Mühazirə Biomexanika fənninin predmeti və üsulları



Yüklə 159,4 Kb.
səhifə61/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

İrəlidə uzanaraq dayaq. Bu hərəkətə gimnastikada çox rast gəlmək olar. Bu vəziyyətdə bədən sabitliyi yüksəkdir, çünki bədənin ağırlıq mərkəzi istinada yaxındır, təxminən 35 sm istinaddan hündürdədir.

Arxada uzanaraq dayaq. Bu vəziyyətdə dayaq meydançası 4000 sm2 bərabərdir. Ümumi ağırlıq mərkəzi istinaddan 35 sm hündürlükdə yerləşir. Sabitlik bucaqları α=500, β=700 – dir. sabitlik şəraitləri hər iki növ dayaqda eyni olduğuna baxmayaraq, bu vəziyyətdə insan daha tez yorulur. Bu vəziyyətdə ağırlıq qüvvəsinə əks təsiri başı və boyunu bükən əzələlər, beli, saidi, bazunu, budu açan əzələlər göstərir. Bazunun ikibaşlı və üçbaşlı əzələlərin, qarnın düz əzələsinin və belin enli əzələsinin elektromioqramması bunu təsdiq edir. Döş tənəffüsü köməkçi tənəffüs əzələlərinin gərginləşməsi nəticəsində pozulur, diafraqma tənəffüsünə qarının dartılmış əzələləri mane olur. Həmçinin qan dövranı da pozulur, xüsusən aşağı ətrafların dərin venalarına qanın axını çətinləşir.

Körpü. Körpü vəziyyətində bədən qövs şəklini alır. Aşağı ətraflar aralı və diz oynaqlarında bükülür. Yuxarı ətraflar düzəlir.

Onurğa sütununun açılma dərəcəsi onun bel hissəsinin mütəhərrikliyindən asılıdır. Körpü vəziyyətində əsas aşağıdakı əzələlər daha çox gərginləşirlər: baldırın arxa əzələləri, baldırı açan dördbaşlı əzələ, bud – çanaq oynağının arxa əzələləri, arxanın səthi və dərin açıcı əzələləriəli və barmaqları bükən əzələlər, qarın əzələləri, böyük və kiçik döş əzələləri, dimdik – bazu əzələsi, barmaqları bükən əzələ.

Körpü vəziyyətində tənəffüs və qan dövranı çətinləşir. Nəfəs vermə çox çətin, qarın tənəffüsü çox zəif, döş tənəffüsü isə mümkün olmur.


Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin