Quraşdırılmış üsul üzrə tsiklik lokomasiyalar.
Əllərin və ayaqların köməyi ilə yoğun kəndirə dırmaşmaq. Bu hərəkətin tsiklində 3 faza vardır:
Ayaqların bükülməsi. Bu fazada sallanma vəziyyətindən düzəlmiş qollarda gimnast dizlərini bacardıqca yuxarıya qaldırır və kəndiri ayaqları arasına alır.
Ayaqların açılması və qolların bükülməsi fazasıdır.
Əllərin yerdəyişməsi fazasıdır. Hər bir fazada BUAM – ın hündürlüyü artır, əzələlərin isə dinamik işi müqavimətə üstün gəlir.
Velosiped sürmək. Velosiped sürmək lokomator tsiklik hərəkətə aiddir. Burada tsikl ayaqların hərəkəti şatunun bir dairəsinə bərabərdir. Şatunlar ayaqlarla hərlənir. Ayaqları hərəkət etdirən əzələ qüvvələrinin işidir. Əzələ işinin miqdarından, ətalət qüvvələrinin miqdarından və oynaqlarda hərəkətlərin şəraitindən asılıdır.
Xarici müqavimətlərə aiddir:
Yer və çarxlar arasında əmələ gələn sürtünmə.
Çarxın diametri, insanın və velosipedin çəkisi.
Havanın müqaviməti (yüksək sürətdə daha çox əhəmiyyəti var).
Velosipedin hissələrinin müqaviməti.
Velosipedçinin hərəkətinin texnikasını öyrənən zaman bir tsikl təhlil edirlər. Hərlənmə tsiklləri iki dövrədən ibarətdir.
Tsiklin birinci dövrəsi şatunun trayektoriyasının ön hissəsidir, bu zaman velosipedçi pedalı basır. Tsiklin ikinci dövrü şatunun trayektoriyasının dal hissəsi sayılır. Bu zaman velosipedçi pedalı yuxarı çəkir. Birinci və ikinci dövrələr arasında yuxarıda və aşağıda kritik zonalar var (10 -300) hərəkətin sahələrində pedala cüzi miqdarda qüvvə təsir edir.
Oynaqlarda hərlənmənin istiqaməti dəyişdiyinə görə velosipedçi velosipeddə bükülü vəziyyətdə oturur. Əllər bükülü vəziyyətdə rulu tutur. Baş bir qədər arxaya atılır. Gövdə, çanaq, baş və əllər hərəkət zamanı möhkəmləşirlər. Bu hərəkətdə müvazinət hissələri oynaqların frontal oxu ətrafında hərlənirlər. Bu vəziyyət çiyin qurşağı, gövdə və boyun əzələlərinin statiki işdə olduğuna görə əldə edilir. Velosipedçinin ustalığı nə qədər çox olarsa, əzələlərin gərginliyi bir o qədər az olar.
Dostları ilə paylaş: |