Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Nisbi qüvvə=mütləq qüvvə/ xüsusi çəki



Yüklə 159,4 Kb.
səhifə78/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Nisbi qüvvə=mütləq qüvvə/ xüsusi çəki

Eyni məşq keçirən , lakin müxtəlif çəkili insanlarda çəkinin artması ilə mütləq qüvvə də artır, nisbi qüvvə isə azalır. Eyni qanunauyğunluq başqa göstəricilərdə də müşahidə olunur.

Eyni zamanda deyək ki, tullanmalarda ümumi ağırlıq mərkəzinin hündürlüyünün artması və yaxud qaçışın məsafə surəti bədənin total ölçülərindən asılı deyildir, lakin hərəkətlərin maksimum sıxlığı və start sürətlənməsi total ölçülərin artması ilə azalır.

Bu hadisələrin biomexaniki əsasını aşağıdakı kimi izah etmək olar: Fərz edək ki, iki idmançı (A və B) eyni dərəcədə məşq keçiriblər ə hər münasibətdə bir – birinə bərabərdirlər, ancaq biri o birindən 1,5 dəfə iridir. Birində boy 140 sm, o birində isə 210 sm – dir. aydın edilmişdir ki, əgər bədənin uzunluğu 1,5 dəfə artırsa, onda əzələlərin fizioloji en kəsiyi 2,25 dəfə, çəki isə 3,375 dəfə artacaqdır.

Məlum olduğu kimi, əzələlərin dartma qüvvəsi onların fizioloji en kəsiyinin miqdarı ilə təyin olunur, deməli uzun boylu iri idmançı 2,25 dəfə o biri idmançıdan qüvvəli olacaq. Məsələn, 2,25 dəfə çox yük qaldıra biləcək. Lakin əgər bu cür adamlara öz xüsusi bədənini qaldırmaq lazım gəlirsə, (yəni mütləq qüvvəni yox, nisbi qüvvəni tətbiq etmək lazım gəlirsə), onda üstünlük kiçik adamlarda olacaq, çünki onlar 3,375 dəfə yüngüldürlər.

Bədənin proporsiya və konstitusional xüsusiyyətləri, total ölçüləri kimi idman növünün seçilməsinə, istifadə edilən idman texnikası variantına və həmçinin yarışlarda hərəkətlərin taktikasına təsir edirlər. Məsələn, eyni bədən uzunluğu və çəkiyə malik olan, ağır atletlərdə ştanqı qaldırma texikası müxtəlifdir. Lakin müxtəlif proporsiya (uzunqıç – qısa gövdə və ya qısa qıç – uzun gövdə).

Güləşmədə alçaq boylu idmançı öz rəqibinə nisbətən önə əyilərək tullanma hərəkətlərini edərək, yüksək nəticə əldə edə bilmir, halbuki arxadan tullanma daha effektli olur.

Yüksək dərəcəli idmançılarda bədən quruluşunun, hətta ayrı – ayrı kiçik xüsusiyyətlərinin böyük əhəmiyyəti ola bilər. Məsələn, ağır atletlərdə uzun əl ştanqı bütün barmaqları ilə tutur, qısa əl isə yalnız üç barmağı ilə tutur ki, bu da onun qüvvəsini azaldır. Təsadüfi deyil ki, dünya rekordsmenlərinin çoxunda bu hərəkətin icrasında əl orta ölçüdən yüksəkdir.

Beləliklə, məşqçilər təcrübədə müxtəlif bədən quruluşu insanların eyni olmayan hərəkət etmə imkanlarını nəzərə almalıdırlar.

Motorikanın ontogenezi. İnsanların bütün həyatı ərzində hərəkətlərinin və hərəkətetmə imkanlarının dəyişilməsinə deyilir. Yeni anadan olmuş uşaqlar hətta sadə özbaşına hərəkətləri edə bilmirlər. Yaş artdıqca onların hərəkətetmə imkanları genişlənir, cavan yaşlarda daha yüksək dərəcəyə çatır və qocalığa doğru getdikcə tədricən azalır.

Motorikanın inkişafını 2 əsas faktor təyin edir: yetişmə və öyrənmək. Yetişmə insanın həyatı ərzində nəsil ilə əlaqədar orqanizmin anatomik quruluşunda və fizioloji funksiyalarında baş verən dəyişikliklərə deyilir. Məsələn, uşağın böyümə prosesində onun bədəninin formasının dəyişilməsi və ölçülərinin artması. Ümumiyyətlə uşağın hərəkət aparatı 2 – 2,5 yaşlarında formalaşır.

