Orta qatılıqda quşüzümü kiseli hazırlanan zaman giləmeyvə seçilib soyuq
suda yuyulur, pörtlədilir və əzilib ələkdən keçirilir. Əzilib ələkdən keçirilmiş
kütlədən şirəsi sıxılıb çıxarılır, yerdə qalan cecəsinin üstünə 4-5 qat artıq isti su
tökülüb qaynadılır və süzülür. Bu qayda ilə əldə edilmiş həlimin bir hissəsi
soyudulur və bununla kartof nişastası çalınır. Bunun yerdə qalan hissəsinə şəkər
qatılıb şəkər tamamilə əriyincə 3-5 dəqiqə qaynadılır. bu qayda əldə edilmiş
şərbətə əvvəlcə həlimdə çalınmış kartof nişastası əlavə edilib qarışdırılır və tez
qaynar vəziyyətə gətirilərək (qaynatmamaq şərtilə) qabaqca süzülmüş şirə ilə
birlikdə ciddi qarışdırılır. Bundan sonra kisel stəkanlara tökülür və səthində pərdə
əmələ gəlməsin deyə üstünə qənd səpilir və tez soyudulur.