Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları



Yüklə 1,02 Mb.
səhifə33/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.
VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:
- xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
- məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
- daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
Verilənlər bazasının yaradılması. Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən ibarətdir:
- layihələndirmə mərhələsi;
- istismar vəə ya istifadəçi mərhələsi.
Layihələndirmə mərhələsində baza yaradıcıları, yəni proqramçılar və ya baza administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Onlar bazanın strukturunu işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın bir neçə yaradıcısı ola bilər.
İstifadəçi mərhələsində - baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.

Mühazirə 9. DATA MINING TEXNOLOGİYASI


DATA MINING termini hərfi mənada «verilənlərin qazılıb cıxarılması», «informasiyanın axtarılıb tapılması» kimi tərcümə edilir və müasir qərar qəbuletmənin təminatı sistemlərinin «verilənlərin intellektual analizi» adlanan mühüm komponentinin beynəlxalq miqyasda qəbul olunmuş adını ifadə edir. 1978-ci ildə meydana cıxan DATA MINING anlayışı deyilən mənada 1990-çı ildən işlənməyə başlandı və mütəxəssislər tərəfindən qəbul edildi. Həmin vaxta qədər verilənlərin emalı və analizi tətbiqi statistika cərcivəsində aparılırdı və əsasən kiçik həcmli verilənlər massivlərinin emalı məsələləri həll olunurdu. DATA MINING konsepsiyasının populyarlığını o faktla göstərmək olar ki, GOOGLE axtarış sistemində «data MINING» termininə görə bir ayda istifadəçilərə 20 milyondan çox səhifə təqdim edilir.
DATA MINING çoxfənli sahə olub, tətbiqi statistika, surətlərin tanınması, süni intellekt, verilənlər bazaları və s. elm sahələrinin əsasında və inkişafı nətiçəsində yaranmışdır (şəkil 11.1)




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin