2) Soyuq şirin xörəklərin hazırlanma texnologiyası. Alma kiseli hazırlanan zaman alma nazik dilim şəklində doğranır, toxumu
çıxarılır, qaynar suda bişirilir və hazır olduqda ələyə tökülüb əzilir. Burada əldə
edilmiş həlim alma püresinə qatılır, içinə şəkər və limon duzu vurulub şəkəri
əriyincə qaynadılır. Sonra bunun içinə qabaqca soyuq həlimdə açılmış kartof
nişastası əlavə edilib tez qaynar vəziyyətə gətirilir (lakin qaynadılmır) və
stəkanlara tökülüb soyudulur.
Hər 1 kq kisel üçün burada 255 q təzə alma, 120 q şəkər, 40 q kartof nişastası
və 1 q limon duzu götürülür.