Daxili orqanların funksiyasının xüsusiyyətləri (tənəffüs, qan dövranı).
Hərəkətlərin qiymətləndirilməsi və təcrübə üçün bəzi nəticələr.
Zəmindən təkan vurmaq üsulu ilə tətbiq edilən tsiklik lokomasiyalar.
Zəmindən təkan vurmaq üsulu ilə tətbiq edilən tsiklik lokomasiyalara yeriş, qaçış, xizək üstə yeriş, konkidə qaçış və s. aiddir. Bu lokomasiyaların ümumi elementi möhkəm səth üstə ayaqları ilə, bəzən isə ağacın köməyilə növbəylə (yaxud eyni vaxtda) hərəkət etməsidir. Lakin qaçış zamanı əsas oynaqlarda açılmalar baş verir və bütün iş açılan əzələlərin üzərinə düşür. Təkan vaxtı BUAM sürətlə öz yerini dəyişdirir. Qalan fazalarda hərəkət enerjisi və tormozlanma qüvvələri havanın, sürtünmənin müqavimətinin təsiri nəticəsində yavaş – yavaş baş verir.
İnsanların çoxunda bədənin sağ və sol yarısının inkişafında xüsusən, qüvvə inkişafında sağ və sol qolda assimmetriklik vardır.
Tsiklik lokomasiyalar zamanı insanın hərəkət etmə sürəti, bir tsikl (ikili addımın uzunluğu) ərzində keçilən məsafədən və tsikillərin ya da tempin təkrarlanma miqdarından asılıdır.
Yeriş. Adi yeriş insan təbii üsulla 1,7m/sam hərəkət etməsidir. Hərəkət tsikli iki tam addımdan (85 sm) ibarət olub, 1 saniyə ərzində baş verir (dəqiqədə 120 tək addım).
Ön dayağın ya amortizasiyanın fazası. Ayaq zəmin üstünə bədənin ağırlıq xəttinin önündə dabanla qoyulur. Bədənin ağırlığını istinad ayağına köçürən zaman, onun təzyiqi zəmin üzərinə aşağıya – irəliyə verilir, istinadın reaksiyası isə mexanikanın 3 – cü qanunua görə yuxarıya – aşağıya yönəldilir. İstinad edən ayağın reaksiyasının tormozlanma təsirini yumşaltmaq üçün qıç diz oynağından bükülür. Bu bükülmə amortizasiyadan əlavə sonrakı təkan üçün hazırlıq görür. Şaquli momentlərdə BUAM istinad üzərində olur.