Həcmi sayğaclar. Həcmi sayğacların iş principi, cihazın ölçü kamerasından təzyiqlər fərqi hesabına sıxışdırılıb çıxarılan müəyyən maddə miqdarının vaxt üzrə cəmlənməsinə əsaslanır. Həcmi sayğaclar əsasən təmiz mayelərin (benzin, ağ neft, dizel yanacağı, mineral yağlar və s.) miqdarının ölçülməsi üçün nəzərdə tutulmuşdur. Bu cihazların əsas üstün cəhətləri onlarda ölçü həddinin geniş olması və dəqiqliyin yüksək olmasıdır. Möcud həcmi sayğaclar öz konstruksiyalarını müxtəlifliyi ilə bir-birlərindən fərqlənir. Bunlardan oval dişli çarxlar istehsalatda daha geniş yayılmışdır.
Şəkil 4.6. Oval dişli çarxlı həcmi sayğacın sxemi.
Birinci vəziyyətdə (şəkil 4.6. a) dişli çarxla (2) sayğacın gövdəsi arasında maddə miqdarı çıxış xəttinə sıxışdırılır. Eyni zamanda da 3 dişli çarxı müəyyən miqdarda mayeni gövdə ilə əmələ gələn boşluğa doldurur (şəkil 4.6 b). Axınin 2 dişli çarxında yaratdığı dönmə momenti sıfra bərbər olur. Lakin 3 dişli çarxında dönmə momenti yaranır. Bu vəziyyətdə 2 dişli çarxı aparılan, 3 dişli çarxı isə aparıcı rolunu oynayır və onunla gövdə arasındakı boşluqda olan maddə miqdarı çıxış xəttinə sıxışdırılıb çıxarılır. Beləliklə, dişli çarxlar bir tam dövr etdikdə iki ədəd müəyyən olunmuş miqdarda maddə giriş xəttindən çıxış xəttinə ötürülür.
Dişli çarxların dövrlər sayını, sayğac mexanizmi vasıtəsilə hesablamaqla, cihazın daxilindən müəyyən zaman parçasında keçən maddə miqdarı təyin edilir.
Oval dişli çarxlı sayğaclar vasitəsilə 1.7-60 /saat həddlərində dəyişən, demək olar ki, bütün mayelərin miqdarını ölçmək üçün istifadə oluna bilər.
Mayelərin miqdarını təyin etmək üçün baxılan sayğaclardan başqa silindrik porşenli sayğaclar da geniş tətbiq olunur. Onların işləmə prinsipi, ölçülən mayenin təzyiqinin sayğaca qədər və sayğacdan sonrakı fərqləri hesabına hərəkət edən silindrik porşenin ölçmə kamerasından müəyyən həcmli mayenin sıxışdırıb çıxarmasına əsaslanır.
MÜHAZİRƏ 7.
4.4. Tenzorezistor həssas elementli ST3000 intellektual diferensial sərfölçən cihaz.
Maye, qaz və buxarın sərfini ölçmək üçün ən geniş yayılan prinsiplərdən biri daraldıcı quruluşlarda təzyiqlər fərqinin ölçülməsidir. Bu prinsipin geniş miqyasda istifadə olunmasının bir çox üstünlükləri vardır. Bunlardan ölçü quruluşunun sadəliyi və etibarlılığı, həmin quruluşda hərəkət edən hissənin olmaması, ölçülən mühitdə təzyiq və temperaturların müxtəlif diapazonlarda dəyişməsindən asılı olmayaraq kütləvi ölçü vasitələrinin hazırlanması və s. kimi cəhətləri misal göstərmək olar.
Baxdığımız bu prinsiplə sərf ölçülərkən boruda daraldıcı quruluş qoyulur. Axın daraldıcı quruluşun deşiyindən keçərkən axının sürəti daraldıcı quruluşdan əvvəlki sürətinə nisbətən yüksək olur. Elə buna görə də daraldıcı quruluşun çıxışında onun girişindəki təzyiqə görə azalır və daraldıcı quruluşda təzyiqlər fərqi yaranır ki, bunu da difmanometrlə ölçmək olur. Difmanometrlə ölçülən təzyiqlər fərqi daraldıcı quruluşda yaranan sürətdən və yaxud axının sərfindən asılıdır. Təzyiq vericisi təzyiqlər fərqini ölçür və ölçülən parametrin qiymətinə mütənasib olaraq çıxış siqnalı verir. ST-300 tipli diferensial sərfölçən cihazın çıxış elektrik siqnalı ya 4-20 mA cərəyan şəklində və yaxud rəqəm formasında idarəedici elektron hesablama maşının girişinə verilir.
Rəqəm və yaxud analoq rejimin seçilməsi NÖC- kommunikator vasitəsilə həyata keçirilir.
