qarşılıqlı əlaqəyə fikirləri cəmləşdirərək, onların həyata keçirilmə detallarına fikir vermirlər. Bu
mənada ƏS istifadəçi ilə kompüter arasında interfeys rolunda çıxış edir.
Əksər kompüterlərin arxitekturası maşın əmrləri səviy-yəsində tətbiqi
proqramlar tərəfindən
istifadə üçün çox narahat olur. Məsələn, disklə işləmək onun elektron komponentinin daxili
quruluşu barəsində biliyi nəzərdə tutur- diskin fırlanması əmrinin daxil edilməsi, çığırların axtarışı
və formatlaşması, sektorların oxunması və yazılışı üçün kontroller. Aydındır ki, orta proqramçı
avadanlığın işləməsinin bütün xüsusiyyətlərini (müasir terminologiyada-qurğular drayverlərinin
işlənilməsi ilə məşğul olmaq)
nəzərə ala bilməz, amma sadə yüksək səviyyəli mücərrədə malik
olmalı və diskin informasiya fəzasını fayllar toplusu kimi təsəvvür etməlidir. Faylı oxumaq və ya
yazmaq üçün açmaq olar, informasiyanın əldə olunması və ya ləğv olunması üçün istifadə etmək,
sonra isə bağlamaq olar. Bu, disklər başlıqlarının yerdəyişmə detalları barəsində qayğı göstərmək və
ya mühərrikin işini təşkil etməklə, müqayisədə, konseptual olaraq, daha sadədir. Analoji qaydada da
sadə və aydın mücərrədlər köməkliyi ilə, kəsilmələrin təşkili, taymerin işi, yaddaşın idarə olunması
kimi bütün lazım olmayan təfsilatlar proqramçıdan gizlədilir.
Bundan əlavə, müasir hesab-lama
komlekslərində əməli yaddaşı ölçüsünün və prosessorlar sayının qeyri-məhdudluq xülyasını
yaratmaq olar. Bütün bu işlərlə əməliyyat sistemi məşğul olur. Beləliklə, əməliyyat sistemi virtual
maşın kimi istifadəçiyə
təqdim olunur və bunun-la da, kompüter avadanlığı ilə bilavasitə iş
əvəzində, onunla işləmək daha sadə olur.
Dostları ilə paylaş: