Birborulu manometr
Birborulu manometrlərdə şkala elə qoyulur ki, olduqda şkalanın 0 nöqtəsi qabdakı maye sütunu ilə eyni olsun (şəkil3.2)
Şəkil 3.2 Birborulu manometr
1-qab; 2-boru; 3- şkala
Bu manometrlərlə ölçmə aparılanda ölçülən təzyiqin qiyməti aşağıdakı düstur ilə hesablanır:
(3.6)
Burada 0 nöqtəsindən hesablanan maye sütunun hündürlüyü, ; borunun en kəsik sahəsi ; qabın en kəsik sahəsidir
Ölçmə aparılan zaman qabda işçi mayenin səviyyəsi hündürlüyü qədər aşağı enir.Bu da ölçmə xətasının yaranmasına səbəb olur. Bu xəta
(3.7)
ifadəsindən təyin edilə bilər. Onda həqiqi maye sütunu hündürlüyü
(3.8)
olacaqdır.
Təzyiq və seyrəklik ölçən yaylı cihazlar
Yaylı manometrlər, vakuumetrlər, manovakuumetrlər, difmanometrlər və barometrlər texniki ölçmələrdə istifadə olunan cihazların böyük bir qrupunu təşkil edir.
Yaylı cihazların iş prinsipi müxtəlif növ elastik elementlərin deformasiyalarının ölçülməsinə əsaslanmışdır. Elastik həsas elementin deformasiyası ötürmə mexanizmi tərəfindən bucaq və ya xətti yerdəyişməyə çevrilərək cihazın əqrəbinə verilir.
Yaylı cihazların əsas üstünlükləri quruluşlarının sadə, istismarda etibarlı, universal, biryerdən başqa yerə aparıla bilməsi və böyük ölçü diapazonuna malik olmasıdır.
Yaylı cihazları elastik həsas elementlərinə görə aşağıdakı qruplara ayırmaq olar.
1) birsarğılı boru yaylı (burdon borulu) (şəkil 3.3,a)
2) çoxsarğılı boru yaylı (şəkil 3.3,b)
3) membranlı (şəkil 3.3,c)
4) aneroid və membran qutulu (şəkil 3.3,d,e)
5) aneroid və membranlı qutu bloklu (şəkil 3.3,v,f)
6) membran yaylı (şəkil 3.3,q)
7) silfonlu (şəkil 3.3,g)
8) silfon yaylı (şəkil 3.3,h)
Texniki ölçmələrdə istifadə olunan yaylı cihazların dəqiqlk sinifi olur.
Şəkil 3.3.Yaylı cihazlar
a- birsarğılı boru yaylı (burdon borulu), b- çoxsarğılı boru yaylı, c- membranlı, d- aneroid qutulu, e- membran qutulu, v- aneroid qutu bloklu,
f-membranlı qutu bloklu, q- membran yaylı, g- silfonlu, h -silfon yaylı
Burdon borulu manometr
Yaylı cihazlardan ən geniş yayılanı birsarğılı boru yaylı (burdon borulu) manometrlərdir (şəkil 3.4,a ).
Səkil 3.4(a). Burdon borulu manometr
Burdon borulu manometrin mexanizmi əsasən, elliptik və ya oval en kəsikli metal borudan (1) ibarətdir. Bu boru çevrə üzrə əyilmişdir. Burdon borusunun bir ucu tərpənməz ştuserə (9) birləşdirilir. Burdon borusunun sərpəst ucu (2) isə dartıcı (3) vasitəsilə dişli sektorla (4) birləşdirilmişdir. Öz oxu ətrafında fırlanan dişli sektor, dişli çarxa qoşulmuşdur. Val (6) üzərində oturan dişli çarxın (5) ucuna əqrəb (7) bərkidilir. Dişli ötürücünün oynaqlarında olan ara boşluqlarını yox etmək üçün əqrəbin valı nazik spiral yayla (8) birləşdirilmişdir. Bu yay elastik olduğundan dişli carxların, mexanizm sektoruna kip yapışması təmin edilir.
Daxili təzyiqin təsiri nəticəsində borunun kəsiyi dairəvi şəkil almağa çalışır. Ölçülən təzyiqin qüvvəsi boru materialını elə bir hala gətirir ki, o açılmağa məcbur olur. Bunun nəticəsində borunun sərbəst ucu hərəkətə gəlir və dartınma sayəsində dişli sektoru öz oxu ətrafında müəyyən bucaq altında fırlanmağa məcbur edir. Sektorla birlikdə, eyni zamanda dişli çarx və əqrəb də hərəkətə gəlir. Beləliklə əqrəb şkala üzərində təzyiqin qiymətini göstərməyə başlayır. Sərbəst ucun getdiyi yol, məlum olan praktik təzyiqlər həddində verilən təzyiqə mütənasibdir.
Burdon borusunun sərbəst ucunun yerdəyişməsi və onun həssaslığı bir sıra amillərdən asılıdır. Bu amillərdən ən mühümü bunlardır: Boru kəsiyinin konfiqurasiyasını təyin edən ellips oxlarının nisbəti, boru divarının qalınlığı. Boru qövsü radiusunun uzunluğu və boru materialının elastik modulu.
Boruvari yayın iş prinsipini aşağıdakı kimi aydınlaşdıraq.
Ellipsvarı və yaxud ovalşəkilli en kəsik sahəsinə malik olan borunun daxlinə təzyiq verdikdə o deformasiyaya uğrayaraq çevrə şəklini almağa çalışır. Nəticədə yay burulur və onun sərbəst ucu müəyyən
bucaq qədər açılır. (Şəkil 3.4,b)
Aşağıdakı işarələri qəbul edək: və deformasiyadan sonra bu kəmiyyətlərin qiyməti uyğun olaraq və olacaq
Burdon borulu manometr
Səkil 3.4(b). Burdon borulu manometr
(3.9)
(3.10)
(1) bərabərliyindən (2) bərabərliyini çıxsaq,
(3.11)
alarıq, burada
və (3.12)
olacaq. və uyğun olaraq ellipsin kiçik oxunun deformasiyadan əvvəl və sonrakı uzunluğudur. Onda (1) bərabərliyini
(3.13)
şəklində yazmaq olar. Qəbul edilmiş şərtə əsasən olduğundan ona uyğun olaraq olacaq, yəni boruvari yay təzyiq artdıqca açılmağa başlayacaq.
və qiymətlərini (3.13) bərabərliyində yerinə yazsaq,
(3.14)
alarıq. (6) bərabərliyini ya görə həll etsək,
(3.15)
alarıq.
Yuxarıdakı tənlikdən (3.15) göründüyü kimi, boruvari yayın ilk burulma dərəcəsi nə qədər böyük və ellipsin kiçik oxu nə qədər kiçik olarsa da o qədər böyük olacaq.
Boruvarı yayın, en kəsik sahəsi dairə olduqda o ölçülən təzyiq nəticəsində açılmayacaq. Bu halda olduğu üçün olacaq.
Burdon borulu manometrin diametrləri , ölçmə hədləri yayın çevrə üzrə əmələ gətirdiyi bucaq vəsərbəst ucun hərəkət yolu olur.
3.3.Diferensial manometrlər.
Üzgəcli difmanometrin işləmə prinsipi, ölçülən təzyiqlər fərqi ilə difmanometri dolduran işçi maye sütununun yaratdığı hidrostatik təzyiqlə tarazlaşdırılmasına əsaslanır. Cihaz ölçmə obyektinə qoşular-kən təzyiq böyük diametrli qola ötürülür. Təzyiqin ötürülməsi ventillərlə həyata keçirilir.
Ölçmə prosesində geniş qoldakı mayenin səviyyəsi dəyişir, üzgəc yer dəyişir və mexaniki ötürmənin köməyi ilə hesablama qurğusunun əqrəbini yerdəyişməyə uğradır. Ölçülən p1-p2 təzyiqlər fərqi maye sütunlarının fərqi ( h=h1+h2 ) ilə tarazlaşdırılır. Tarazlıq vəziyyətində üzgəc yeni vəziyyətdə qərarlaşır. Onun yerdəyişməsinə görə təzyiqlər fərqinin qiyməti təyin edilir.
Şək.3.5. Üzgəcli differensial manometrin sxemi.
Üzgəcli difmanometrlərin ölçmə həddi 6.3 kPa-dan 0.1Mpa -a qədər olur. Silindrik elementin (mənfi qab) həndəsi ölçülərini dəyişdirməklə cihazın ölçü həddi təyin edilir.
Üzgəcli difmanometrlərin dəqiqlik sinfi 1.0 və 1.5-dir. Ölçülən təzyiqlər fərqinin qiyməti haqqında məlumatı uzaq məsafəyə ötürmək üçün, baxılan difmanometrlər əqrəbin dönmə bucağının vahidləşdirilmiş ölçmə məlumatına (adətən elektrik siqnalına) çevirən çeviricilərlə təmin olunurlar.
Ölçmənin yüksək dəqiqliyi və əlavə enerji mənbələri tətbiq etmədən göstəricilərin qeydiyyatının mümkünlüyü bu tip difmanometrlərin üstün cəhətidir. Bu cihazların əsas mənfi cəhəti onlarda işçi maddə kimi civədən istifadə olunmasıdır.
3.4.Tenzorezistor həssas elementli ST 3000 tipli intellektual təzyiq çevricisi
Dostları ilə paylaş: |