Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 060628 1



Yüklə 5,11 Mb.
səhifə14/25
tarix24.08.2023
ölçüsü5,11 Mb.
#140333
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
C fakepathMüh2020EM

Təyinatı
ST-3000 təzyiq çeviricisi texnoloji proseslərə avtomatik nəzarət, tənzimləmə və idarəetmə sistem-lərində istifadə olunur və ölçülən parametrin izafi, mütləq, hidrostatik, vakuum təzyiqlər fərqini fasiləsiz olaraq unifikasiya olunmuş (4-20) mA elektrik çıxış siqnalına çevrilməsini və uzaq məsafəyə ötürülməsini təmin edir.
Təzyiqlər fərqi çeviricilərdən mayenin səviyyə-sinin, maye və qazların sərflərinin, hidrostatik təzyiq çeviricilərdən isə səviyyənin qiymətlərinin unifikasiya olunmuş elektrik çıxış siqnallarına çevirmək üçün istifadə edirlər.
ST-3000 tipli izafi təzyiq vericisinin çıxış siqnalı ya analoq 4-20 mA və yaxud rəqəm formasında həm elektron prinsipi ilə işləyən ikinci cihazla həm də elektron hesablama maşınına iki elektrik naqili vasitəsilə birləşdirilə bilər.
Bu cihazın ölçü diapazonu (0-3,57) MPa, dəqiqlik sinfi isə 0,1%-dir.
İş prinsipi
Tenzorezistor təzyiq çeviricisi həssas elementi deformasiyaya uğrayan çevirici sayılır. Hansı ki, bu menbrana tenzorezistor elementi yapışdırılır. Tenzore-zistorun əsas iş prinsipi tenzoeffektliyin təsirinə əsaslanır və mahiyyəti ondan ibarətdir ki, keçiricilər və yaxud yarımkeçiricilər deformasiyaya uğrayarkən onların müqavimətləri dəyişir. Tenzorezistorun müqavimətinin dəyişməsi ilə deformasiya arasındakı əlaqəni aşağıdakı kimi göstərmək olar:
,
burada AR/R - tenzorezistorların müqavimətinin dəyişməsi; R - sabit əmsal; AL/L isə tenzorezistorun uzunluğunun dəyişməsidir. Keçirici naqillərdən hazır-lanan tenzorezistorların müqaviməti 30-500 Om, yarımkeçirici tenzorezistorların müqaviməti isə 5-10-2 -dən 10 kOm-a qədər olur.
Tenzorezistorları membrananın üstünə elə yerləşdirmək olar ki, deformasiya vaxtı müxtəlif işarəli müqavimətlər yaransın. Bu isə hər çiyinə AR/R qiymətinə uyğun tenzorezistor birləşdirilmiş körpü sxeminin yaranmasına imkan verir.

Şəkil 3.6. Tenzorezistor həssas elementli təzyiq çeviricisinin sxemi

Burada həssas element - ling tipli 4 tenzovericisi 9 bünövrəsinin içərisində yerləşdirilmişdir və eyni zamanda 8 dalğavari membran vasitəsilə ölçü mühitindən ayrılmışdır. 8 və 14 saylı membranlar xarici konturlar vasitəsi ilə 9 bünövrəsinə qaynaq edilir və 6 mərkəzi stok vasitəsilə bir-biri ilə birləşdirilir. 6 stoku isə öz növbəsində 13 dartıcı vasitəsilə tenzorezistorun ucundakı 5 linginə birləşdirilmişdir. 10 flənsi 3 araqatı vasitəsilə kipləşdirilir.


Beləliklə, ölçülən P təzyiqinin təsiri nəticəsində 8 membranı deformasiyaya uğrayır və o öz formasını dəyişir (əyilir). 8 membranının öz formasını dəyişməsi 4 tenzorezistorunun müqavimətinin dəyişməsinə səbəb olur. Tenzorezistorda müqavimətin dəyişməsi 1 - elektron quruluşuna (moduluna) 2 - termoizolə edilmiş naqil vasitəsilə verilir.
Bu elektron quruluşunun vəzifəsi tenzorezistordan gələn elektrik siqnalını unifisə edilmiş (4-20) mA olan çıxış elektrik cərəyan siqnalına və yaxud rəqəm formasında kodlara çevirməkdən ibarətdir.

MÜHAZİRƏ 5


Elektrik tutumlu həssas elementli 3051 modelli intellektual təzyiq vericisi.


(ABŞ - «Fişer-Rozumanut»)

3051 modelli təzyiqvericiləri təzyiqölçmə texnologiyasında dünya standartlarına cavab verir. Onun istismar xarakteristikası geniş ölçü diapazonu (0,025-13790) kPa, dəqiqliyinin isə 0,075% olması ilə fərqlənir.


Tutum həssas elementli təzyiq vericisinin iş prinsipi şəkil 3.7-də verilmişdir.



Şəkil 3.7. Tenzorezistor həssas elementli təzyiq çeviricisinin sxemi verilmişdir.

