Nümunəvi və etalon ölçü cihazları həmçinin işçi cihazların dərəcələnməsində istifadə olunur. Etalon ölçü cihazları vasitəsilə nümunəvi cihazlar yoxlanılır. Nümunəvi ölçü cihazlarının dəqiqliyi etalon ölçü cihazlarının dəqiqliyindən azdır.
Ölçü şkalalarının növləri Ölçü parametrlərinin qiymətlərini göstərmə quruluşlarına görə ölçü cihazlarını üç yerə bölmək olar:
Göstərici cihazlar - göstərmə quruluşu ölçü şkalası və əqrəbdən ibarətdir.
Yazıcı cihazlar - göstərmə quruluşu qələm və diaqram kağızından ibarətdir.
Cəmləyici cihazlar (inteqrallayıcılar) - göstərmə quruluşundan və hesablayıcı mexanizmdən ibarətdir.
İkinci cihazlar siferblat ilə təchiz olunur. Siferblat ölçü cihazının bir hissəsi olub, üzərində şkala və cihazı xarakterizə edən məlumatlar (dəqiqlik sinfi, cihazın nömrəsi, buraxılma ili və s.) göstərilir.
Siferblatlar formalarına görə müstəvi, silindrik və konusşəkilli, konstruksiyalarına görə isə hərəkət etdirilə bilən və tərpənməz olur. Siferblatlar üzərində göstərilən şkalalar düzxətli, qövsşəkilli (qövs bucağı 180-dən böyük olduqda) və dairəvi olur.
Üzərində kəmiyyətlərin göstərilmə xarakterinə görə şkalalar müntəzəm və qeyri müntəzəm olur. Müntəzəm şkalalarda kəmiyyətlər arasında məsafələr bütün şkala boyunca bərabər olur. Qeyri-müntəzəm şkalalarda isə kəmiyyətlər arasında məsafələr müxtəlif olur.
Sıfır nöqtəsinin yerinə görə şkalalar birtərəfli, ikitərəfli və sıfırsız olur. Birtərəfli şkalalarda sıfır nöqtəsi şkalanın başlanğıcında, ikitərəfli şkalalarda isə sıfir nöqtəsi şkalanın ortasında yerləşir. Sıfırsız şkalalarda sıfir nöqtəsi olmur, şkala ölçülən para-metrin hər hansı qiymətindən başlayır.
Ölçü sistemi və onun əsas elementləri Əksər hallarda hər hansı parametrin qiyməti ölçülərkən bir cihazdan deyil, bir neçə cihazın əmələ gətirdiyi ölçü qurğusundan istifadə edilir. Ölçü sistemi əsasən üç elementdən ibarət olur: ilkin (verici) cihaz, ikinci cihaz və birləşdirmə xətləri.
İlkin cihaz (verici) əsas etibarilə iki elementdən ibarətdir: ölçü blokundan və çeviricidən. İlkin cihaz əsasən ölçü qurğusunun qiyməti ölçülən parametrlə əlaqəli həssas elementindən ibarətdir. O, həssas elementdə yaranan və ölçülən parametrlərə münasib olan enerji növünü adətən başqa enerji növünə çevirib ikinci cihaza ötürür, əksər hallarda isə şkalasız olur.
İkinci cihaz ölçü qurğusunun ölçən hissəsidir. Bu ölçülən parametrin qiymətini göstərir və ya həm də qeyd edir. İkinci cihaz, adətən, mərkəzi lövhədə yerləşdirilir.
Birləşdirici xətlər ölçü qurğusunun ötürücü hissəsidir. Birinci (verici) cihazda yaranan siqnalları ikinci cihaza ötürən bu birləşdirici xətlər naqillərdən və ya impuls boru kəmərlərindən ibarət olur.
1.3. Ölçmənin və ölçü vasitələrinin dəqiqlik göstəriciləri
Ölçmə xətaları. Ölçmə nə qədər dəqiq aparılsa da, həmişə nəticəsi onun həqiqi qiymətindən bir qədər fərqlənir. Ölçmə nəticələrindəndəki səhv xəta adlanır. Ölçmə texnikasında istifadə olunan xəta anlayışları bunlardır: mütləq xəta, nisbi xəta və gətirilmiş xəta.
Mütləq xəta. Ölçmədən alınan qiymətlə ölçülən kəmiyyətin həqiqi qiyməti arasındakı fərq mütləq xəta adlanır.
∆a = A1 - A2 (1.1)
A1 - ölçmədən alınan qiymət; A2 - ölçülən kəmiyyətin həqiqi qiymətidir.
Məlum olduğu kimi, ölçülən kəmiyyətin həqiqi qiymətini təyin etmək mümkün olmur. Bu səbəbdən ölçü cihazının göstərişini nümunəvi cihazların göstərişi ilə müqayisə edirlər. Nümunəvi cihazların göstərişləri ölçülən kəmiyyətin həqiqi qiyməti kimi qəbul edilir. Ölçülən kəmiyyətin həqiqi qiymətini təyin etmək üçün cihazın göstərişinə mütləq xətanın əks işarə ilə götürülmüş qiymətini əlavə etmək lazımdır. Bu düzəliş
∆d = A2 – A1 və ya ∆d = -∆a (1.2)
olur.
Nisbi xəta. Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinə nisbi xəta deyilir.
(1.3)
Gətirilmiş xəta. Ölçü cihazının ölçmə diapozonuna görə, hissələrlə və ya faizlərlə ifadə olunan xətaya gətirilmiş xəta deyilir.
(1.4)
burada ∆a - mütləq xəta, və Amax və Amin – cihazın uyğun olaraq yuxarı və aşağı ölçmə hədləridir.
Ölçü cihazlarının istifadə olunma şəraitindən asılı olaraq yaranan xətalar əsas və əlavə xətalara ayrılır.
Ölçü cihazının əsas xətası onu normal şəraitdə istifadə edərkən yaranan xətaya deyilir. Ölçü cihazının normal şəraitdə istifadə edilməsi dedikdə elə şərait başa düşülür ki, həmin cihaza olan təsirin qiyməti nominal qiymətdə olsun və yaxud normal hədd qiymətində olsun. Normal şərait adətən müəyyən diapazonda ya standartda, ya da cihazın pasportunda verilir.
Ölçü cihazının işləmə şəraiti qəbul edilmiş normal iş şəraitindən fərqləndikdə əlavə xəta yaranır. Bunun nəticəsində cihazın xətası artır.
Əmələgəlmə səbəblərinə uyğun olaraq xətalar alət. metodiki və subyektiv xətalara bölünür.