Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Dövri hərəkətlərin təhlilinin sxemi



Yüklə 159,4 Kb.
səhifə49/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Dövri hərəkətlərin təhlilinin sxemi.

Fırlanma tipli fiziki hərəkətlərin texnikasının biomexaniki təhlili aşağıdakı sxemdə aparıla bilər:

  1. Hərəkətin adı.

  2. Çıxış vəziyyətinin xarakteri.

  3. Hərəkətin mexaniki xarakterinə baxış (fırlanan impuls, hərəkət miqdarının anı).

  4. Hərəkət prosesində oynaqlar üzrə bədən hissələrinin hərəkətinə baxış.

  5. Hərəkəti icra edən zaman əzələ işinin xarakteri.

  6. Həmin hərəkət üçün orqanizmin spesifik funksional xüsusiyyətlərinin aşkara çıxarılması (tənəffüs üçün şərait, qabaqcıl analizatorların fəaliyyəti və s.)

  7. İcranın çətinliyi nöqteyi – nəzərincə hərəkətin qiymətləndirilməsi.



  1. Yellənmə.

Sallanmada yellənmək, hündür turnikdə böyük yellənmə ilə icra olunan hərəkətdir. Bu hərəkətlərdə gimnast hərlənmə oxuna görə öz bədən hissələrinin yerini fəal olaraq yerini dəyişir.

Yellənmə hərəkətini icra etmək üçün idmançı sallanma vəziyyətindən dartılır, ayaqlarını bükür, rəncələrini turnikdən hündürə qaldırır. Bu zaman BUAM yuxarı qalxır, sonra idmançı açılaraq öz bədənini önə və yuxarı yönəldərək, fırlanma oxuna görə ağırlıq qüvvəsinin momentini yaradır, yəni fırlanmanın başlanması üçün şərait yaradır.

Ağırlıq qüvvəsinin momenti bədəni fırladaraq ona sürət və hərəkət verir. Fırlanma zamanı hərəkət ətalət qanununa görə baş verir, potensial enerji kinetik enerjiyə çevrilir. Şaquli xətti keçəndə idmançı fəqərəarası və bud – çanaq oynaqlarında bükülərək ağırlıq mərkəzini önə - yuxarı qaldırır. Bu hərəkətlərin nəticəsində bədənin kütləsi ətalət üzrə olduğundan hündürə qalxır. Yellənmənin amplitudası tədricən artır.

Əzələlərin işi. Dövri hərəkətlərdə əzələlərin işini statik və dinamik işə bölmək olar. Statik iş oynaqların bərkidilməsinə və ağırlıq qüvvəsi və mərkəzdənqaçan qüvvənin əks təsirinə yönəldilmişdir. Fırlanma sürəti nə qədər böyükdürsə, mərkəzdənqaçan qüvvənin təsiri də bir o qədər çox olur. Az sürətli fırlanmada isə ağırlıq qüvvəsinin təsiri çox olur. Yolun aşağı hissəsində əzələlərin statik işi (oynaqların bərkidilməsində) maksimum olmalı, yolun yuxarı hissəsində isə minimum olmalıdır.

Əzələlərin dinamik işi əsas etibarilə yolun ikinci yarısında olur. Ən çox yük eyni əzələlərin üzərinə düşür. Burada əsas bazu oynağı əzələlərinin işi diqqətə layiqdir. Çiyin qurşağı əzələlərinin qüvvəli inkişafı gimnastika alətlərində asılma, dayaq və s. məşğələlərin xüsusiyyətini əks etdirir. Dövrlərdə bədənin aşağı hissəsinin bükülüb – açılmasını qarın və arxa əzələləri təmin edir.

Tənəffüs əzələlərinin işi dövri hərəkətlərin icrasında çətinləşir. Döş qəfəsi fiksə olunur və əsas, iri köməkçi tənəffüs əzələləri öz əsas vəzifələrini yerinə yetirirlər. Məsələn, çiyin qurşağı və yuxarı ətraf əzələləri bazu oynağını və kürəyi fiksə edirlər. Baş və boyun əzələləri başı, qarın basması və arxa əzələləri isə çanağı fiksə edirlər. Tənəffüs saxlanılır. İdman ustaları isə tənəffüsü ya az müddətdə saxlayırlar, ya da heç saxlamırlar.

Dövri hərəkətlərdə əzələ işinin koordinasiyası reflektor olaraq tənzim olunur. İdmançının reseptor aparatına böyük dövrələr vaxtı bir sıra xarici və daxili faktorlar təsir edir.

Bu qıçları əsasən müvazinət aparatı, əzələ reseptorları, daxili orqanların reseptorları, görmə və eşitmə aparatı qəbul edir. Reseptorlarda əmələ gəlmiş oyanma mərkəzəqaçan sinirlərlə və sinir yolları ilə müvafiq beyin qabığı mərkəzlərinə verilir və orada analiz – sintez olunaraq, mühitə, skelet əzələlərinə impulslar göndərilir ki, bunlar əzələlərin koordinə olunmuş işini əmələ gətirirlər.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin