3) Süd və yumurta ilə yağlı krem (şarlot). Qazana və ya emallı çuxura süd və toz şəkər töküb qaynayana qədər
qızdırılmalı, yumurtanı ayrı qabda köpüklənənə qədər çalıb üzərinə az-az qaynar
süd şərbəti əlavə etməli və fasiləsiz olaraq çalmalı sonra qarışığı qaynayanacan
qızdırıb otaq temperaturuna qədər soyudulmalıdır. Şərbət soyuyan müddətdə yağı
yumşaltmalı və köpmüş elastik kütlə alınanacan çalınmalıdır. Yağın üzərinə az-az
südlü yumurtalı şərbət əlavə edib, 10-15 dəqiqə ərzində çalınmalıdır. Hazır krem
köpmüş, elastik olmalıdır.
Norma: 100 q kərə yağı, 2 xörək qaşığı şəkər tozu, 1 ədəd yumurta, 2 xörək
qaşığı süd götürülür.