Gimnastika yerişi. Bu yerişdə ayaq dabandan deyil, pəncədən zəmin üzərinə qoyulur. Bu yerişi yumşaldır, lakin addımın uzunluğunu qısaldır və sürəti azaldır. Pəncələr üstə yeriş zamanı addımın uzunluğu olduqca qısalır, sürəti azalır, lakin bu yeriş qəşəng qamətlə icra olunur.
Yüklə yeriş. Bu yerişdə əzələlərə düşən fiziki yük artır. Bəzi əzələlər ağırlığı saxlamaqla əlaqədar olan statiki işi icra edirlər (gövdə, çiyin qurşağı və qol əzələləri). Fiziki yük artırılarsa, işləyən əzələlərdə yorğunluğa səbəb olur.
Qaçış. İnsanın təbii üsulla olan yerişdən bir qədər tez olan hərəkəti qaçış hərəkətidir. Qaçışın sürəti 10m/san ola bilər. Hərəkətin tsikli ayağın hərəkət fazaları onların ardıcıllığı, hərəkətin istiqaməti, qaçış zamanı əzələlərin işi yerişdə olduğu kimidir. Qaçışın əsas xüsusiyyəti dayaq və dayaq vəziyyətinin növbələşməsidir.
Qaçışın sürəti artdıqca uçuş fazasının davamiyyəti azalır.qaçış zamanı amplituda, sürət, hərəkətin miqdarı, əzələlərin güc miqdarı bir qayda kimi yerişdə olduğundan çox olur. Uçuş fazası qüvvətli təkan nəticəsində baş verir. Dayağa olan təzyiq və dayaq reaksiyası təkan vaxtı maksimum olur. Bu əvvəla, bədənin ağırlığı istinad edən ayağa verilən vaxt və ikincisi, təkan vurulan vaxtda olur.
Uçuş fazasında BUAM yüksək olur, şaquli momentdə isə daha aşağıda olur.
Dostları ilə paylaş: |