Alət xətası (instrumental və ya ölçü cihazının xətası) elə xətaya deyilir ki, o yalnız verilmiş ölçü vasitəsinə aid edilir və sınaq zamanı onun pasportuna əlavə olunur. Bu xətanın yaranma səbəbləri çox müxtəlifdir. Buraya əsas etibarilə ölçü vasitəsinin konstruktiv və texnoloji çatışmamazlığı, onun hissələrinin aşinması nəticəsində nasazlıqların əmələ gəlməsi və s. daxildir.
Ölçmə nəticəsində alət xətası ilə yanaşı elə növ xətalar yarana bilər ki, bunlar da ölçü vasitəsinin pasportunda göstərilə və verilmiş cihaza aid edilə bilmir. Bu tip xətalara metodiki xətalar deyilir. Metodiki xəta ölçü vasitəsinin əsasında duran nəzəriyyənin mükəmməl olmaması, ölçülən kəmiyyətin qiymətləndirilməsi üçün münasibətlərin qeyri-dəqiqliyi və s. səbəbindən yaranır. Əyani misal kimi dəyişən gərginlik mənbəyindən alınan gərginliyin effektiv qiymətinin (Um) ölçülməsini araşdıraq. Ölçü vasitəsi kimi voltmetrdən istifadə olunur.
Şəkil 1.2. Gərginlik mənbəyinin effektiv qiymətinin ölçülməsi
Dəyişən gərginliyin amplitud qiyməti ilə effektiv qiyməti arasındakı asılılıqdan istifadə etməklə ölçmənin nəticəsini təyin edirik:
Burada, - voltmetrin göstərişidir.
Bu ifadə dəyişən gərginliyin sinusoidal formada olmasına əsaslanır. Lakin ölçü obyektinin daha ətraflı tədqiqi dəyişən gərginliyin sinusoidal formadan fərqlənməsini göstərir. Bu halda gərginliyin effektiv qiyməti ilə voltmetrin göstərişi arasında münasibət belə yazılmalıdır:
burada, k əmsalı dəyişən gərginliyin formasını nəzərə almaqla hesablanır.
Beləliklə, ölçmə metodunun mükəmməl olmaması, metodik xətanın yaranmasına səbəb olur və onun mütləq qiyməti belə hesablanmalıdır:
Çox vaxt metodik xəta ölçü vasitəsinin düzgün qoşulmaması üzündən yaranır.
U=I və I=E /(R+ ) olduğundan, U=E /(R+ ) < E olur. Yəni voltmetr gərginlik mənbəinə nə qədər yaxın qoşularsa bir o qədər ölçmənin nəticəsi həqiqi qiymətə yaxın olar
Subyektiv xətalar ölçməni aparan operatorun peşəkar keyfiyyətlərindən asılı olur və təkrar ölçmələr zamanı aradan qaldırılır..
Sistemli xətalar hər hansı amillərin davamlı təsiri altında əmələ gəlir. Bir çox hallarda bu xətaların ölçmələrə təsiri nəzərə alına bilər.
Təsadüfi xətalar prosesə təsadüfi amillərin təsiri altında meydana çıxır. Bu xətalar eyni kəmiyyətin, təkrar ölçülməsi zamanı təsadüfi olaraq dəyişir. Bu tip xətalar xaotik olaraq dəyişdiyindən onları hesaba almaq, onların işarəsini təyin etmək mümkün olmur. Təsadüfi xətalar, eyni kəmiyyəti eyni ölçü vasitəsi və eyni müşahidəçi vasitəsilə, eyni şəraitdə ölçərkən üzə çıxarılır.
Sistemli və təsadüfi xətaların ölçmələrin nəticələrinə göstərdikləri təsirlər arasındakı mühüm fərq ondadır ki, sistemli xətalar ölçmələrin cavablarını yanlış, təsadüfi xətalar isə şübhəli edir. Buradan görünür ki, bu xətalar müxtəlif şəkildə qiymətləndirilməlidir. Sistemli xətalar miqdarca təyin edilir və onun ölçmənin nəticəsinə təsirini nəzərə alırlar. Təsadüfi xətaları ehtimal nəzəriyyəsinin statistik üsulları ilə qiymətləndirib ölçmələrin nəticələri ilə yanaşı göstərirlər.
Bəzən müşahidələrin nəticələrində verilən şəraitdə gözlənilən xətadan artıq yanlışlıq əmələ gəlir ki, buna kobud xəta deyilir. Kobud xətaların yaranmasına səbəb əsasən ope-ratorun kobud səhvi, ölçü cihazlarının nasazlığı, ya da ölçmə şərtlərinin kəskin dəyişməsi olur. Nəticələrin təhlili zamanı kobud xətaların daxil olduğu nəticələr nəzərə alınmır.
Xətalar yaranma səbəblərinə görə statik və dinamik olurlar.
Statik xətalar ölçü cihazının giriş siqnalı və onun göstəricisi sabit qaldığı şəraitdə ölçmənin qərarlaşmış vəziyyətində ölçmələr aparılarkən meydana gəlir.
Dinamik xətalar (bunlar ölçü cihazının dinamik xarak-teristikası əsasında təyin olunur) dedikdə, dəyişkən rejimdəki ölçmələrin sabit xətalarına əlavə edilən xətalar nəzərdə tutulur ki, bu da ölçmə cihazlarının ətalətliliyi ilə əlaqədardır.
Dəqiqlik göstəriciləri. Ölçü cihazlarının vəzifələrindən və ölçmə hədlərindən asılı olaraq gətirilmiş əsas xətanın buraxıla bilən qiyməti müəyyən edilir. Bu isə cihazın dəqiqlik sinfini göstərir. Əksər cihazlarda dəqiqlik sinfinin qiyməti onun şkalasının üzərində qeyd edilir.
Müxtəlif ölçü cihazlarının dəqiqlik sinfi müxtəlif olur (yəni dəqiqlik sinfi ya nisbi xəta, ya da mütləq xəta kimi göstərilə bilər), elektron prinsipi ilə işləyən müasir cihazların dəqiqlik sinfi 0,25 - 0,1 % arasında dəyişir. Nümunəvi ölçü cihazların dəqiqlik sinfi isə 0,01 % olur.
Ölçü cihazlarının sabitliyi göstərişin dəyişməsi (variasiyası) ilə, yəni dəyişməz xarici şəraitdə ölçülən kəmiyyətin həqiqi qiymətləri və cihazın təkrar ölçmələrdəki göstərişləri arasındakı ən böyük fərq ilə xarakterizə olunur.
Göstərişin dəyişməsi ölçü cihazının şkalasının diapozonuna görə faizlə ifadə edilir:
(1. 5)
burada ∆A - təkrar ölçmələrdəki göstərişlər arasında ən böyük fərqdir.
Aydındır ki, göstərişin dəyişməsi buraxıla bilən əsas xətadan az olmalıdır.
Dostları ilə paylaş: |