Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Əbu  Nəsr  Fərabi  öz  təsnifatında



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə5/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   80
Tədqiqat üsulları

Əbu  Nəsr  Fərabi  öz  təsnifatında  elmləri  fəlsəfədən  ayrı,  müstəqil 
surətdə  nəzərdən  keçirirdi.  O  hətta  “Elmlərin  təsnifatı  haqqında”  ayrıca  bir 
əsər  də  yazmışdı.  Maraqlıdır  ki,  birinci  bölməyə  Fərabi  dil  haqqında  elmləri 


 
 
daxil edirdi. Dilə belə yüksək qiymət verilməsi ilə biz bir də düz min il sonra, 
linqvistik  analiz  və  analitik  fəlsəfə  nümayəndələrinin  timsalında  rastlaşırıq. 
Fərabi yazır: “Dil haqqında elm iki hissədən ibarətdir. Birinci hissə – sözlərin 
yadda saxlanması və onların mənalarını bilmək. İkinci – bu sözləri idarə edən 
qanunları  bilmək  (yəni  qrammatika  –  S.X.).”  Daha  sonra  Fərabi  dilçiliyin  öz 
daxili  təsnifatını  verir,  nitq  hissələrindən,  söz  birləşmələrindən,  yazı 
qaydalarından bəhs edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qaydalarını və 
formalarını da dilşünaslığın tərkibində nəzərdən keçirir. 
Fərabi  o  dövrdə  bəlli  olan  bütün  dəqiq  elmləri  riyaziyyata  daxil  edir. 
Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizikanı müstəqil bir bölmə 
kimi nəzərdən keçirir. O, fizikanı səkkiz sahəyə ayırır, birinci sahədə “təbiətin 
harmoniyasına” aid məsələlər toplanır. İkinci sahəyə aid problemlər “səma və 
kainat”  adı  altında  toplanır.  “Yaranma  və  məhvolma”  bölməsində  o, 
maddələrin  əmələ  gəlməsi  və  elementlərinə  parçalanmasından  bəhs  edir  ki, 
bu  da  əslində  kimya  elminə  işarədir.  Daha  sonra  Fərabi  “mineralogiya”, 
“bitkilər  haqqında”,  “heyvanlar  haqqında”  və  nəhayət,  “nəfs  haqqında” 
elmlərdən  bəhs  edir.  Düzdür,  Fərabi  bu  təsnifatı  guya  Aristotelin  kitablarının 
adına uyğun olaraq aparır, amma əslində Aristotelin real tədqiqat sferasından 
xeyli  kənara  çıxır.  Daha  sonra  Fərabi  insan  haqqında  elmdən  (bu  sahədə 
Fərabi  əslində  mədəniyyətşünaslıq  və  antropologiyaya  dair  bilikləri  toplayır) 
bəhs  edir.  Daha  sonra  Fərabi  hüquq  və  ilahiyyatı  da  öz  təsnifatına  daxil 
etməklə o dövr üçün ən mükəmməl bir təsnifat sistemi təqdim edir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin