Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 060628 1



Yüklə 5,11 Mb.
səhifə12/25
tarix24.08.2023
ölçüsü5,11 Mb.
#140333
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
C fakepathMüh2020EM

Atmosfer (barometrik) təzyiqi hava sütununun yer atmosferində yaratdığı kütlənin təzyiqidir.
Mütləq təzyiq mütləq sıfırdan hesablanan təzyiqdir. Mütləq təzyiqin hesablanma başlanğıcı qabın daxilindəki təzyiq qəbul olunur.
İzafi təzyiq mütləq təzyiqlə barometrik təzyiq arasında olan fərqdir.
Vakuum təzyiqi barometrik və mütləq təzyiq arasında olan fərqdir. Beynəlxalq ölçü (Sİ) vahidlər sistemində təzyiq vahidi kimi paskal (Pa) istifadə olunur 1 m2 sahəyə malik olan səth üzrə bərabər paylanan 1 Nyuton qüvvə tərəfindən yaradılan təzyiq paskal adlanır (1 Pa = 1 N/m2).
Ölçülən təzyiqin müxtəlifliyi eyni zamanda texnologiyada elmi tədqiqat sahələrində istifadə edilməsi Sİ ölçü vahidlər sistemi ilə yanaşı, sistemə daxil olmayan ölçü vahidlərindən də istifadə edilir. Bunlara aiddir: bar, millimetr civə sütunu, kvadrat santimetrə düşən kiloqram-qüvvə, kvadrat metrə düşən kiloqram-qüvvə, millimetr su sütunu.
Təzyiq ölçən cihazların təsnifatı
Təzyiq ölçən cihazlar işləmə prinsiplərinə və ölçdükləri kəmiyyətin növünə görə müxtəlif olur:
A. İşləmə prinsiplərinə görə təzyiq ölçən cihazlar

  1. Mayeli - ölçülən təzyiq maye sütunun hidrostatik təzyiqi ilə müvazinətləşir;

  2. Porşenli - ölçülən təzyiq porşenə təsir edən xarici təzyiq ilə müvazinətləşir;

  3. Yaylı - ölçülən təzyiqin qiyməti elastik elementin deformasiyasına görə müəyyənləşdirilir;

  4. Elektrik - bu tip cihazların işləmə prinsipi ölçülən təzyiqin hər hansı elektrik kəmiyyətinə çevirilməsinə və yaxud təzyiq altında materialların elektrik xassələrinin dəyişməsinə əsaslanır.



B. Ölçdükləri kəmiyyətin növünə görə təzyiq ölçən cihazlar

      1. Manometrlər - izafi və mütləq təzyiqləri;

      2. Vakuummetrlər - seyrəkliyi (vakuumu);

      3. Manovakuumetrlər - izafi təzyiqi və seyrəkliyi;

      4. Dartı ölçənlər (mikromanometrlər) - kiçik seyrəkliyi;

      5. Dartı-basqı ölçənlər (mikromanometrlər) - kiçik təzyiqləri və seyrəklikləri;

      6. Basqı ölçənlər (mikromanometrlər) - kiçik izafi təzyiqləri;

      7. Diferensial manometrlər - təzyiqlər fərqini;

      8. Barometrlər - barometrik təzyiqləri ölçmək üçün istifadə edilir.

Hazırda 10-12 ÷1011 Pa diapazonunda çeşidli təzyiq ölçən cihazlar parkı mövcuddur.

3.2. Mayeli və yaylı manometrlər.


Mayeli manometrlər
Mayeli manometrlərin iş prinsipi ölçülən təzyiqin, maye sütununhidrostatik təzyiqi ilə tarazlaşmasına əsaslanmışdır. Bu cihazlarla izafi təzyiqi, seyrəkliyi və təzyiqlər düşküsünü ölçmək olur.
Mayeli manometrlərin ən geniş yayılanı - şəkilli manometrlərdir. (Şəkil 3.1).
-şəkilli manometr

Şəkil 3.1. - şəkilli manometr


1-şüşə boru; 2- lövhə; 3-şkala

Manometrin şüşə borusu işçi maddə (civə, spirt, su) ilə doldurulur. Acıq qoldakı mayenin hidroststik təzyiqi, digər qoldakı təzyiqlə müvazinətləşdikdə sistem müvazinətdə olur:




(3.1)

Burada mütləq təzyiq, Pa; baramotrik təzyiq, Pa; şəkilli borunun en kəsik sahəsi, ; dirsəklərdəki maye səviyyələri fərqi və ya qərarlaşmış maye sütunu, ; işçi mayenin sıxlığı, , sərbəst düşmə təcilidir .



  1. ifadəsindən

(3.2)
yaxud
(3.3)

Manometrin əlaqədar olduğu mühitin təzyiqi, atmosfer təzyiqindən aşağı olarsa, manometrin


borusunda maye əks istiqamətdə hərəkət edəcək və maye sütunu seyrıkliyi(vakuumu) göstərəcəkdir. Bu manometrin ölçü həddi işçi mayedən və borunun uzunluğundan asılıdır. -şəkilli manometrlərlə təzyiqlər fərqi ölçülərsə, onda borunun uclarına və təzyiqləri verilir. Onda
(3.4)

Bəzən diferensial manometrlərdə işçi mayenin üzərində hava və ya qaz əvəzinə başqa maye (və ya kondensat) ola bilər. Onda təzyiqlər fərqi aşağıdakı ifadədən təyin edilir:


(3.5)
;
Burada işçi maye üzərində olan mayenin sıxlığıdır,



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin