Başqa prinsiplər əsasında da bölgülər vardır. Məsələn, fundamental və tətbiqi elmlər, nəzəri və empirik elmlər; yaxud təbiət elmləri, ictimai elmlər və texniki elmlər; yaxud təbiət haqqında və mədəniyyət haqqında elmlər; yaxud dəqiq və qeyri-dəqiq elmlər və s. Elmlərin təşkilati struktura və ictimai sistemdə tutduqları yerə görə də bölgüsü aparılır. Məsələn, universitet elmi, akademiya elmi və sahə elmləri; dövlət elm sektoru, ictimai təşkilatlar və özəl elm sektoru. Elmi tədqiqatın xarakterinə, məqsəd və funksiyalarına görə elmi fənləri adətən iki fərqli istiqamətdə qruplaşdırırlar: fundamental və tətbiqi.
Fundamental tədqiqatlar
təbiətin
obyektiv
qanunauyğunluqlarının
aşkarlanmasına yönəlmişdir. Tətbiqi elmlər isə fundamental tədqiqatlar
sayəsində əldə edilmiş nəzəri biliklərin praktik ehtiyaclara uyğun surətdə
yönəldilməsinə, nəzəriyyə ilə texnologiya arasında körpü atılmasına xidmət
edir.