Mühazirə 10.
Əzələ və əzələ fəallığı haqqında.
Canlı orqanizmin ümumi xassələrindən biri, onun müəyyən hissələrinin dartılması və ya yığılması yolu ilə öz ölçü və formasını dəyişə bilməsi qabiliyyətidir. Ali canlıların əksəriyyətində yığılmağa və boşalmağa və canlı hüdudunda öz vəziyyətini dəyişə bilən, ixtisaslaşdırılmış müəyyən hüceyrələr və ya hüceyrələr qrupu vardır. Digər belə hüceyrələr qrupu yığılıb – boşalmaqla qanı orqanizmdən çəkir, qidanı həzm sisteminə ötürür və s. belə, ixtisaslaşdırılmış yığılan hüceyrələr toplusuna əzələ toxuması və ya sadəcə əzələ deyilir. Protoplazmanın digər formaları da, əzələ yığılmasına oxşar yığılmağa qadirdilər, lakin əzələlər məhz bu funksiyanın yerinə yetirilməsi üçün ixtisaslaşdırılmışdır.
İnsanın bütün həyat fəaliyyəti əzələ fəallığı ilə bağlıdır. Təyinatından, quruluş xüsusiyyətindən və nizamlanma üsulundan asılı olmayaraq, orqanizmin müxtəlif əzələlərinin iş prinsipi eynidir. Əzələ hüceyrəsi, digər həyəcanlaşa bilən hüceyrələrdən yığılm, mexaniki gərginliyi hasiletmə və qısala bilməsi ilə fərqlənir. Bundan başqa əzələlər istilik generatorlarıdır (hasiledcisi). Həyat fəaliyyəti prosesində əzələ fəallığı ayrı – ayrı orqanların və bütöv sistemlərin işini: hərəkət – dayaq aparatının, ağ ciyərlərin, damar fəallığının, mədə - bağırsaq sisteminin işini, ürəyin yığılma qabiliyyətini təmin edir. Əzələlərin işinin pozulması patalogiyalara, onun dayanması isə ölümə gətirib çıxara bilər.
Dostları ilə paylaş: |