Texniki ustalığın müxtəlifliyi – idmançının malik olduğu və ya yarışlarda tətbiq etdiyi hərəkət əməliyyatlarının müxtəlifliyinin dərəcəsilə xarakterizə olunur. Burada da müvafiq olaraq yarış və ümumi hərəkətlərin müxtəlifliyi ayırd edilir. Texniki hazırlığın həcmi və müxtəlifliyi idman ustalığının vacib göstəriciləridir, xüsusən, texniki əməliyyatları çox olan idman növlərində (gimnastika, konkidə fiqur oyunları, tək – tək güləşməsə və s.).
Texnikanın rasionallığı - yüksək idman nəticələri əldə etmək imkanı ilə təyin olunur. Texnikanın rasionallığı – idmançının deyil, texnika müxtəlifliyindən istifadə edilən hərəkətin yerinə yetirilməsi üsulunu xarakterizə edir. Bu və ya başqa texnika az və çox rasional üsul krol sayılır. Hər bir idman növündə hərəkətin icra etmə üsullarından biri, daha rasional üsulla əvəz edilmə periodları olur.
İdmançının texniki cəhətdən hazırlığının 3 cü göstəricisi idmançının yalnız nəyi icra etməyi bacardığını göstərir. Onlar icra edilmənin keyfiyyətlərini , yəni idmançının hərəkətləri necə yerinə yetirirvə nə dərəcədə bu hərəkətlərə nail olduğunu əks etdirmir. Ona görə də texnika hazırlığının qiymətləndirilməsində mütləq hərəkətləri mənimsəmə keyfiyyətini və icrasının effektivliyini də nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |