Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Qərar qəbuletməyə yardım sistemlərinin strukturu



Yüklə 1,02 Mb.
səhifə50/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Qərar qəbuletməyə yardım sistemlərinin strukturu
Struktur cəhətdən QQYS-nin üç səviyyəsini göstərmək olar:
□ Müəyyən məsələlərin həllinə istiqamətlənmiş konkret QQYS;
□ QQYS-nin generatorları (istifadəçinin qruplaşdırma yolu ilə konkret QQYS-ni qura biləcəyi modelləşdirmə sistemləri, verilənlər bazalarını idarəetmə sistemləri və s. toplusu);
□ QQYS üçün alətlər (konkret QQYS-nin və ya QQYS-nin generatorunun işlənib hazırlanmasını asanlaşdıran kompüterlərin proqram və texniki təminatının elementləri - proqramlaşdırma dilləri, rəngli qrafik displeylər və s.).
İnsan fəaliyyətinin ən müxtəlif sahələrində fərdi kompüterlərin yayılması və istifadə edilməsi, onların texniki xarakteristikalarının daim yaxşılaşması oyun proqramlarından başlayaraq avtomatlaşdırılmış layihələndirmə sistemlərinədək həddən artıq müxtəlif məsələlərin həllinə istiqamətlənmiş kommersiya proqram paketlərinin sayının sürətlə artmasına gətirib çıxarmışdır.
QQYS-nin yuxarıda göstərilən struktur səviyyələrindən çıxış edərək QQYS-nin yaradılması üçün proqram alətlərinin üç əsas qrupunu ayırmaq olar:
□ proqramlaşdırma dilləri, onların əsas rolunu xüsusi qeyd etməyə ehtiyac yoxdur;
□ verilənləri idarəetmə sistemləri;
□ informasiyanın istifadəçiyə qrafik təqdim edilməsi üçün vasitələr.
Qeyd edildiyi kimi, QQYS-nin xarakterik xüsusiyyətlərindən biri də bu sistemlərin xüsusi məsələləri həll etmələri, xüsusi funksiyaları reallaşdırmaları və idarəetmə qərarlarının qəbul edilməsi prosesinin mərhələlərinin hissəsi olmasından ibarət məxsusi xarakteridir. Bu mənada eyni zamanda müxtəlif bazalarda, yəni metodiki əsaslarda qurulmuş müxtəlif QQYS mövcud ola bilər. Bu sistemlər aşağıdakıları əhatə edir:
o hər hansi məsələ üzrə qərarın qəbul edilməsi prosesinin müxtəlif mərhələləri;
□ bir funksiya daxilində müxtəlif məsələləri;
□ müəssisənin strukturunun tərkibində bölmələrin müxtəlif məsələləri.
Bu halda müxtəlif QQYS-nin inteqrasiyası və ya onlar arasında kommunikasiyanın təmin edilməsi zərurəti yaranır. İnteqrasiya nəticəsində kompleks sistem alınır ki, bu sistem ayrı-ayrı mərhələlərdə müxtəlif məsələlərin həllinə kömək edir. Məhz bu sinif sistemlər idarəetmə qərarlarının qəbul edilməsi zamanı kompüterləşdirilmiş yardım alətininin qurulması məqsədini daşıyır. Biliklərin və verilənlərin təsvir edilməsi sistemləri, eləcə də qərar qəbuletməyə yardım sistemləri belə inteqrasiya olunmuş kompleks sistemin "tikinti blokları” rolunu oynayır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin