Mühazirə 11.
İNSANIN HƏRƏKƏTLƏRİNİN VƏ HƏRƏKƏT ETMƏK İMKANLARININ FƏRDİ VƏ QRUPA MƏXSUS XÜSUSİYYƏTLƏRİ.
Bədən quruluşu və motorika. İnsanların hərəkət etmək imkanları kimi idman texnikasının bir çox fərdi xüsusiyyətləri bədən quruluşundan çox asılıdır. Bədən quruluşunun xüsusiyyətlərinə aşağıdakılar aiddir:
Bədənin total ölçüləri və ya əsas ölçüləri (bədənin uzunluğu, çəkisi, döş qəfəsinin əhatəsi, bədən səthi və s.)
Bədənin proporsiyası – bədənin ayrı – ayrı hissələrinin ölçülərinin münasibəti (gövdə, ətraflar və s.)
Konstitusional xüsusiyyətlər.
İnsanlarda bədənin total ölçüləri olduqca müxtəlifdir. Bu və ya digər idman növündə (məsələn, güləşmə və ağır atletika) 50 kq – dan aşağı və 150 kq – dan yuxarı bədən çəkisi olan idmançılara rast gəlmək olar. Bunların hərəkət imkanları da müxtəlifdir. Eyni səviyyədə məşq keçirən böyük çəkili idmançılar daha çox təsir qüvvəsi tətbiq edə bilirlər. Odur ki, güləşmə, boks, ağır atletika kimi idman növlərində çəki kateqoriyalarına bölünmə məhz bundan asılıdır.
Müxtəlif çəkili insanların qüvvə keyfiyyətlərini müqayisə etmək üçün adətən nisbi qüvvə anlayışından istifadə edirlər. Nisbi qüvvə, 1 kq xüsusi çəkiyə düşən ağırlıq qüvvəsinin miqdarıdır. Idmançı hər hansı bir hərəkətdə xüsusi çəkisinə nisbi olmayaraq göstərdiyi təsir qüvvəsi mütləq qüvvə adlanır.
Dostları ilə paylaş: |