – bilik sahəsidir.
Bilik mühəndisini, ilk növbədə, ekspertin empirik biliyi maraqlandırır.
Elmi bilik kriterisi Nəzəriyyə təkcə elmi biliyin ümumiləşdirilməsi üçün qurulmuş sistem deyil, o həm də yeni bilik hasiletmə üsuludur.
Elmi bilik kriterisi kimi aşağıdakılar seçilir:
-daxili uyuşanlıq və ziddiyyətsizlik;
-sistemlik;
-obyektivlik;
-tarixilik.
Daxili uyuşanlıq. Bu kriteri, ilk baxışda, empirik sahələrdə işləmir. Çünki bu sahələrdə faktların bir-birinə uyuşmaması tez-tez rast gəlir, təriflərdə ziddiyyət müşahidə edilir, anlayışlar bir-birinə nüfuz edir və s.
Empirik biliklərin modallığını, ziddiyyətli olmasını, natamamlığını bilən mühəndis bu nöqsanları aradan qaldırmaq məcburiyyətində qalır.
Biliklərin modallığı dedikdə, onların müxtəlif kateqoriyalarda, yəni həm mövcudluq, həm də məcburilik konstruksiyalarında ola bilənliyi nəzərdə tutulur. Yəni qanunauyğunluğun bir hissəsi mümkün, digər hissəsi isə məcburi ola biləndir. Bundan əlavə, modallığın: ekspert bilir ki,...; ekspert düşünür ki,...; ekspert istəyir ki,...; ekspert hesab edir ki,... kimi çalarlarını da fərqləndirmək lazım gəlir.
Empirik biliklərin mümkün olan ziddiyyətləri dialektikanın əsas qanunlarının təbii nəticələridir. Bu ziddiyyətlər ekspert tərəfindən nəinki həll edilməli deyil, həm də başlanğıc nöqtə kimi istifadə edilməlidir.
Biliklərin natamamlığı predmet oblastını tam təsvir etməyin mümkün olmaması ilə bağlıdır. Bilik mühəndisi bu natamamlığı aradan qaldırmaq üçün problemi sadələşdirən şərtlər qəbul etməlidir.
Sistemlik. Dərketmə prosesinə sistem-struktur yanaşması bilik mühəndisini predmet oblastına təşkiledicilərdən ibarət bir bütöv kimi baxmağa məcbur edir.
Obyektivlik. Dərketmə prosesi tamamilə subyektivdir. Yəni dərkedilən dərkedənin subyektiv imkanlarına və xüsusiyyətlərinə tabedir. Odur ki, biliklərin obyektivliyindənsə, dərketmənin dərinliyindən danışmaq daha doğrudur. Dərketmə - obyekti öyrənən subyektin yaradıcılığı prosesidir. Məsələni anlamadan həll etmək mümkün deyil. Vaxtın çoxu məsələni anlamağa sərf edilir.
Tarixilik. Bu kriteri inkişafla bağlıdır. İndiki dərktemə keçmişdəki dərketmənin törəməsidir. Ekspert sistemlərinin çoxu zamanı nəzərə almasa da, bilik mühəndisi prosesə həmişə dinamikada baxmalıdır. Yəni ekspert sistemi elə qurulmalıdır ki, onda lazımi dəyişikliyi etmək həmişə mümkün olsun.