Qaçış zamanı oynaqlarda hərəkət və əzələlərin işi.
Qaçış zamanı oynaqlarda hərəkətlərin istiqaməti, həmçinin işləyən əzələlər yerişdə olduğu kimidir. Fərq ancaq amplituda, hərəkətin böyük sürətliyindən, tempindən, əzələ gərginliyinin dərəcəsindədir.
Yeriş zamanı olduğu kimi qaçışda da bütün əzələlər dinamiki işə cəlb olunurlar. Aşağı ətraf əzələlərinin işi daha yüksək olur. İdmançı ayaqları ilə yerə təkan vuraraq irəliləyir. Bu təkan arxa təkan adlanır. Bu zaman təkan vuran ayağı açan əzələlər ardıcıl olaraq müqavimətə üstün gəlirlər. Əvvəl açılma bud – çanaq oynağında baş verir, sonra isə diz oynağını bükən əzələlər işə cəlb olunurlar.
Arxa təkanı icra etməklə birlikdə yellənən qıçın budu dizlə yuxarı çıxarılır və arxa təkanın qurtarması anında yüksək nöqtəyə çatır. Bundan sonra idmançı havada uçaraq (uçuş fazası) yellənən ayağın üzərinə enməyə hazırlaşır, enmə zamanı “ön təkan” adlanır. “Ön təkan” vaxtı ayağın gövdədən irəliyə qoyuluşunda, hərəkətin tormozlaşması qarşısını almaq məqsədilə baldır irəliyə ayağın ön tərəfi ilə gövdəyə yaxın qoyulur. Bu zaman əzələlər müqavimətə tabe olan iş görürlər.
Dostları ilə paylaş: |