Hazırda neftayırma zavodlarında elektron prinsipi ilə işləyən ST-3000 tipli intelektual diferensial sərfölçən cihazlardan geniş miqyasda istifadə edilir. Tenzorezistor həssas elementli ST-3000 tipli difmanometrin çıxış siqnalı (4-20) mA cərəyan siqnalı və yaxud rəqəm formasında kodlar vermək imkanına malikdir. Ölçü diapazonu (0-1,0) MPa dəqiqlik sinfi isə 0,1%-dir.
Difmanometrin çıxış siqnalı iki elektrik naqili vasitəsi ilə EHM-nin və yaxud kommunikatorun girişinə bağlanır. Bu difmanometrin çıxış siqnalını həmçinin elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə də qoşmaq olar.
ST-3000 tipli intelektual diferensial sərfölçən cihazın iş prinsipi tenzorezistor həssas elementli ST3000 tipli intellektual təzyiq çevricisinin iş prinsipi ilə eynidir.
4.5.Turbinli sərfölcənlər.
Hazırda maye miqdarının uçotunu aparmaq üçün turbinli sərfölçənlərdən istifadə edirlər.
Turbinli sərfölçənlər əsas etibarilə turbin çeviricisindən və ikinci cihazdan ibarətdir. Turbinli sərfölçənlərin turbin çevirici termocüt kabelinin quruluş sxemi ləri 9 gövdəsindən və 1 turbin rotorundan ibarətdir (şəkil 4.1.). Çeviricinin gövdəsinə 10 impuls verici başlıq bərkidilmişdir.
Turbinli sərfölçənlərin iş prinsipi onun ölçü mühitində yerləşdirilmiş həssas elementin (fırlanan rotorun) fırlanma sürətinin axın sürətinin dəyişməsindən asılılığı ilə xarakterizə olunur.
Şəkil 4.1. Turbinli sərfölçən
1-turbin (rotor); 2- oxun deşiyi; 3, 11- yastıqlar; 4-arxa yastığın gövdəsi; 5- yüksək təzyiq sahəsi;
6,14-axınlılıq; 7, 13-konusvari vtulkalar;
8, 12-istiqamətləndirici qurğu; 9-sayğacın gövdəsi; 10- impulsları qəbul edən quruluş;
15-qabaq yastığın gövdəsi;
A- istiqamətləndirilmiş axın.
Əgər vahid zamanda turbinin (rotorun) dövrlər sayı n olarsa, onda axın sürətinin turbinin fırlanma sürətindən asılılığı aşağıdakı kimi ifadə olunur:
n = k · W (4.3)
burada k - mütənasiblik əmsalı, W - F en kəsiyinə malik sayğacdan keçən axının sürətidir. Onda sayğacın göstərdiyi həcm sərfi aşağıdakı tənlikdən alınan kəmiyyətə bərabər olar:
Q = W · F (4.4)
(4.3) və (4.4) tənliklərini birlikdə həll etsək, onda:
(4.5)
alarıq. Buradan aydın olur ki, turbinin n dövrlər sayını qeyd edən taxometrin şkalası ölçülən maye axınının həcm-sərf vahidi ilə dərəcələnməlidir. Belə bir halda:
(4.6)
və τ = (τ2 – τ1) vaxtda sayğacın ölçdüyü maddənin həcmiV olarsa, onda (4.6) ifadəsi (4.5) nəzərə alınmaqla aşağıdakı şəkil alacaqdır:
(4.7)
τ1 – τ2 vaxt intervalında (4.7) ifadəsini inteqrallasaq, onda aşağıdakı ifadəni alarıq:
(4.8)
burada - τ1 – τ2 vaxt intervalında turbinin dövrlər sayıdır. Beləliklə, turbinin dövrlər sayını ölçməklə ölçülən maddənin (mayenin) həcmi haqqında məlumat ala bilərik. Yuxarıda qeyd etdiyimiz kimi, turbinli sərfölçənlərin gövdəsinə hesablayıcı mexanizm olan impuls çeviriciləri bərkidilmişdir. İmpuls çeviricinin rotoru turbin rotorunun oxu vasitəsilə fırlanmağa başlayır və statorda yaranan EHQ-ni elektrik cərəyanına çevirmək üçün elektron çeviricisinə (moduluna) verilir. Qeyd etmək lazımdır ki, müxtəlif özüllülüyə və temperatura malik olan mayelərin sərfləri ölçülərkən ölçmənin yüksək dəqiqliyini təmin etmək üçün turbin vericisinin göstərişinə düzəliş vermək üçün elektron sensorunun girişinə avtomatik özüllülük kompensatoru və müqavimət termometri də qoşulur.
Hazırda respublikamızın neftayırma zavodlarında xam neft qovşaqlarında və texnoloji qurğularında xam neftin və neft məhsullarının miqdarını hesablamaq üçün İngiltərənin «Elektronic Flovmetera LTD» firmasının lisenziyası əsasında Macarıstanın «MMQ» firmasının istehsalı olan «Turbokvant» tipli turbinli sərfölçənlərdən istifadə olunur. Bu cür turbinli sərfölçənlər 17 müxtəlif (6mm-dən 500 mm) qədər diametrlərdə istehsal olunur. Ölçü diapazonları 0,03 m3/saatdan 6500 m3/saata qədər dəyişir. Dəqiqlik sinfi 0,25 %-dir. Təzyiqi 25,0 MPa və temperaturu isə (-200) °C-dən (+250) °C-dək olan mühitdə işləyə bilir.
Neftayırma zavodlarında neftin qəbulu zamanı istifadə olunan uçot qovşağının sxemi şəkil 4.3-də verilmişdir. Uçot qovşağı (işçi, ehtiyat, nəzarət) sayğaclarından, axın düzləndiricilərindən, filtrlərdən, nümunəgötürən quruluşdan, manometrlərdən, termometrlərdən, nəmlikölçən, sıxlıq ölçəndən, siyirtmələrdən və ventillərdən ibarət olan bir texnoloji quruluşdur. Bir uçot qovşağında quraşdırılmış (işçi, ehtiyat və nəzarət) sayğacların məhsuldarlığı eyni olmalıdır. Ölçmədəki xətanın ±0,25% dən yuxarı olmaması üçün sayğaclar optimal məhsuldarlıqla yüklənməlidir. İşçi təzyiq isə sayğaclardan sonra 0,3MPa aşağı olmamalıdır.
Yoxlamadan keçmiş və möhürlənmiş istənilən sayğacdan ehtiyyat sayğac kimi istifadə etmək olar. Nəzarət sayğacından isə istənilən vaxt işçi sayğacın göstəricisini yoxlamaq üçün istifadə edirlər və bu sayğac saz olmalı, yoxlamadan keçməli və möhür olmalıdır. Nəzarət sayğacı stabil işçi xarakteris-tikasına malik və işçi vəziyyətdə olmalı, yoxlanılacaq sayğacdan sonra quraşdırılmalıdır.
Şəkil 4.2. Uçot qovşağının sxemi
Siyirtmə; 2-Manometr; 3-Termometr; 4- Filtr (süzgəc); 5-Axın düzləndiricisi; 6- İşçi sayğac; 7- Ehtiyat sayğacı; 8- Nəzarət sayğacı;
9- Nümunə götürən quruluş; 10- Nəmlik ölçən cihaz; 11- sıxlıq ölçən cihaz; 12- Sızmanı yoxlamaq üçün ventil.
Xam neftin orta nümunəsini götürmək üçün uçot qovşağında nümunə götürülən cihaz, çıxışında isə tələb olunan ölçü diapazonunda manometr, qeydiyyat qovşağından keçən neftin temperaturunu ölçmək üçün texniki termometr quraşdırılır.
Turbin sayğacları quraşdırılan xətlərdə, yuxarıda göstərilənlərdən başqa, köməkçi filtr, axın düzləndiricisi və s. avadanlıqlar da quraşdırılmalıdır.
Turbin sayğacları üfüqi vəziyyətdə quraşdırıl-malıdır. Turbin sayğaclarının quraşdırılma sxemi və istismar şəraiti elə olmalıdır ki, neft buxarları yaranmasının qarşısı alınsın.
Qeyd etmək lazımdır ki, maye axınının qeyri-bərabər sürəti və burulğanlı olması turbinli sərfölçənlərin göstərişinin dəqiqliyinə mənfi təsir edir. Bu yuxarıda adları çəkilən maneələr isə yerli müqavimətlərin (boruların əyilməsi, klapanların, siyirtmələrin və başqa avadanlıqların uçot qovşağında quraşdırılması) yaranması nəticəsində meydana çıxır. Ona görə də turbinli sərfölçəndən əvvəl və sonra axının laminarlığını təmin etmək lazımdır. Axının laminarlığına nail olmaq üçün “Turbokvant”dan əvvəl və sonra tələb olunan düz sahə xüsusi quruluş (axın düzləndiricisi) qoymaqla yaradılır (şəkil 4.3).
Axın düzləndiricisi
Şəkil 4.3.Axın düzləndiricisi
“Turbokvant”dan əvvəlki düz sahənin diametrinin sayğacın borusunun diametrindən 15-20, sayğacdan sonrakı düz sahənin diametrinin isə borunun diametrindən 5 dəfədən az olmaması məqsədəuyğundur. Düz sahəni azaltmaq məqsədilə axın düzləndiricisindən istifadə edirlər. Sayğacdan əvvəl axın düzləndiricisi qoyularkən düzləndirici sahənin ümumi uzunluğu sayğac quraşdırılan borunun diametrin 10 mislinə bərabər olmalıdır.
4.5. Koriolis kütlə sərf ölçənləri
Koriolis kütlə sərfölçənləri verici sensordan və elektron çeviricidən (moduldan) ibarətdir. Çevirici sensor maye axan borunun gövdəsinə bağlanmış xüsusi konstruksiyaya malik olan bir və ya iki ölçü borusundan ibarətdir
Dostları ilə paylaş: |