Motorikanın ontogenezi yetişmə ilə öyrətmənin qarşılıqlı münasibətilə təyin edilir. Yetişmə uşaqlarda, xüsusən, onların böyüməsində, yəni bədən proporsiyalarının dəyişilməsində və total ölçülərin artmasında özünü göstərir. Bilirik ki, total ölçülərin artması hərəkət göstəricilərinə müxtəlif cür təsir göstərir. Məsələn, qaçışın sürəti, tullanmanın hündürlüyü bədən ölçülərindən asılı deyildir, başqa göstəricilər məsələn, nisbi qüvvə, oksigen sərf olunma miqdarı total ölçülərin artması ilə azalırlar.

Eyni yaşlı, lakin müxtəlif bədən ölçülü uşaqlarda idman nəticələrini bədən uzunluğundan asılılığı, böyüklərdə olduğu kimidir. Məsələn, qaçışın maksimal sürəti total ölçülərdən asılı deyildir, addımların uzunluğu ilə sıxlığının hasilinə bərabərdir.

Böyümə bədən proporsiyasının dəyişilməsilə əlaqədardır ki, bu da həmçinin hərəkətetmə göstəricilərinə təsir edir. Məsələn, eyni bədən uzunluğuna malik olan uşaqlardan nisbətən böyük yaşlıları qaçış zamanı böyük addımlar edirlər. Bu da onunla izah olunur ki, onlarda qıçlar orta hesabla daha uzundur.

Ayrı – ayrı yaş dövrlərində hərəkətin inkişafı. İnsanın hərəkətləri rüşeymin 8 həftəlik inkişafında baş verir: hərəkətlərin inkişafı başdan aşağı ətraflara doğru gedir: əvvəlcə baş sahəsində, sonra gövdə, qol və nəhayət, aşağı ətraflarflarda hərəkətlər başlayır.

Bir yaşa qədər uşaqlarda əsasən 2 tipli hərəkətlər olur:



  1. Nizamsız, xaotik (qarmaqarışıq) hərəkətlər.

  2. Şərtsiz reflekslər (əmmə refleksi, tutma və ya ovuc refleksi)

Şərtsiz refleksə misal üzmə refleksi də aiddir.bu refleks təxminən 40 günlükdə baş verir. Belə ki, əgər bu boyda uşağı suya saldıqda başını yüngülcə tutmaq şərtilə o, üzmə hərəkətləri etməyə başlayır. Sonralar isə bu şərtsiz reflekslər sönür.

3 yaşa qədər uşaqlar artıq sərbəst gəzməyə başladıqda onların inkişafında yeni mərhələ başlayır. Bunlarda yerişlə qaçış bir – birindən ayrılmır. Bu yaşda uşaqlar əsasən yamsılamağı öyrənirlər.

Məktəbəqədər yaşlı (3 – 7) uşaqlar çoxlu miqdarda müxtəlif hərəkətlərə malik olurlar, lakin bu hərəkətlər hələ cəld və sazişli olmur. Bu yaşlı uşaqlarda qaçış, tullanma, top ilə hərəkətlər yerinə yetirilir. Bunlara sistematik olaraq müxtəlif hərəkətləri öyrətmək mümkün olur. İdmançıların hazırlıq təcrübəsi göstərir ki, məhz bu dövrdə bir çox idman hərəkətlərinin texnikasının əsasını mənimsəmək mümkündür.

7 yaşlı uşaqlar xizəkdə sürüşmək, suda üzmək və suyun üzərində özünü saxlamaq, qaçmaq, tullanmaq, sadə gimnastika məşğələləri və sairə hərəkətləri etməyi bacarırlar.

Məktəbyaşlı (7 – 17) uşaqlarda, təxminən 12 – 13 yaşlarında hərəkət analizatorunun anatomik – fizioloji yetişkənliyi qurtarır. Bu yaşlı yeniyetmələr böyüklər kimi hərəkətləri cəld, sazişli və düzgün icra edə bilirlər. Bunlarda nisbi qüvvə çox yüksək ola bildiyi üçün, ən mürəkkəb idman texnikasını mənimsəməkdə maneə yoxdur. Ona görə müasir idmanda mürəkkəb koordinə olunmuş hərəkətli idman növlərində yüksək idman ustalığına çox gənc idmançılar çatırlar. Məsələn, gimnastikada, konkidə fiqur oyunlarında, suya tullanmada və s.

Uşaqların motorikasında, yəni hərəkət və hərəkətetmə imkanlarında xüsusən, böyük dəyişiklər cinsi yetişkənlik dövrü ilə əlaqədardır. Bu dövrdə boy kəskin surətdə artır, ayrı – ayrı sistem və üzvlər qeyri – bərabər inkişaf edir, yalnız bu dövrdən sonra oğlan və qızların motorikasında böyük fərqlər müşahidə olunur.

18 – 30 yaşlarındakı dövr insanların motorikasının çiçəklənmə dövrüdür. Məhz bu dövrdə çoxlu idman növlərində ən yüksək nəticələr əldə edilir. Aydın edilmişdir ki, böyük davamlılıq tələb edən idman növlərində yüksək idman nəticəsini əldə edənlər bir qədər yaşlı olurlar, nəinki sürət keyfiyyətini tələb edən idman növlərində. Məsələn yüngül atletlərdə bir qanunauyğunluq vardır: 100 m qaçışda olimpiya oyunlarının prizerlarının yaşı təxminən 22, 1500 m – də 26, marafon qaçışında isə 31 - ə yaxın olur. Deməli, onların yaşı məsafənin artması ilə artır.

30 yaşdan yuxarı dövrdə hərəkətetmə imkanları azalmağa başlayır. Hərəkət etmə imkanlarını və sağlamlığın saxlanması üçün, 40 – dan yuxarı yaşlarda orqanizmin funksional imkanlarının tədricən azalması vaxtlarda məşq etməyin olduqca böyük əhəmiyyəti vardır. Düzgün qurulmuş fiziki məşğələlərlə məşğul olmaq qocalma prosesini təxminən 10 – 15 yaş ləngidə bilər.

Qadınların motorikasının xüsusiyyətləri. Qadın və kişi motorikasında fərqlər mövcuddur. Bunlar bioloji və sosial – psixoloji səbəblərdən irəli gəlir.

Oğlan və qızların motorikasındakı fərqlər tədricən inkişaf edir. Artıq 3 yaşında oğlanlar öz yaşıdları olan qızlardan qüvvə və sürət keyfiyyətlərini tələb edən hərəkətlərdə, qaçmada, tullanmada üstünlük əldə edirlər.

Oğlan və qızların motorikasındakı fərqlər tədricən inkişaf edir. Artıq 3 yaşında oğlanlar öz yaşıdları olan qızlardan qüvvə və sürət keyfiyyətlərini tələb edən hərəkətlərdə, qaçmada tullanmada üstünlük əldə edirlər.

Cinsi yetişkənlik dövründə sürət, qüvvə və davamlılıq keyfiyyətləri tələb olunan hərəkətlərin icrasında, demək olar ki, qızlar oğlanlara bərabərləşirlər. Lakin bu dövrdən sonra cinslər arasındakı fərqlər maksimum miqdara çatır. Əsas fərq ondadır ki, cinsi yetişkənlik dövründən sonra gənc oğlanların hərəkət nailiyyətləri xüsusi məşq etmədən də bir neçə il ərzində artır, ancaq qızlarda isə, əgər onlar məşq etmirlərsə, idman nəticələrinin artımı dayanır. Məsələn, 20 yaşlı oğlanlar 100 m məsafəni tez qaçırlar, nəinki 15 – 17 yaşlı qızlar.

Bütün yaş dövrlərində qızlar çeviklikdə, elastiklikdə oğlanlardan üstündürlər (bədii gimnastika).

Qüvvə və davamlılıq məşğələlərində kişilər qadınlara nisbətən yüksək nəticə əldə edirlər.

Hal – hazırda qadınlar da ağır atlet, güləşmə, xizəkdə tullanma, idman yerişi, futbol, xokkey, çəkic tullanma kimi kimi idman növləri ilə məşğul olurlar. Tsiklik xarakterli idman növlərində və ox atmada məsafə uzunluğu qadınlar üçün məhdudlaşdırılır.


Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin