Elmi biliklərin alınmasının meyarları. Biliyin aşkarlanmasının problemləri. İntellektual sistemlər.
İnformasiya sistemlərinin intellektuallığının xüsusiyyətləri və əlamətləri İstənilən informasiya sistemi (İS) aşağıdakı funksiyaları yerinə yetirir: istifadəçi tərəfindən laxil edilən informasiya sorğularını və zəruri ilkin verilənləri qəbul edir, məlum alqoritmə müvafiq olaraq sistemə daxil edilən və sistemdə qorunan verilənləri emal edir və tələb olunan çıxış informasiyasını formalaşdırır. Qeyd olunan funksiyaların realizəsi nöqteyi nəzərindən İS-ə informasiyanı hasil edən fabrik kimi baxmaq olar. Bu fabrikdə sifariş kimi informasiya sorğusu, xammal kimi – ilkin verilənlər, məhsul kimi tələb olunan informasiya, alət (avadanlıq) kimi isə bilik götürülür, hansının ki, köməyi ilə verilənlər informasiyaya çevrilirlər.
Bilik ikili təbiətə malikdir: faktual və əməliyyatlı.
·Faktual bilik-dərkedilən və anlaşılan verilənlərdir. Verilənlər özü-özlüyündə-bu hər hansı bir daşıyıcıda xüsusi təşkil olunmuş işarələrdir.
·Əməliyyatlı bilik – faktlar arasında elə bir ümumi asılılıqlardır ki, hansılar ki, verilənləri interpretasiya etməyə və onlardan informasiyanın çıxarılmasına imkan verirlər.
Əksər hallarda faktual bulik ekstensional (detallaşdırılmış), əməliyyatlı bilik isə intensional (ümumiləşdirilmiş) adlanır.
Verilənlərdən informasiyanın çıxarılması prosesi əməliyyatlı və faktual biliklərin adekvat birləşdirilməsinə gətirir və müxtəlif tip İS-lərdə müxtəlif cür yerinə yetirilir.
Onların birləşdirilməsinin ən sadə yolu bir tətbiqi proqramın çərçivəsində olmasıdır:
Proqram=Alqoritm (Verilənlərin çevrilməsi qaydaları+İdarəedici struktur) + Verilənlərin strukturu
Beləliklə, əməliyyatlı bilik (alqoritm) və faktual bilik (verilənlərin strukturu) bir birindən ayrılmazdılar. Lakin, İS-in istismarı gedişində proqramın iki komponentindən birinin modifikasiyasına ehtiyac aşkarlanarsa, o zaman onun yenidən yazılması zərurəti yaranır. Bu onunla izah olunur ki, problem oblastının tam biliklərinə yalnız İS-i işləyən malikdir. Sonuncu istifadəçi isə biliklərin təqdimatının əməliyyat xarakterli və maşın istiqamətləndirilmiş olması səbəbindən verilənlərin emalı prosesinin yalnız xarici tərəfini başa düşür və ona heç cür təsir edə bilmir.
Qeyd olunan çatışmamazlıqların nəticəsi İS-nin pis həyat qabiliyyətli olması və ya onun informasiya tələblərinin dəyişmələrinə adaptiv olmamasıdır. Bundan başqa həll olunan məsələlərin alqoritmləri determinə olunduqlarına görə İS istifadəçidə tam müəyyən olunmayan şəraitlərdə fəaliyyət barəsində biliklərin formalaşdırılması qabiliyyətinə malik olmur.
Proqramların verilənlərdən asılı olmaması konsepsiyası sərbəst informasiya sorğularının yerinə yetirilməsi üzrə İS-nin çevikliyinin artırılmasına imkan verir. Lakin bu çeviklik əməliyyatlı biliyin təqdim olunmasının prosedur xarakterli olması səbəbindən dəqiq müəyyən olunmuş sərhədlərə malikdir. İnformasiya sorğusunun formalaşdırılması üçün istifadəçi verilənlər bazasının strukturunu və müəyyən dərəcəyə qədər məsələnin həlli alqoritmini aydın təsəvvür etməlidir. Məntiqi olaraq istifadəçi problem oblastını, verilənlər bazasının məntiqi strukturunu və proqramın alqoritmini kifayət qədər yaxşı araşdırmalıdır.
Ənənəvi informasiya sistemlərinin ümümi çatışmamazlıqları predmet oblastında dəyişmələrə və pis formallaşdırılan məsələlərin həllinin qeyri mümkünlüyündə istifadəçilərin informasiya tələblərinə zəif adaptasiya olmalarıdır. Qeyd olunan çatışmamazlıqlar intellektual informasiya sistemlərində (İİS) aradan qaldırılırlar.
Proqramın strukturunun analizi proqramdan əməliyyatlı biliyin (verilənlərin çevrilməsi qaydalarını) müxtəlif məsələlər üçün ümumi olan bilik vahidlərini deklarativ formada qoruyan biliklər bazasına ayrılması imkanını göstərir. Bu zaman idarəedici struktur bilik vahidlərini məsələnin konkret qoyuluşundan asılı olaraq icra olunan zəncirlərlə əlaqələndirən məsələlərin həllinin universal mexanizmi (çıxarış mexanizmi) xarakterini alır. Bu cür İS biliklərin emalına əsaslanan sistemlər olurlar (BBS-(Knowledge Base (Based) Systems):
BBS = Biliklər bazası ‹=› İdarəedici struktur ‹=› Verilənlər bazası ‹=› Cıxarış mexanizmi.
Məsələlərin həlli alqoritmlərinin generasiyasına yönəldilmiş intellektual informasiya sistemləri üçün aşağıdakı əlamətlər xarakterikdirlər:
·İnkişaf etmiş kommunikativlik qabiliyyətləri;
·Mürəkkəb, pis formallaşdırılmış məsələlərin həllini bacarmaq;
·Öz-özünə öyrədilmə qabiliyyətinə malik olma;
·Adaptivlik.
İİS-in kommunikativlik qabiliyyətləri sonuncu istifadəçinin sistem ilə qarşılıqlı təsir (interfeys) üsulunu xarakterizə edir, o cümlədən İİS ilə dialoqda təbii dilə maksimal yaxın olan dildə sərbəst sorğunun formalaşdırılmasını.
Mürəkkəb, pis formallaşdırılmış məsələlər-konkret şəraitdən asılı olaraq həllin orijinal alqoritminin qurulmasını tələb edən məsələlərdir. Bu şərait üçün ilkin verilənlərin və biliklərin qeyri müəyyənliyi və dinamikliyi xarakterik ola bilərlər.
Öz-özünə öyrədilmə qabiliyyəti-konkret şəraitlərin yığılmış təcrübəsindən məsələlərin həlli üçün biliklərin avtomatik çıxarılması imkanıdır.
Adaptivlik-problem oblastının modelinin obyektiv dəyişmələrinə müvafiq olaraq sistemi inkişaf etdirmək qabiliyyətidir.
Müxtəlif İİS-lərdə intellektuallığın sadalanan əlamətləri eyni dərəcədə inkişaf etməmişlər və çox nadir hallarda bütün dörd əlamətin eyni vaxtda realizəsi mümkündür. Şərti olaraq intellektuallıq əlamətlərinin hər birinə İİS-in öz sinfi müvafiq olur:
·İntellektual interfeysli sistemlər;
·Ekspert sistemləri;
·Öz-özünə öyrənən sistemlər;
·Adaptiv sistemlər.