Bilavasitə ölçmədə, ölçülən kəmiyyətin qiyməti bilavasitə (birbaşa) ölçü vahidi ilə müqayisədə və ya qəbuledilmiş vahidlərdə dərəcələnən ölçü cihazları ilə müəyyən edilir. Uzunluğun xətkeş, kütlənin çəki daşları və tərəzi, təzyiqin yaylı manometrlər vasitəsilə ölçülməsi bilavasitə ölçməyə misal ola bilər.
Dolayı yolla ölçmədə ölçülən parametrin qiymətini təyin etmək üçün həmin kəmiyyətlə funksional əlaqədə olan, başqa kəmiyyətlərin bilavasitə üsulla ölçülməsi aparılır. Boru kəmərindən axan maye, qaz və buxar sərfinin boru kəmərində yerləşdirilən daraldıcı quruluşda yaranan təzyiqlər fərqinə əsasən ölçülməsini buna misal göstərmək olar.
təzyiqlər düşgüsüdür.
Ümumi ölçmədə, ölçülən kəmiyyətin qiyməti digər kəmiyyətlərin bilavasitə ölçülməsindən alınan qiymətlərə görə bir sıra tənlikləri həll etməklə tapılır.
Burada ölçülən kəmiyyətin axtarılan qiyməti. bilavasitə ölçmədən müəyyən edilən kəmiyyətlərin qiymətləridir. Hər hansı bir kəmiyyət ölçü vahidləri ilə ifadə olunur. Ölçü vahidlərinin dövlət standartlarında qəbul edildiyi kimi işlədilməsi məcburidir və onların düzgün tətbiqinə dövlət tərəfindən nəzarət edilir.
Ölçü vahidləri Beynəlxalq ölçü vahidlər sisteminə (Sİ) görə əsas, əlavə və törəmə vahidlərinə ayrılır.
Əsas ölçü vahidlərinə misal olaraq metr, qram, saniyə, amper, kelvin, mol və kandellanı göstərmək olar.
Əlavə ölçü vahidlərinə radian, steradian
Törəmə ölçü vahidlərinə isə hers, nyuton, paskal və s. aiddir.
Ölçü cihazlarının təsnifatı Ölçülən kəmiyyəti ölçü vahidi ilə bilavasitə və ya vasitəli yolla müqayisə edən quruluşlara ölçü cihazları deyilir. Ölçü cihazlarını bir sıra cəhətlərə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Ölçdükləri kəmiyyətlərə görə:
temperatur ölçən cihazlar;
təzyiq və seyrəklik ölçən cihazlar;
sərf və miqdar ölçən cihazlar;
səviyyə ölçən cihazlar;
keyfiyyət göstəriciləri ölçən cihazlar;
tərkibi ölçən və s.
Ümumi halda ölçü cihazlarını aşağıdakı növlərə ayırırlar:
müqayisəsi əl ilə aparılan cihazlar;
göstərici cihazlar;
cəmləyici (hesablayıcı) cihazlar;
yazıcı (qeydedici) cihazlar;
siqnalverici cihazlar;
kombinə edilmiş cihazlar
Müqayisəsi əl ilə aparılan cihazlar ölçülən kəmiyyətin ölçü vahidi ilə müqayisəsi əl ilə operator tərəfindən aparılır, məsələn, tərəzidə çəkmək, metrlə ölçmək və s.
Göstərici cihazlar ölçülən kəmiyyətin qiyməti şkalada əqrəb vasitəsilə göstərilir.
Cəmləyici cihazlar müəyyən vaxt ərzində ölçülən kəmiyyətin cəmini göstərir.
Yazıcı cihazlarda ölçülən kəmiyyətin qiyməti avtomatik olaraq diaqram kağızı üzərində qeyd edilir.
Siqnalverici cihazlarda ölçülən kəmiyyət tələb edilən qiymətə çatdıqda işıq və ya səs vasitəsilə siqnal verir.
Kombinə edilmiş cihazlar eyni zamanda yuxarıda göstərilən xassələrdən bir neçəsinə malik olur. Məsələn, göstərici və qeydedici cihazlar, göstərici və cəmləyici cihazlar və s.
Təyinatına görə ölçü cihazlarının işçi, nəzarət, laboratoriya, nümunəvi və etalon ölçü cihazı növlərinə ayırırlar.
İşçi ölçü cihazları bilavasitə istehsalatda istifadə olunur. Konstruksiya cəhətdən sadə quruluşlu və işdə etibarlıdır. İşçi ölçü cihazlarının dəqiqlik sinfi 0,1-dən 0,5-ə qədər olur. İşçi ölçü cihazlarına texniki ölçü cihazları da deyilir.
Nəzarət və laboratoriya ölçü cihazları işçi (texniki) ölçü cihazlarının yoxlanılmasında və elmi-tədqiqat işlərində istifadə olunur. İşçi ölçü cihazları nəzarət-ölçü cihazları ilə bilavasitə onların qoyulduqları yerdə və ya laboratoriya şəraitində yoxlanılır.