Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri


Kompot (təzə, konservləşdirilmiş yaxud qurudulmuş meyvədən)



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə55/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

Kompot (təzə, konservləşdirilmiş yaxud qurudulmuş meyvədən). Kompot 
üçün  təz,  qurudulmuş  və  konservləşdirilmiş  (bankalarda)  meyvə  və  giləmeyvə 
tətbiq edilir. Kompot bir növ yaxud müxtəlif miqdarda götürülmüş bir neçə meyvə 
və giləmeyvə növlərindən hazırlanır. 
Təzə  meyvə  kompotu.  Burada  şəkər  isti  suda  əridilib  qaynadılır  və  şərbət 
halına  gətirilir.  Şəkərin  miqdarından  asılı  olmaqla  şərbət  maye,  orta  qatılıqda 
yaxud qatı ola bilər. Şəkər şərbətinə meyvə yaxud giləmeyvə və esesensiyası qatıla 
bilər  yaxud  da  onun  içində  meyvə  və  giləmeyvə  bişirilə  bilər.  Təzə  alma  və 
armuddan  kompot  hazırlanması  üçün  bunlar  yuyulur,  özəyi  və  toxumu  çıxarılır, 
dilim  şəklində  doğranır  və  qabaqcadan  hazırlanmış  şərbətdə  bişirilir;  bunun  içinə 
həm də şərab və limon duzu vurulur (limon duzu kompotu qaralmaqdan qoruyur). 
Süfrəyə  verilən  zaman  bişirilib  soyudulmuş  meyvə  kompotu  krem  qabına  yaxud 
vazalara qoyulub üstünə süzülmüş soyuq şərbət tökülür. 
1 kq kompot  üçün burada 340  q alma  yaxud  335 q armud,  yaxud 334 q qara 
gavalı, 150 q şəkər, 25 q şərab və 1 q limon duzu götürülür. 
 


 
45
Konservləşdirilmiş  meyvə  kompotu  hazırlananda  meyvə  konservi  bankası 
açılıb  onun  içindəki  meyvə  krem  qabına  yaxud  vazalara  qoyulur  və  üstünə 
bankadan  şərbət  tökülür.  Bankadakı  şərbət  az  olarsa,  buna  qabaqca  hazırlanıb 
soyudulmuş və süzülmüş şəkər şərbəti əlavə edilir. Qurudulmuş meyvədən kompot 
hazırlananda  quru  meyvə  seçilir,  xarab  meyvə  rədd  edilir,  sonra  yuyulub  ələkdən 
süzülür. 
Sonra  isti suya şəkər salınıb əridilir  və buna  quru  meyvə əlavə edilir;  burada 
meyvənin  qabaqca  gecbişən  (alma,  armud),  sonra  isə  tezbişən  növləri  şərbətə 
salınır ki, axırda hamısı bir bərabərlikdə bişib hazır vəziyyətə gəlsin. 
Alma və armud qurusu 35-40 dəqiqə, qaysı və ərik 15-20 dəqiqə, kişmiş isə 4-
5 dəqiqədə bişir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin