Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 060628 1



Yüklə 5,11 Mb.
səhifə23/25
tarix24.08.2023
ölçüsü5,11 Mb.
#140333
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
C fakepathMüh2020EM

Qüvvə - tezlik çeviricisi

Bu tip çeviricilər ölçü məlumatını unifikasiya olunmuş tezlik siqnalına çevirmək üçün istifadə olunurlar. Çevrilmə parametr → qüvvə → tezlik sxemi üzrə yerinə yetirilir.



Şək.3.12. Qüvvə-tezlik çeviricisi.


Burada ölçülən parametr II həssas elementi vasitəsilə Rx qüvvəsinə çevrilir, tezlik çeviricisi isə (III) Rx qüvvəsini unifikasiya olunmuş tezlik siqnalına çevirir. Çevrilmə əməliyyatı R1, R2, R3 və sim (3) üzərində yaradılmış körpü sxemi üzərində yerinə yetirilir. Tarım dartılmış sim (Rc) sabit maqnit sahəsində yerləşdirilir. Simin bir ucu cihazın gövdəsinə digər ucu isə əsas lingə (2) izolyasiya materialı ilə bərkidilir. Simdən dəyişən cərəyan axdıqda o, maqnit sahəsində rəqs edir və orda e.h.q.-si əmələ gəlir. Maqnit sahəsində simin rəqslərinin tezliyi bu ifadə ilə təyin edilir:





Burada. F-parametrdən asılı qüvvədir; l- simin uzunlupudur; S – simin en kəsiyinin sahəsidir; ρ- simin materialının sıxlığıdır.


Çeviricini konstruktiv reallaşdırdıqda bu asılılıq müəyyən dəqiqliklə xətti asılılıqla əvəz edilir:



Burada, f0- başlanğıc tezlikdir; Пmak və Пmin – para-metrin yuxarı və aşağı sərhəd qiymətləridir; ∆f – tezlik diapazonudur

Generator çeviriciləri

Bu növ çevricilərə induksion, pyezoelektrik və maqnitostraksion çevricilər aiddir.


İnduksion çevricilərdə mexaniki rəqslər sarğacı kəsən maqnit selinin dəyişməsinə və onda e.h.q.-nin induksiyalanmasına səbəb olur. Beləliklə, ölçülən mexaniki kəmiyyət induksiya e.h.q. –nə çevrilir. Bu cür çevricilərdən mayelərin sərfiyyatını ölçdükdə istifadə edilir. İnduksion sərfiyyatölçənin iş prinsipi elektrik keçirən maye selinin maqnit sahəsindən keçməsi zamanı onda induksiya e.h.q. yaranmasına əsaslanır.1-qeyri-maqnit borusundan elektriki keçirən maye axır. Maye seli 2 elektromaqnitinin yaratdığı dəyişən maqnit seli tərəfindən kəsilir. Maye selində yaranan e.h.q. 3 elektrodları vasitəsilə 4 ölçü qurğusuna verilir.
Belə sərfiyyatölçənin çevriciləri praktiki olaraq
ətalətsizdir. İnduksion sərfiyyatölçənləri dəyişən
sərfiyyatları ölçməkdə tətbiq etmək daha məqsədə-
uyğundur. Bu cihazın göstərişi mayenin fiziki
parametrlərindən (təzyiq, temperatur, sıxlıq, ) asılı
deyil. Lakin elektrodlarda induksiyalanan kənar
parazit e.h.q.-rin təsiri cihazın xətasını artıra bilir.

Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin