Platin elektrik müqavimət termometrləri. Onların həssas elementləri diametri 0,05-0,07 mm olan platin naqildən hazırlanır. Bu elektrik müqavimət termometrləri ilə -40°C-dən 750°C hədlərində dəyişən temperaturları ölçürlər. Platin naqillər üçün α = 3,9x10-31/°C. Platin elektrik müqavimət termometrləri vəzifələrindən asılı olaraq üç əsas qrupa bölünür: etalon, nümunəvi (1-ci və 2-ci dərəcəli) və işçi. İşçi termometrlər də öz növbəsində laboratoriya və texniki termometrlərə bölünür.
Platin elektrik müqavimət termometrlərinin 0÷650°C hədlərində müqavimətinin dəyişməsi aşağıdakı ifadə ilə təyin olunur:
Rt = R0(l + at + bt2) (2.11)
-40 ÷ 0°C hədlərində isə:
Rt = R0 [1+at + bt2 + c(t-100)t3] ( 2.12)
burada Rt və R0 - t və 0°C-də platinin müqaviməti; a, b, c - sabit əmsallardır.
Şəkil 2.6 (a).Müqavimət termometri ilə temperaturun ölçülmə sxemi; b). Termometrlərin statik xarakteristikası.
Bu əmsalların qiyməti dərəcələnmə vaxtı, oksigenin, kükürdün və suyun qaynama tempera-turuna əsasən təyin edilir. α = 3,96847xl0-3 1/°C; b = 5,847xl0-7 1/°C; c = 4,22x10-12 1/°C.
Tənliklərdən - (2.11) və (2.12)-dən göründüyü kimi, platin müqavimət termometrlərinin müqavi-mətinin temperaturdan asılılığı qeyri-xəttidir.
Platin elektrik müqavimət termometrlərinin xətti xarakteristikadan meyl etməsi 0÷500°C-də 5%-dən və -40÷0°C-də isə 19%-dən çox olmur.
Cədvəl 2.2
Tipi
|
Müqavimətin nominal qiyməti
|
Dərəcələnməsi
|
Ölçmə diapa-zonu, °C
|
0°C-də
|
100°C-də
|
TSP (platin elektrik müqavimət termometri)
|
10
|
13.91
|
Dr.20
|
0-650
|
40
|
63.99
|
Dr.21
|
-40-500
|
100
|
130.10
|
Dr.22
|
-40-500
|
Platin elektrik müqavimət termometrlərinin dərəcələnməsi üçün standart təsdiq edilmişdir. Təsdiq edilmiş bu standarta görə, platin elektrik müqavimət termometrlərinin əsas parametrləri və dərəcələnmə qiymətləri cədvəl 2.2-də göstərilmişdir.
Mis elektrik müqavimət termometrləri. Onların həssas elementləri diametri 0,1 mm olan mis naqildən hazırlanır. Bu elektrik müqavimət termo-metrləri ilə -50÷180°C hədlərində dəyişən tempera-turları ölçürlər. Göstərilən geniş intervalda misin elektrik müqavimətinin temperaturdan asılılığı aşağıdakı ifadə ilə təyin olunur:
Rt = R0 (1 + αt) (2.13)
burada Rt və R0 – mis müqavimət termometrinin t və 0°C temperaturundakı müqaviməti; a –mis müqavimət termometrinin hazırlandığı materialın elektrik müqavimət temperatur əmsalıdır. α = 4,25 x 10-3 – 4,28 x 10-3 1/°C hədlərində dəyişir.
Mis elektrik müqavimət termometrlərinin əsas parametrləri və dərəcələnmə qiyməti göstərilmişdir.
Nikel elektrik müqavimət termometrləri. Onlarla -10°C -200°C-yə qədər temperaturları ölçmək olur. Nikelin müsbət cəhəti onun yüksək müqavimət temperatur əmsalına (α = 6,2 x 10-3 – 6,34 x 10-2 1/°C) və nisbətən böyük xüsusi müqavimətə malik olması (ρ = 0,118–0,138 ), mənfi cəhəti isə nisbətən yüksək temperaturlarda oksidləşməsi, çətinliklə təmiz halda alınması, elektrik müqavimət temperaturdan asılılığının qeyri-xətti olmasıdır. Bu asılılıq aşağıdakı tənliklə ifadə edilmişdir:
Rt = R0 (1 + αt – βt2) (2.14)
Burada α = 5,86 x 10-3 1/°C; β = 8,10 1/°C.
2.6.Termoelektrik termometrlər dövrələrinə qoşulan ölçü vasitələri
Dostları ilə paylaş: |