Ölçülən təzyiq metaldan hazırlanmış 1 membranı tərəfindən qəbul edilir. Hansı ki, bu tutum verici elementi üçün hərəkət edən elektrod sayılır. Hərəkət etməyən 2 elektrodu isə qoruyucular vasitəsilə dövrədən mühafizə olunur. Çevirici elementin C tutumunun 1 membranının σ - yerdəyişməsindən asılılığı aşağıdakı kimi olacaqdır:


C = εS/(σ + σ0)
burada ε - elektrodlar arasına doldurulmuş mühitin dielektrik nüfuzluluğu; S - elektrodların sahəsi; σ - təzyiqin sıfır olduğu hal üçün elektrodlar arasındakı məsafədir.
C tutumunu ölçü-məlumat siqnalına çevirmək üçün elektron çeviricilərdən (sensor modullarından) istifadə edilir. Tutum həssas elementli təzyiq vericiləri, ölçülən fiziki kəmiyyətin növündən asılı olaraq, müxtəlif modellərdə istehsal olunur:

  • 3051 S modelli verici, təzyiqlər fərqini, izafi və mütləq təzyiqləri;

  • 3051 T modelli verici yalnız izafi və mütləq təzyiqi;

  • 3051 L modelli verici isə səviyyəni ölçmək üçün istifadə olunur.

Yuxarıda adları çəkilən bu vericilərin ölçü sxemləri eyni olduğuna görə yalnız 3051 S modelli vericinin funksional sxeminə baxılması (şəkil 3.8) məqsədə uyğundur. Yuxarıda qeyd etdiyimiz kimi, bu cür vericilərin həssas elementi 1- elektrik tutumunundan ibarətdir. Yəni ölçülən təzyiqin təsirindən elektrodları (membranlar) arasındakı C tutumunu dəyişir və nəticədə alınan elektrik siqnalı sensor modulunun (analoq-rəqəm vericisinin) girişinə verilir. Sensor texnoloji və ətraf mühitdən mexaniki, elektrik və texniki təsirlərdən qoruyucu təbəqə ilə mühafizə olunub. Belə bir konstruksiyanın olması həssas elementin texniki yükünü azaldır, təzyiqə görə statik xarakteristikasını yaxşılaşdırır və xarici mühütin temperaturunun birbaşa sensora təsirini azaldır.



Şəkil 3.8. 3051 S modelli vericinin funksional sxemi

Həssas elementin quraşdırılma üsulu və təzyiqin ötürülməsi üçün istifadə edilən kip şüşə boru elektrik mühafizəsini təmin edir və eyni zamanda vericinin texniki xarakteristikasını yaxşılaşdırır.


Qeyd etmək lazımdır ki, ölçülən mühitdəki temperatur dəyişməsinin ölçülən təzyiqə təsirini azaltmaq üçün sensor moduluna termometr də birləşdirilmişdir. 1 mövqeli tutumdan (həssas elementdən) gələn elektrik siqnalı, 2 mövqeli analoq-rəqəm çevricisinin girişinə verilir. 2 mövqeli analoq-rəqəm çevricisi 3 mövqeli termometrindən gələn siqnaldan asılı olaraq düzəliş verməklə analoq siqnalını rəqəm siqnalına çevirərək, 3 mövqeli rəqəm-analoq çeviricisinin girişinə verir.
Sensor modulunda 4 mövqeli yaddaşının olması vericinin təmirini tezləşdirici, yəni yaddaş vericinin bütün xarakteristikasını özündə bir yerdə saxlamaq xüsusiyyətinə malikdir. Qeyd etmək lazımdır ki, 2 mövqeli analoq-rəqəm çeviricisi (ARÇ)-dən gələn siqnal, 3 mövqeli (rəqəm-analoq çeviricisində) işləndikdən sonra rəqəm siqnalını analoq siqnalına çevirərək çıxış siqnalı kimi 4-20 mA unifikasiya olunmuş elektrik siqnalı alınır və bu siqnal iki elektrik naqili vasitəsi ilə elektron prinsipi əsasında qurulmuş idarəetmə sisteminə verilir. Əgər lazım gələrsə, alınan analoq siqnalını rəqəm formasına salmaq bu halda 5 mövqeli rəqəm əlaqələndiricisindən istifadə olunur. 6 mövqeli sıfır və şkala tənzimləyicisi vasitəsilə cihazın sıfırı və şkalası yoxlanılır.

  1. mövqeli mikrokomputer vasitəsilə aşağıdakı əməliyyatları yerinə yetirilir:

  • sensorun xəttiləşdirilməsi;

  • ölçmənin diapazonunun dəyişdirilməsi;

  • demfirləşdirmə;

  • diaqnostika;

  • verilənlərin ötürülməsi.

8 mövqeli elektron yaddaş modulu vasitəsilə aşağıdakı əməliyyatları yerinə yetirirlər:

  • diapazon həddi;

  • vericinin konfiqurasiyası.

  1. mövqeli portativ NÖC komunikatorunun vəzifəsi və yerinə yetirdiyi funksiyalardan aşağıda bəhs edilir.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin