Metrologiya – ölçmə üsulları, onların təminatları, tələb olunan dəqiqliyin alınması yolları haqqında elmdir. Onun əsasında, təcrübi yolla təyin oluna bilən fiziki kəmiyyətlərin, xüsusi texniki qurğular vasitəsitəsilə ölçülməsi durur. Ölçmə nəticəsində, fiziki kəmiyyətin, onun ölçü vahidi ilə ifadə olunmuş ədədi qiyməti təyin olunur.
Müasir metrologiya aşağıdakı sahələrə sökənir: ölçmələrin ümumi nəzəriyyəsi, fiziki kəmiyyətlər və onların sistemləri, ölçmələrin üsulları və vasitələri, ölçmə dəqiqliyinin təyin olunma üsulları, ölçmələrin vahidliyi və ölçmə vasitələrinin uyğunluğu, nümunəvi və etalon ölçü vasitələrindən kəmiyyətlərin işçi ölçü vasitələrinə ötürülmə metodları.
Başqa bilik sahələrində olduğu kimi, metrologiyada da nəzəri, texniki və təşkilatçılıq aspektlərini fərqləndirmək lazımdır ( şək. 1.1).
Şək.1.1. Metrologiyanın əsas təminatları
Metrologiyanın əsasında xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin ölçülməsi durur. Ölçmə prosesində kəmiyyətin ədədi qiyməti, yəni verilən kəmiyyətin qəbul olunmuş vahidindən nə qədər çox və ya az olması tapılır. Ölçmənin nəticəsi tənlik şəklində yazılır:
(1.1)
Burada,
X – ölçülən kəmiyyət;
q – bu kəmiyyətin ədədi göstəricisi;
x – fiziki kəmiyyətin ölçü vahididir.
Bu ifadəyə ölçmənin əsas tənliyi deyilir. Ölçmə ilə yanaşı nəzarət anlayışı da mövcuddur. Nəzarətin məqsədi yoxlanılan obyektin təyin olunmuş xüsusiyyətlərinin tələb olunan xüsusiyyətlərə uyğunluğunu müəyyən etməkdir ki, bunun əsasında da müvafiq qərarlar qəbul olunur. Ölçmənin dəqiqliyini müəyyən edən şərtlərə görə fiziki kəmiyyətlərin ölçülməsi, texniki (istehsalat), yoxlama-nəzarət və maksimum mümkün dəqiq ölçmələrə ayrılır.
Olçmənin keyfiyyətliliyi dəqiqlik, etibarlılıq və eyni şəraitdə ölçmə nəticələrinin təkrarlanması və s. amillərlə təyin olunur.
Yoxlama - nəzarət (laboratoriya)ölçmələri, mümkün qeyri-dəqiqliyi nəzərə alan cihazlardan və mükəmməl metodlardan istifadə etməklə, yüksək dəqiqliyə nail olmaq imkani yaradır. Bu kimi ölçmələrdən elmi-tədqiqat, yoxlama və quraşdırma işləri apararkən istifadə olunur.
Texniki ölçmələr, praktiki məqsədlərə kifayət edən, nisbətən az dəqiqliyi ilə fərqlənən ölçmələrdir ki, bunlar da iş şəraitinə və təyinatına uyğun cihazlarla aparılır.
Avtomatlaşdırma – texniki və proqram vasitələrindən istifadə etməklə obyektlərin vəziyyətləri haqqında informasiyanın alınması, ötürülməsi, saxlanması, paylanması və həmçinin əvvəlcədən məlum olan məqsədə nail olmaq üçün obyektlərin idarə edilməsi kimi məsələləri əhatə edir.
Avtomatlaşdırma obyektinə missal kimi ümumiyyətlə insanın təcrübi fəailyyəti ilə bağlı olan proseduralar, layihələndirmələr, rabitə sistemləri, fasiləsiz xarakterli istehsalatlar, maşınqayırma, nəqliyyat, energetika, neft qaz faydalı qazıntıların çıxarılması sənayesinə aid sahələr, neft kimya, kimya, metallurgiya və s. aid edilə bilər.
Avtomatlaşdırma obyektlərinə qoyulan əsas tələbatlar bu obyektlərə aid proseslərin gedişinə tam nəzarətin və idarə edilməsinin mümkün olmasıdır (qoyulan məqsədə nail olmaq üçün kifayət qədər ilkin informasiya alınmasının idarəedici təsirlərin verilməsinin mümkün olması). Avtomatlaşdırmada əsas məqsəd kimi aşağıdakıları qeyd etmək olar;
1. İnsanın informasiya və idarə etmə proseslərindən qismən və tamamilə azad edilməsinin təmin edilməsi. Adətən məsələnin bu şəkildə qoyuluşu iqtisadi maraqlarla bağlı olmaqla insan əməyinin təhlükəsizliyini və ağır fiziki zəhmət tələb edın işlərdən azad edilmısini təmin etməkdən ibarətdir.
2. Obyektlərdə gedən proseslərin tələb olunan istiqamətdə aparılmasının təmin olunması, məsələn obyektin seçilmiş kordinatlarının zamana və inteqral göstəricilərinə görə keyfiyyət göstəricilərini təmin edən trayektoriyalarla dəyişdirilməsi
Avtomatlaşdırmada məsələnin bu şəkildə qoyuluşu texnoloji proseslər üçün daha xarakterikdir.
3. Ümumi bir funksiyanı yerinə yetirən obyektlər kompleksinin işinin kordinasiyasınin təmin edilməsi. Texnikada belə komplekslərə müxtəlif sənaye sahələrinə aid istehsalatlar, iqtisadiyyatda təşkilatların və müəssələrin bölmələrini və xidmət sahələrini, silahlı qüvvələrdə ordunun bölmələri və silahlı qüvvələrin növləri, regional bölmələrdə sahələrin və s. aid etmək olar.
4. Obyektlərin idarə oluna bilmək xüsusiyyətlərinin yaxşılaşdırılması üçün dinamik xarakteristikalarının korreksiyası. Bunun üçün dinamik karreksiyaedici quruluşlardan və proseduralardan istifadə edilir. Məsələn bu yolla rəqsi proseslər aperiodik proseslərə, dayanıqsız proseslər- dayanıqlı proseslərə çevrilir.
5. Obyektlərdə gedən proseslərə arzuolunmayan xarıci və daxili həyacanlandırıcı təsirlərin kompensasiya edilməsi. Həyacanlandırıcı təsirlərin kordinator üzrə parametrik və struktur formada baş verməsini qeydetmək lazımdır. Kordinator üzrə baş verən həyacanlandırıcı təsirlər obyektlərdə kordinatınqiymətinin dəyişməsinə (dəyişən kəmiyyətin) məsələn rabitə kanallarında küylər, texnoloji proseslərdə informasiya kanallarında xarici mühitin temperaturunun dəyişməsi və s. Parametrik həyacanlandırıcı təsirlər obyektin dinamik xüsusiyyətlərinin dəyişməsinə gətirib çıxarır. Məsələn təyarələrdə uçuşun hündürlüyündən asılı olaraq sükanların dıyişməsinin effektliyi, istilik mübadiləsi parametrlərini dəyişməsi, neftkimya sənayesinin katalitik texnoloji proseslərində katalizatorun aktivliyinin dəyişməsinin prosesin gedişinə təsiri və s. Struktur üzrə baş verən həyacanlandırıcı təsirlər obyektlərdə gedən proseslərin layihədə nəzərdə tutulmuş parametrlərinin dəyişməsinə gətirib çıxarır. Məsələn iş prosesində obyektlərdə ayrı- ayrı elementlərin gizli nazazlıq hesabına rədd cavabı, xarici qüvvələrin təsadüfən və bilərəkdən təsiri (düşmənin dağıdıcı vasitələri, ildırım boşalmasının təsiri, zəlzələ və s.).
Kordinat parametrik və struktur üzrə baş verən həyacanlandırıcı təsirlərin ümumi bir xüsusiyyəti ondan ibarətdir ki, bunların təsirindən obyektin fəaliyyətini xarakterizə edən göstəricilər pisləşə bilər və hətta obyekt öz fəaliyyətini tamamilə itirə bilər. Ona görə də, avtomatlaşdırmada həyacanlandırıcı təsirlərin kompensasiyası məsələsi ən başlıca problemlərdən biri olmaqla idarəetmə və etibarlıq nəzəriyyələrinin inkişafını stimullaşdıran amillər olmuşdur. Avtomatlaşdırmanın keyfiyyətini qiymətləndirmək üçün çox zaman “Avtomatlaşdırma səviyyəsi” və “Avtomatlaşdırma dərəcəsi” kimi qəbul edilmiş ekspert qiymətləndirmə üsulundan istifadə olunur.