Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə58/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

Meyvəli kruton (krut). 
Burada  buğda  çörəyi  düzbucaq  şəklində  olaraq  nazik  doğranır  və  yumurta 
sarısından,  süddən  və  şəkərdən  ibarət  şirin  lyezon  içində  isladılıb  hər  iki  tərəfdən 
kərə  yağında  qızardılır.  Süfrəyə  verilən  zaman  həmin  qızdırılmış  çörək  buluda 
yaxud 
boşqaba 
qoyulub 
üstünə 
şərbət 
içində 
isidilmiş 
təzə 
yaxud 
konservləşdirilmiş  meyvə,  habelə  təzə  giləmeyvə  düzülür  və  üstünə  meyvə, 
giləmeyvə şərbəti yaxud şirin sous tökülür. 
Hər pors üçün burada 50 q əla sort buğda çörəyi, 1/5 ədəd yumurta,  35 q süd, 
10 q kərə yağı, 30 q meyvə konservi və 30 q hazır şirin sous götürülür. 
Meyvəli omlet. 
Burada  yumurta  qaba  tökülüb  üstünə  süd  və  şəkər  əlavə  edilərək  hamısı 
birlikdə ciddi qarışdırılır. Həmin kütlə nazik şırımla tavada qızdırılmış yağın içinə 
tökülüb güclü od üzərində bərkiyib qazmaq tutunca qızardılır. 
Bu  qayda  bişirilmiş  omletin  ortasına  çərdəksiz  mürəbbə  yaxud  cem  qoyulub 
bükülür və mürəbbənin üstü örtülərək omlet düzbucaq pirojki şəklinə salınır. 
Omlet  bulud  yaxud  boşqab  içində  süfrəyə  verilir,  süfrəyə  verilən  zaman  isə 
bunun üstünə şirin sous tökülür yaxud şəkər pudrası səpilir və qızdırılmış metal tor 
vasitəsilə yandırılır. 
Hər pors üçün burada 2 yumurta, 30 q süd yaxud qaymaq, 5 q şəkər, 10 q kərə 
yağı, 25 q çərdəksiz mürəbbə yaxud cem və 50 q hazır şirin sous götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin